Bizə yazın

Baku

-°C

USD

-

Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub

Cəmiyyət 31 Oktyabr 2026, 09:18

410

Heydər Əliyev Mərkəzində "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub.

Citypost.az  xəbər verir ki, festivalın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Heydər Əliyev Mərkəzində "Art Weekend"in açılışı çərçivəsində bir neçə sərgi təqdim olunub.

Açılışda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bu tədbirdə müxtəlif ölkələrdən olan tanınmış rəssamların iştirak etdiyini deyib: "Əlbəttə ki, bu, bir-birimizlə tanış olmaq, fikir mübadiləsi aparmaq baxımından gözəl fürsətdir. Qarşıdakı bir neçə gün ərzində siz təbiətin gözəlliyini, gücünü və əzəmətini əks etdirən çoxsaylı rəsm əsərləri, instalyasiyalar, heykəllər və performanslarla tanış olacaqsınız. 2012-ci ildə nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin qorunması məqsədilə Qafqazın "Böyük beşliyi" təşəbbüsünü yaratmışıq".

Bu təşəbbüsə qonur ayı, boz canavar, Qafqaz bəbiri, imperator qartalı və ceyranın daxil olduğunu vurğulayan Leyla Əliyeva bildirib ki, həmin vaxtdan yerli qurumlar və beynəlxalq təşkilatlarla birlikdə bu heyvan növlərinin mühafizəsi, onların yenidən təbii yaşayış mühitinə qaytarılması və areallarının genişləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Bu sahədə kifayət qədər uğurlu nəticələr əldə etmişik.

Təbiəti anlamağın və sevməyin ən yaxşı yolunun onun qoynunda daha çox vaxt keçirmək olduğunu diqqətə çatdıran Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib: "Yalnız bu zaman onunla həqiqi bağlılıq hiss edə bilərik. Eyni zamanda, hər kəs hətta kiçik addımlarla böyük dəyişikliklərə töhfə verə biləcəyini unutmamalıdır. "Gələcəyi İNDİ duy" festivalının əhəmiyyəti bizim üçün məhz budur".

Sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının təqdimatında milli rəqs nümunəsi nümayiş olunub.

"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" festivalında iştirak etmək üçün Azərbaycanın paytaxtına gələn beynəlxalq incəsənət nümayəndələri adından Leyla Əliyevaya təşəkkür edən incəsənət kuratoru Simon de Püri (Simon de Pury) deyib: "Hələ 2012-ci ildə Londonda Sizinlə görüşmək fürsətim olmuşdu. Həmin görüş zamanı Azərbaycan rəssamlarının beynəlxalq səviyyədə daha geniş tanıdılması, əsərlərinin dünya miqyasında nümayiş etdirilməsi, eyni zamanda, ən tanınmış beynəlxalq rəssamların əsərlərinin Azərbaycana gətirilməsi arzunuzu bölüşmüşdünüz. Məhz bu söhbətin nəticəsi olaraq "Fly to Baku" sərgisi təşkil edildi. Londonda böyük uğur qazanan sərgi daha sonra Paris, Moskva və dünyanın bir sıra digər şəhərlərində nümayiş olundu. 2016-cı ildə isə Heydər Əliyev Mərkəzində amerikalı rəssam Corc Kondonun əsərlərinə həsr olunmuş retrospektiv sərgi təşkil etdik. Bu möhtəşəm binada incəsənət və mədəniyyət ətrafında bir araya gəlmək xüsusi zövq verir. Mənim fikrimcə, Zaha Hadidin bu memarlıq əsəri onun ən möhtəşəm layihəsidir".

Həmçinin açılış mərasimi çərçivəsində müəllifi və rejissoru Pərviz Məmmədrzayevin olduğu, vizual atmosferi isə Ləman Yusifli tərəfindən "Art Weekend" üçün yaradılan "Orionun sapı" immersiv teatr tamaşası təqdim edilib. Tamaşa xoreoqrafiya, musiqi və vizual hekayəçilik vasitəsilə insan və təbiət arasındakı kövrək münasibəti araşdıran poetik bir səyahəti təcəssüm etdirir. "Orionun sapı" yalnız bir teatr təcrübəsi deyil, həm də insanın təbiətlə münasibəti və onun qarşısındakı məsuliyyəti barədə düşünməyə sövq edən bir əsərdir.

Tədbirin davamında Azərbaycan Dövlət Rəqs Ansamblının təqdimatında qədim rəqs ənənələrimizi əks etdirən "Cəngi" və "Yallı" rəqsləri təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ikinci ildir keçirilən festivalın sərgi proqramı müxtəlif bədii yanaşmaları, nəsilləri və coğrafiyaları bir araya gətirərək tamaşaçılara yaddaş, mədəni irs, təbiət, biomüxtəliflik, kimlik və gələcək kimi mövzular ətrafında düşünmək imkanı yaradır.

Budəfəki "Art Weekend"in sərgi proqramının mühüm istiqamətlərindən biri "Qafqazın Böyük Beşliyi" (Big Five of the Caucasus) mövzusudur. Qafqazın təbiəti və biomüxtəlifliyinə həsr olunan layihələrdə heyvanlar yalnız təbiətin bir hissəsi kimi deyil, həm də mədəni yaddaşın, mifologiyanın və kollektiv kimliyin daşıyıcıları kimi təqdim edilir.

"Böyük Beşlik" və onun təbiətdən sənətə olan səyahətinin bədii interpretasiyalarından biri də "Əfsanəvi varlıqlar: Azərbaycanın heyvanlar aləmi" (Legendary Creatures: An Azerbaijani Bestiary) layihəsidir. Heydər Əliyev Mərkəzinin park ərazisində nümayiş olunan layihə Azərbaycan folklorundakı mifoloji varlıqları "Böyük Beşlik" ilə əlaqələndirir. Burada heyvanlar yerli bilik, folklor və incəsənət yaddaşının daşıyıcıları kimi təqdim olunur, onların gələcək nəsillər üçün qorunmasının vacibliyi vurğulanır.

Ekspozisiyada ümumilikdə 6 rəssamın 6 əsəri - xalça kompozisiyası, heykəltaraşlıq əsəri, fotoəsər, metal kompozisiya, qarışıq kompozisiya sərgilənir.

Ekspozisiyadakı əsərlər məhz "Art Weekend" çərçivəsində ilk dəfə ictimaiyyətə təqdim edilir.

Heydər Əliyev Mərkəzində nümayiş olunan "Təbiət danışanda. Varislər" (When nature speaks. Heirs) müasir incəsənət sərgisi də təbiət, irs və insan məsuliyyəti mövzularını araşdırır.

Qafqazın "Böyük Beşliyi" - Qafqaz bəbiri, qonur ayı, boz canavar, imperator qartalı və ceyran sərginin konseptual əsasını təşkil edərək, "biz özümüzdən sonra necə bir təbii dünya qoyub gedəcəyik?" sualına diqqəti çəkir.

Ekspozisiyada müxtəlif formalarda təqdim olunan bu heyvanlar sadəcə vəhşi təbiət təsvirləri kimi qəbul edilmir. "Böyük Beşlik" festivalın bədii proqramının əsas rəmzlərinə çevrilərək təbiət, mədəni yaddaş, mifologiya, kimlik və gələcək nəsillər haqqında düşünmək üçün yeni perspektiv yaradır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası əsasında hazırlanan sərgi insanlarla təbiət arasındakı əlaqəni, bir-biri ilə sıx bağlı olan irs, məsuliyyət, yaddaş və seçim kimi anlayışları tədqiq edir.

Sərgi instalyasiya, heykəltaraşlıq, keramika, tekstil və müxtəlif materialların birləşdirildiyi qarışıq texnikalarda çalışan rəssam və sənətçiləri bir araya gətirir.

Sərgidəki əsərlər məhz Bakıdakı incəsənət həftəsonu çərçivəsində ilk dəfə geniş ictimaiyyətə təqdim olunub.

Daha sonra çinli rəssam Canq Cinin (Zhang Ji) "Həqiqət dərisi" (The skin of truth) sərgisinə baxış olub. Ekspozisiya müxtəlif mədəniyyətlərin memarlıq ənənələrini müasir rəngkarlıqla birləşdirir. Sərgidə rəssamın "Həqiqət dərisi" və "Ultima" silsilələrindən əsərləri yer alıb. Məscid, sinaqoq, katolik kilsə, hindu və buddist məbədlərinin naxışlarından ilhamlanan Canq Cin onları müasir rəngkarlıq dili ilə yenidən şərh edir.

Bakı ekspozisiyasında nümayiş olunan əsərlər İspaniyadakı Kordova Böyük Məscidi, Əlhambra sarayı kimi məşhur memarlıq abidələrinin təsiri ilə yaradılıb.

Canq Cinin rəsm texnikası da fərqlidir. O, boyanı kətana fırça əvəzinə şprislə çəkir. Bu üsulla yaranan qabarıq səthlər əsərlərə barelyefi xatırladan görünüş verir.

Canq Cinin əsərləri indiyədək ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, İspaniya, İsveçrə, Səudiyyə Ərəbistanı, Türkiyədə və digər ölkələrdə nümayiş olunub və beynəlxalq kolleksiyalara daxil edilib.

Həmçinin Heydər Əliyev Mərkəzində tanınmış amerikalı rəssam Cudi Çikaqonun (Judy Chicago) "Qadınlar dünyanı idarə etsəydilər…" (What If Women Ruled the World?) adlı art-layihəsi və italiyalı sənətçi Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) "Əbədiyyət güzgüsü" (Mirror of Eternity) əsəri təqdim olunub.

"Qadınlar dünyanı idarə etsəydilər…" art-layihəsi xatirələri bölüşmək, hekayələr danışmaq və kollektiv özünüifadə üçün imkan yaradır. Layihə 2022-ci ildən etibarən ABŞ, Almaniya, Argentina, Böyük Britaniya, Fransa, Hindistan, Meksika, Niderland və Türkiyəni əhatə edən qlobal bir arxiv formalaşdırıb. Bakıda ziyarətçilər interaktiv səsyazma kabinəsində sualları cavablandıraraq əsərin növbəti mərhələsinin bir hissəsinə çevrilə bilər.

Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) "Əbədiyyət güzgüsü" (Mirror of Eternity) əsəri isə rəssamın güzgü motivi üzərində uzun illər apardığı yaradıcılıq araşdırmalarının davamıdır. Pistoletto yaradıcılığı boyunca tamaşaçını sənət əsərinin bir hissəsinə çevirmək üçün güzgüdən istifadə edib. "Əbədiyyət güzgüsü" rəqəmsal dövrün imkanları əsasında süni intellekt vasitəsilə insan portretlərini birləşdirərək əvvəllər mövcud olmayan yeni simalar yaradır. İştirakçı öz portretini sistemə yükləyir, sistem isə onu başqa bir insanın portreti ilə birləşdirərək yeni obraz formalaşdırır. Beləliklə, bu süni yaradılışda nəsildən-nəslə davam edən daimi yenilənmə əks olunur. Layihə insan, yaddaş, texnologiya və daim yenilənən həyat anlayışları arasındakı əlaqəni araşdırır.

"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" festivalı noyabrın 1-dək davam edəcək.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Oktyabrın 30-da polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 tüfəng, 1 patron darağı və 238 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.Citypost.az xəbər verir ki, bu barədə DİN-dən bildilib."Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir", məlumatda deyilir.

31 Oktyabr 2026, 10:00

Azərbaycan neftinin qiyməti 126 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,88 ABŞ dolları və ya 3,17 % artaraq 126,16 ABŞ dolları təşkil edib.Bu barədə Citypost.az  neft bazarındakı mənbələrdən istinadən xəbər verir ki,hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 118,76 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,1 ABŞ dolları və ya 3,65 % artaraq 116,48 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci...

31 Oktyabr 2026, 09:00

Bu rayonda işıq olmayacaq

Bu gün Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.Bildirilib ki, 110/35/10 kV-luq Xalxal yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar 35 kV-luq hava elektrik xəttində enerjinin verilişi müvəqqəti dayandırılacaq.Bununla əlaqədar, oktyabrın 31-də saat 10:00-dan 13:00-dək Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq.Qeyd edilib ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur....

31 Oktyabr 2026, 08:25

Azərbaycanda görkəmli şəxs VƏFAT ETDİ

Biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Əfəndiyev vəfat edib.CityPost.az xəbər verir ki, A.Əfəndiyev bu gün dünyasını dəyişib.Xatırladaq ki, A.Əfəndiyev 1987-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasına rəhbərlik edib.O, Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederasiyasında təşkil edilmiş Biokimyanın Tədrisi Komissiyasının keçmiş SSRİ dövlətlərindən seçilmiş yeganə üzvü olub.

30 Oktyabr 2026, 23:48

İlham Əliyev mükafatlandırma mərasimində - Video

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi İspaniya millisi olub.CityPost.az-ın  məlumatına görə, Çexiya üzərində 3:0 hesablı parlaq qələbədən sonra turnirin təntənəli mükafatlandırma mərasimi baş tutub.Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, FIFA prezidenti Canni İnfantino, AFFA prezidenti Rövşən Nəcəf və digər rəsmi şəxslər iştirak edərək qalib komandaya medalları təqdim ediblər.Həmin görüntüləri təqdim edirik:

30 Oktyabr 2026, 22:13

Mir Şahindən Xalq artisti ilə bağlı PAYLAŞIM

Əməkdar jurnalist Mir Şahin Ağayev dünyasını dəyişən Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib.CityPost.az  həmin paylaşımı təqdim edir:“Ölmək” və “Dünyadan getmək” eyni anlayış deyil. “Ölmək” bir andır. “Dünyadan getmək” isə çox uzun bir proses. O proses doğulan saniyədən başlayır, öləndən sonra da illər, əsrlər boyu davam edir. Bəlkə də və yəqin ki dünyadan getmək heç mümkün olmur… Məsələn, ən gözəl səsli müğənnilərimizdən biri Zaur Rzayev... O öldü. Amma dünyadan getməyə yeni başladı. Çox uzun bir yola çıxdı. Heç vaxt gedib sona çata bilməyəcək. Heç vaxt!Jalə...

30 Oktyabr 2026, 22:11