Bizə yazın

Baku

-°C

USD

-

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

Cəmiyyət 31 Oktyabr 2026, 12:22

418

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib.

Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, başsağlığında deyilir: "Hakkari bölgəsində yerləşən 7-ci Sərhəd Briqadası Komandanlığından olan bir hərbi qulluqçunun sərhədpozma hadisəsinə müdaxilə zamanı açılan atəş nəticəsində həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

Problemlərinizi bizə bildirin

077 323 55 66

Məktəblərlə bağlı YENİ ƏMR

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub.CityPost.az   xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.Qərara əsasən, Quba rayonundakı bir sıra məktəbəqədər və ümumi təhsil müəssisələrinin adları dəyişdirilib.Belə ki, məktəbəqədər təhsil müəssisələri üzrə Timiryazev adı Bəhrəli, Alekseyevkaya isə Çinarlı ilə əvəz edilib.Ümumi təhsil müəssisələri üzrə isə Vladimirovka adı Elbirlə, Alekseyevka isə Çinarlı ilə əvəzlənib.Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 1-də Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanunu təsdiqləyib.Həmin qanuna əsasən, Vladimirovka...

31 Oktyabr 2026, 12:56

Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb

Noyabrın 1-i Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-23° isti, dağlarda gecə 3-8°...

31 Oktyabr 2026, 12:55

Liderlərin mühafizəçisi – Stalinə xoş gələn, Budyonnının katibəsini "oğurlayan"Soldatov...

Kremlin birinci korpusunun giriş qapısında keşik çəkən gənc leytenant İosif Stalinin xidməti avtomobilini görəndə farağat komandası alır. İosif Stalin maşından düşüb qapıya yaxınlaşanda gənc leytenant əsgəri salam verir və o, bunu o qədər dəqiqliklə edir ki, Stalinin diqqətindən yayınmır:- Sizin soyadınız nədir?Leytenant farağat komandasında düz Stalinin gözlərinin içinə baxır, amma susur. Stalin sualını yenidən təkrar edir, amma bu dəfə də zabitdən cavab almır, onun alnında və üzündəki tər damcılarına baxır və heç nə demədən korpusa daxil olur. Qısa bir müddət keçdikdən sonra Stalin korpusdan çıxanda zabitdən soyadını yenə də soruşur. Bu dəfə gənc leytenant cavab verir:- Leytenant Mixail Soldatov.- Bu çox gözəl rus...

31 Oktyabr 2026, 12:53

Kəmaləddin Heydərovun oğlu NƏ YAZIR?

Azərbaycanın gənclərlə bağlı gələcək hədəfləri məktəblərdə baş verənlərdən birbaşa asılıdır. Biz müstəqil düşünməyi bacaran, yüksək bilik və bacarıqlara malik məzunlar, iqtisadiyyatımızın şaxələndirilməsinə töhfə verəcək bir nəsil yetişdirmək istəyirik. Buna nail olmaq üçün uşaqların təhsil prosesini necə yaşadıqlarına, onların təhsildən səmərəli faydalanmasına mane olan təzyiqlərə və çətinliklərə daha ciddi diqqət yetirməliyik.UNICEF-in bu ilin oktyabrında başladığı “Turn Down the Noise” (“Səs-küyü azalt”) kampaniyası bir çox gəncin yaşadığı tənhalığı və kömək üçün müraciət etməkdə qarşılaşdığı çətinlikləri bir daha gündəmə gətirir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər yeddi yeniyetmədən biri psixi sağlamlıq pozuntusundan əziyyət çəkir. Bu halların bir çoxu isə vaxtında aşkar edilmir və...

31 Oktyabr 2026, 11:46

Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Qəbələdə vətəndaşları qəbul edəcək.Dövlət Xidmətindən Citypost.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 06 noyabr 2026-cı il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Qəbələ rayon şöbəsinin inzibati binasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.Qəbula yazılmaq istəyən vətəndaşların 03 noyabr 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt...

31 Oktyabr 2026, 11:38

Qubanın alma bağlarında xəstəlik yayılıb

Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb.Bu barədə "Report"un Şimal bürosuna yerli fermerlər məlumat veriblər.Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi səbəbindən alma bağlarında yayılmış göbələk, bakteriya, virus, mikoplazma, həmçinin funksional və abiotik mənşəli xəstəliklər məhsuldarlığa və toplanan meyvələrin keyfiyyətinə mənfi təsir göstərib.Qiymətlərə gəldikdə isə bu arada bazara çıxarılan Quba almasının qiyməti 60 qəpik-1 manat aralığında dəyişir. Hazırda bölgədə fəaliyyət göstərən emal müəssisələri almanın 1 kiloqramını fermerlərdən cəmi 10 qəpiyə alır. Bu isə bağ sahiblərini qane etmir.Fermer Elşad Rüstəmov "Report"un yerli bürosuna bildirib ki, 1,5 hektar sahəsi olan alma bağına...

31 Oktyabr 2026, 11:00