Bizə yazın

Baku

-°C

USD

-

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlandı

Cəmiyyət 30 Oktyabr 2026, 17:28

615

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq, Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il noyabrın 8-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edib.

Bu barədə Citypost.az DİM-dən bildirilib. Qeyd olunub ki, imtahanlarda iştirak etmək istəyən iddiaçılar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və elektron ərizə formasını dolduraraq təsdiq etməlidirlər. Qeydiyyat elektron xidmətlər portalı vasitəsilə həyata keçirilir. İmtahanda iştirak ödənişlidir. İddiaçılar şəxsi kabinetlərinin pul hesabına 110 manat əlavə etməlidirlər. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikdə hər imtahan üçün ayrıca 110 manat ödəməlidirlər.

Qeyd edək ki, fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. İmtahanlar dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə, yazı və danışıq bloklarından ibarət olacaq.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının noyabrın 22-də, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə imtahanın noyabrın 23-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahan isə noyabrın 26-da təşkil ediləcək.

İmtahanlar elektron formada, kompüter vasitəsilə keçiriləcək. İmtahan proqramları ilə DİM-in internet saytında tanış olmaq mümkündür. İmtahan nəticələri verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil imtahanında azı 30, əcnəbilər üçün Azərbaycan dili imtahanında isə azı 25 bal toplayan iddiaçılara müvafiq şəhadətnamə verilir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək.Citypost.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin noyabrın 3-də keçiriləcək plenar iclasının gündəliyinə salınıb.

30 Oktyabr 2026, 18:05

Ramiz Mehdiyevin Akademiya üzvlüyünə xitam verildi

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.Citypost.az xəbər verir ki, Ümumi yığıncaqda Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması ilə bağlı AMEA Rəyasət Heyətinin qərarı səsə qoyularaq təsdiqlənib.Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.Hökmə əsasən, Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.Xatırladaq ki, Ramiz Mehdiyev...

30 Oktyabr 2026, 17:56

Nazir ona vaxtından əvvəl xüsusi rütbə verdi

Ədliyyə Nazirliyində yüksək vəzifəli şəxsə vaxtından əvvəl xüsusi rütbə verilib.Citypost.az xəbər verir ki , Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.Əmrə əsasən, Əliyyə Nazirliyinin Notariat, qeydiyyat və reystr baş idarəsinin rəisi Elşad Eldar oğlu Məmmədliyə vaxtından əvvəl ədliyyə müşaviri xüsusi rütbəsi verilib.Sənəddə qeyd olunur ki, bu yüksək rütbə Elşad Məmmədliyə xidməti vəzifələrini nümunəvi icra etdiyinə və baş idarənin fəaliyyət istiqamətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi sahəsində əldə etdiyi nailiyyətlərə görə mükafatlandırma qaydasında verilib.Eyni zamanda, nazirliyin Maliyyə və təminat idarəsinə əmrin 1-ci bəndinə əsasən müvafiq əlavənin ödənilməsi, İnsan resursları idarəsinə isə məlumatlandırma işlərinin həyata keçirilməsi tapşirılıb./nocomment.az/...

30 Oktyabr 2026, 17:54

ADAU-da müəllimlərin kütləvi ixtisarı aparıldı

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müxtəlif fakültələrdə çalışan əllidən artıq müəllimin əmək müqaviləsinə xitam verilib.Citypost.az xəbər verir ki, adıçəkilən təhsil müəssisəsində dövlət qurumları tərəfindən aparılan yoxlamalar zamanı müəllim sayının dərs yükünə uyğun olmadığı müəyyən edilib. Bu səbəbdən ADAU-da tam ştat vahidində deyil, müqavilə əsasında müxtəlif fakültələrdə işləyən müəllimlərin əmək müqaviləsinə xitam verilib.Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Aqrar Universitetinə ünvanlanan sorğu cavabsız qalıb....

30 Oktyabr 2026, 17:40

Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə təşəkkür etdi

Özbəkistan Türk Dövlətləri Təşkilatını (TDT) qarşılıqlı etimad və praktiki tərəfdaşlıq platforması kimi nəzərdən keçirir."Yeni Sabah" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitində çıxışı zamanı bildirib.O qeyd edib ki, strateji məqsədlər ətrafında daha sıx birləşmək və beynəlxalq arenada ümumi maraqları birgə təşviq etmək vacibdir. Dördpendirli pizzaÖzbəkistan Prezidenti vurğulayıb ki, TDT ölkələri türk həmrəyliyi naminə səylərini səfərbər etməyə hazırdırlar.O, TDT-yə üzv dövlətlərinin xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsi və əməkdaşlığımızın yeni səviyyəyə qaldırılması istiqamətində təşkilata sədrliyi dövründə Azərbaycanın göstərdiyi böyük səylərə görə Prezident İlham Əliyevə səmimi təşəkkürünü bildirib.Mirziyoyev təşkilat çərçivəsində aktual beynəlxalq və regional məsələlər üzrə...

30 Oktyabr 2026, 17:22

Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib

Bu ilin oktyabrında Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə 5 depozit hərracı keçirib.Citypost.az nazirliyə istinadən xəbər verir ki, hərraclarda ümumilikdə xəzinə hesabının 704 milyon manat məbləğində qalığı 28 və 56 gün müddətlərinə 6,5 % orta çəkili faiz dərəcəsi ilə ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.Xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi mexanizmi "Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları" ilə müəyyən olunur. Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsində əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında...

30 Oktyabr 2026, 17:16