Maliyyə nazirinə yeni müavin təyin olunub
Cəmiyyət 30 Oktyabr 2026, 20:26
707
Azərbaycanın maliyyə nazirinə yeni müavin təyin olunub.
Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin vəzifə Sadiq Əliyevə həvalə edilib. Bununla da, nazir müavinlərinin sayı 4-ə çatıb.
Həmçinin oxuyun
O, əmək fəaliyyətinə 2005-ci ildən özəl sektorda başlayıb, 2006-2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb, 2019-cu ildə İqtisadiyyat Nazirliyində Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib, 2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri, 2024-2026-cı illərdə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri olub, 8 yanvar 2026-cı ildən Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru işləyib.
S.Əliyev Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin üzvüdür.
Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər
Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 30-da Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, PASHA Real Estate Group tərəfindən inşa edilmiş 5 ulduzlu "ART Riverfront Hotel Tbilisi"nin açılışında iştirak ediblər.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə hotel binası, eləcə də ofis sahələri daxildir.Hoteldə müxtəlif kateqoriyalara aid 152 otel otağı və 4 iclas zalı mövcuddur. Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir."ART Riverfront Hotel Tbilisi" PASHA Real Estate Group-un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. Şirkət...
30 Oktyabr 2026, 19:34
Maaşlarla bağlı QƏRAR İMZALANDI
Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin, Bitkiçilik Elmləri İnstitutunun, eləcə də Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutunun strukturlarını, işçilərinin say həddini və əməkhaqlarının məbləğini təsdiq edib.Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərar Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.Qərara əsasən, qeyd olunan qurumların vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlərin məbləğləri təsdiqlənib.Sənədlə üç qurumun təşkilati strukturu və ştat sayı da müəyyənləşdirilib....
30 Oktyabr 2026, 18:15
Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək
Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək.Citypost.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin noyabrın 3-də keçiriləcək plenar iclasının gündəliyinə salınıb.
30 Oktyabr 2026, 18:05
Ramiz Mehdiyevin Akademiya üzvlüyünə xitam verildi
Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.Citypost.az xəbər verir ki, Ümumi yığıncaqda Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması ilə bağlı AMEA Rəyasət Heyətinin qərarı səsə qoyularaq təsdiqlənib.Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.Hökmə əsasən, Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.Xatırladaq ki, Ramiz Mehdiyev...
30 Oktyabr 2026, 17:56
Nazir ona vaxtından əvvəl xüsusi rütbə verdi
Ədliyyə Nazirliyində yüksək vəzifəli şəxsə vaxtından əvvəl xüsusi rütbə verilib.Citypost.az xəbər verir ki , Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.Əmrə əsasən, Əliyyə Nazirliyinin Notariat, qeydiyyat və reystr baş idarəsinin rəisi Elşad Eldar oğlu Məmmədliyə vaxtından əvvəl ədliyyə müşaviri xüsusi rütbəsi verilib.Sənəddə qeyd olunur ki, bu yüksək rütbə Elşad Məmmədliyə xidməti vəzifələrini nümunəvi icra etdiyinə və baş idarənin fəaliyyət istiqamətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi sahəsində əldə etdiyi nailiyyətlərə görə mükafatlandırma qaydasında verilib.Eyni zamanda, nazirliyin Maliyyə və təminat idarəsinə əmrin 1-ci bəndinə əsasən müvafiq əlavənin ödənilməsi, İnsan resursları idarəsinə isə məlumatlandırma işlərinin həyata keçirilməsi tapşirılıb./nocomment.az/...
30 Oktyabr 2026, 17:54
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparıldı
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müxtəlif fakültələrdə çalışan əllidən artıq müəllimin əmək müqaviləsinə xitam verilib.Citypost.az xəbər verir ki, adıçəkilən təhsil müəssisəsində dövlət qurumları tərəfindən aparılan yoxlamalar zamanı müəllim sayının dərs yükünə uyğun olmadığı müəyyən edilib. Bu səbəbdən ADAU-da tam ştat vahidində deyil, müqavilə əsasında müxtəlif fakültələrdə işləyən müəllimlərin əmək müqaviləsinə xitam verilib.Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Aqrar Universitetinə ünvanlanan sorğu cavabsız qalıb....
30 Oktyabr 2026, 17:40