Bizə yazın

Baku

-°C

USD

-

DYP yağışlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib 

Cəmiyyət 17 Oktyabr 2025, 10:19

203

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə Cityost.az-a  idarədən məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində yağışlı hava şəraiti müşahidə olunur:

"Belə hava şəraiti hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, belə hava şəraitində hərəkət zamanı xüsusilə ehtiyatlı olmaq, sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək vacibdir".

Müraciətdə qeyd olunub ki, eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə çətinliklər yaradır:

"Yağışlı havada yol səthinin sürüşkən olması, eləcə də sürücülərin görmə imkanlarının azalması səbəbindən piyadalar hərəkət zamanı daha diqqətli olmalı, səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli və açıq rəngli, asan görünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçərkən diqqətli olmalı, avtomobilin olmadığından və ya bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin tam dayandığından əmin olduqdan sonra yolu keçməlidirlər".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Putin Ramiz Mehdiyevi niyə qurban verdi?  

Dövlətə xəyanət ittihamı ilə məsuliyyətə cəlb edilən Ramiz Mehdiyevin çevriliş planını Rusiyanın ifşa etdiyi haqda məlumatlar yayılıb. Bu informasiya Bakı-Moskva xəttindəki baş verənlərin pərdəarxasını anlamağa imkan verir.Mehdiyevin Əliyevlə Putinin Düşənbə görüşündən sonra həbs olunması suallar yaratmışdı: Bakı-Moskva xəttində problemlər aradan qalxdığı vaxt Rusiyaya bağlı fiqur niyə həbs olundu?Yayılan məlumatlar bu suala aydınlıq gətirir: Rusiya tərəfi Düşənbədə Mehdiyevin çevriliş planı ilə bağlı Azərbaycanı məlumatlandırıb. Əliyevlə Putinin görüşündən dərhal sonra Mehdiyevin həbs edilməsi də bu informasiyanın doğruluq payını gücləndirir, çünki siyasi və ictimai fəaliyyətdən uzaqlaşmış 87 yaşlı keçmiş "boz kardinal”ın neytrallaşdırılması zərurəti yalnız dövlətə real təhlükə yarada biləcəyi halda baş verə bilərdi....

17 Oktyabr 2025, 10:37

"Al market" vətəndaşları belə aldadır - FOTO

"Al Market"dən aldığı məhsul sözün əsl mənasında vətəndaşı şoka salıb.Bu barədə  CityPost.az-a marketdən şikayətçi olan vətəndaş  Rövşən Mahmudov məlumat verib.Onun sözlərinə görə,15 oktaybr 2025-ci il tarixdə marketlər şəbəkəsinin Yasamal rayonu,Mətbuat Prospektində yerləşən filialından aldığı pomidorun keyfiyyətindən narazı qalıb.Vətəndaşa satılan  pomidorun üzəri qırmızı olsa da,içərisinin  ağ rəngdə olması onda narahatlıq yaradıb. Təbii ki, bu formada  məhsulun  satışı  istehlakçı  hüquqlarının  ciddi  şəkildə  pozulmasıdır.Keyfiyyətsiz məhsulun satışı ilə bağlı  "Al Market"in  zəng xidməti ilə əlaqə saxlamaq istəsək də,dəstəyi qaldıran olmadı.İddia ilə bağlı qarşı tərəfin mövqeyini təqdim etməyə hazırıq.Miri Məcidli...

16 Oktyabr 2025, 15:42

Hərbi prokurora böyük köməkçi təyin edilib 

Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.CityPost.az-a Hərbi Prokurorluqdan daxil olan məlumata əsasən, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunmuş, İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə, Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.

16 Oktyabr 2025, 13:23

Maliyyə Nazirliyi: Əhalinin orta ömrünün artması pensiya sistemi qarşısında mühüm çağırışlar yaradır 

Azərbaycanda əhalinin gözlənilən orta ömür uzunluğunun artması pensiya sistemi qarşısında mühüm çağırışlar yaradır.CityPost.az  xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.Sənədə əsasən, hazırda ölkəmizdə müşahidə olunan demoqrafik meyillər bir çox ölkələrlə müqayisədə müsbət olsa da uzunmüddətli dövrdə əhalinin yaşlanması, sığortaolunanlar və pensiyaçılar arasındakı say nisbəti, gözlənilən orta ömür müddəti və sair bir sıra digər amillər pensiya sistemi qarşısında mühüm çağırışlar yarada bilər.Hazırda ölkə əhalisinin 69,7 %-i əmək qabiliyyətli yaşda (15–65 yaş), 9,1 %-i isə 65 və daha yuxarı yaş qrupuna aiddir, qeyd olunduğu kimi dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya...

16 Oktyabr 2025, 10:11

Boz kardinalın erməni əsilli oğulluğu peyda oldu…-Levan Qurskaya kimdir?  

Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin adı yenidən gündəm olub. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən 87 yaşlı akademikə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində cinayət işi açılıb.R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib.O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının...

15 Oktyabr 2025, 15:37

Ramiz Mehdiyev mənə deyirdi ki, pambıqla baş kəs... - Keçmiş icra başçısı 

“Ağsaqqalı” təbrik edirəm! Düşərli olsun. Məni 12 il işsiz qoymağın və xəyanətin nəticəsi!CityPost.az  xəbər verir ki, bu sözləri məşhur YAP-çı, Naftalanın keçmiş icra başçısı Musa Musayev Ramiz Mehdiyevin həbs xəbərindən sonra yazıb.“Haqq nazilər, lakin üzülməz! Məni qəbul edəndə deyirdi ki, məndən sənə əmanət, çalış pambıqla baş kəs (özü kimi). Sən çox prinsipial adamsan, qılıncı almısan əlinə kim gəldi başını kəsirsən.Mən heç vaxt yıxılanı baltalamamışam. 2000-2005-ci illər deputat olanda parlamentdə, 2006-cı ildə martın 24-də Naftalana İcra başçısı göndəriləndə isə kabinetində Ramiz Mehdiyevə öz sözümü demişəm. Nəticəsi də hər kəsə bəllidir”, - o qeyd edib....

15 Oktyabr 2025, 13:53