Bizə yazın

Baku

-°C

USD

-

Daşkənddə Azərbaycanın Zəfər Günü qeyd edilib

Cəmiyyət 31 Oktyabr 2026, 14:48

422

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

"Report"un məlumatına görə, tədbir Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasimdə dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporunun üzvləri, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Rəsmi qəbulda çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən bəhs edib.

Diplomat bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birlik, əzm və qətiyyətinin təntənəsinə çevrilib.

O vurğulayıb ki, 8 Noyabr Zəfəri Azərbaycan xalqının milli yaddaşına əbədi həkk olunmuş, ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub.

Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş təntənəli bədii proqram təqdim edilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

DYP moped və velosiped sürücülərinə çağırış edib

Son vaxtlar ikitəkərli nəqliyyat vasitələrindən istifadə geniş yayılıb. Təəssüf ki, sözügedən nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların sayının artması haqlı narahatlıq doğurur.Citypost.az  xəbər verir ki, bu barədə BDYPİ müraciət edib.Bildirilib ki, bir gün ərzində moped və velosiped idarə edən iki gəncin faciəli şəkildə həyatını itirməsi deyilənləri əyani ifadə edir.“Belə ki, Siyəzən rayonu, Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməyə təşəbbüs göstərməsi, sonda faciə ilə nəticələnib.Sabunçu rayonu, Maştağa qəsəbəsində isə gecə saat 23:50 radələrində naməlum avtomobil nəqliyyat axınına əks istiqamətdə velosiped idarə edən Ülfət Hüseynovu vurub.Hadisə yerindən yayınan “VAZ” markalı avtomobilin sürücüsü T.Bədəlov DYP...

31 Oktyabr 2026, 15:14

Azərbaycanda məmurlar arasında əlbəyaxa dava: Başını partlatdılar

Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədrinə xəsarət yetirilib.CityPost.az  xəbər verir ki, "Teleqraf"ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 30-da axşam saatlarında baş verib.Kənddə toydan əvvəlki axşam məclisində (“Ciyər axşamı”nda) Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib. Mübahisə zamanı icra nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka vurub.Həmin vaxt icra nümayəndəsinin içkili olduğu bildirilir.Məlumata görə, sərxoş olan icra nümayəndəsi uca səslə atmacalı sözlər deyib. Bələdiyyə sədri isə icra nümayəndəsinin hərəkətlərinə irad bildirib.Bundan qəzəblənən Oruc Əhmədov stolun üstündəki şüşə butulkanı Tərlan Səlimovun başına çırpıb. Xəsarət alan bələdiyyə sədri xəstəxanaya müraciət edib...

31 Oktyabr 2026, 13:43

Məhkumların vaxtından əvvəl azad edilməsi ilə bağlı qərar qəbul olunub

Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.Citypost.az-a bu barədə Ali Məhkəmədən məlumat verilib.Bildirilib ki, iclasda "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunub və səsverməyə qoyularaq qəbul edilib.Daha sonra "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul olunub.İclasda həmçinin 2025-ci ildə və 2026-cı ilin birinci yarımilliyində Sumqayıt İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqi üzrə məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi...

31 Oktyabr 2026, 13:08

Məktəblərlə bağlı YENİ ƏMR

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub.CityPost.az   xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.Qərara əsasən, Quba rayonundakı bir sıra məktəbəqədər və ümumi təhsil müəssisələrinin adları dəyişdirilib.Belə ki, məktəbəqədər təhsil müəssisələri üzrə Timiryazev adı Bəhrəli, Alekseyevkaya isə Çinarlı ilə əvəz edilib.Ümumi təhsil müəssisələri üzrə isə Vladimirovka adı Elbirlə, Alekseyevka isə Çinarlı ilə əvəzlənib.Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 1-də Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanunu təsdiqləyib.Həmin qanuna əsasən, Vladimirovka...

31 Oktyabr 2026, 12:56

Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb

Noyabrın 1-i Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-23° isti, dağlarda gecə 3-8°...

31 Oktyabr 2026, 12:55

Liderlərin mühafizəçisi – Stalinə xoş gələn, Budyonnının katibəsini "oğurlayan"Soldatov...

Kremlin birinci korpusunun giriş qapısında keşik çəkən gənc leytenant İosif Stalinin xidməti avtomobilini görəndə farağat komandası alır. İosif Stalin maşından düşüb qapıya yaxınlaşanda gənc leytenant əsgəri salam verir və o, bunu o qədər dəqiqliklə edir ki, Stalinin diqqətindən yayınmır:- Sizin soyadınız nədir?Leytenant farağat komandasında düz Stalinin gözlərinin içinə baxır, amma susur. Stalin sualını yenidən təkrar edir, amma bu dəfə də zabitdən cavab almır, onun alnında və üzündəki tər damcılarına baxır və heç nə demədən korpusa daxil olur. Qısa bir müddət keçdikdən sonra Stalin korpusdan çıxanda zabitdən soyadını yenə də soruşur. Bu dəfə gənc leytenant cavab verir:- Leytenant Mixail Soldatov.- Bu çox gözəl rus...

31 Oktyabr 2026, 12:53