Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev mükafatlandırma mərasimində - Video

Cəmiyyət 30 Oktyabr 2026, 22:13

700

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi İspaniya millisi olub.

CityPost.az-ın  məlumatına görə, Çexiya üzərində 3:0 hesablı parlaq qələbədən sonra turnirin təntənəli mükafatlandırma mərasimi baş tutub.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, FIFA prezidenti Canni İnfantino, AFFA prezidenti Rövşən Nəcəf və digər rəsmi şəxslər iştirak edərək qalib komandaya medalları təqdim ediblər.

Həmin görüntüləri təqdim edirik:

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mir Şahindən Xalq artisti ilə bağlı PAYLAŞIM

Əməkdar jurnalist Mir Şahin Ağayev dünyasını dəyişən Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib.CityPost.az  həmin paylaşımı təqdim edir:“Ölmək” və “Dünyadan getmək” eyni anlayış deyil. “Ölmək” bir andır. “Dünyadan getmək” isə çox uzun bir proses. O proses doğulan saniyədən başlayır, öləndən sonra da illər, əsrlər boyu davam edir. Bəlkə də və yəqin ki dünyadan getmək heç mümkün olmur… Məsələn, ən gözəl səsli müğənnilərimizdən biri Zaur Rzayev... O öldü. Amma dünyadan getməyə yeni başladı. Çox uzun bir yola çıxdı. Heç vaxt gedib sona çata bilməyəcək. Heç vaxt!Jalə...

30 Oktyabr 2026, 22:11

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi müəyyənləşib.CityPost.az-ın  məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gəlib.Bakı Kristal Zalındakı qarşılaşmanı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.Görüş İspaniya seçməsinin qələbəsi ilə yekunlaşıb - 3:0.Bundan əlavə, günün ilk yarısında B, C, D, E və F Divizionlarının da qalibi bəlli olub.A DivizionuFinalÇexiya - İspaniya 0:3B DivizionuFinalPortuqaliya - Zambiya 2:5 (33-cü yer uğrunda)C DivizionuFinalTunis - Belarus 0:3 (65-ci yer uğrunda)D DivizionuFinalKanada - Tacikistan 2:4 (97-ci yer uğrunda)E DivizionuFinalMərkəzi Afrika Respublikası - Banqladeş 4:1 (129-cu yer uğrunda)F DivizionuFinalYeni Zelandiya - Efiopiya 2:1 (161-ci yer uğrunda)Xatırladaq ki, oktyabrın 24-də start...

30 Oktyabr 2026, 21:55

Prezident onu nazir müavini TƏYİN ETDİ

Azərbaycanın maliyyə nazirinə yeni müavin təyin olunub.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.Sərəncama əsasən, həmin vəzifə Sadiq Əliyevə həvalə edilib. Bununla da, nazir müavinlərinin sayı 4-ə çatıb.O, əmək fəaliyyətinə 2005-ci ildən özəl sektorda başlayıb, 2006-2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb, 2019-cu ildə İqtisadiyyat Nazirliyində Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib, 2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri, 2024-2026-cı illərdə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri olub, 8 yanvar 2026-cı ildən Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru işləyib.S.Əliyev Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının...

30 Oktyabr 2026, 20:26

Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər

Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 30-da Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, PASHA Real Estate Group tərəfindən inşa edilmiş 5 ulduzlu "ART Riverfront Hotel Tbilisi"nin açılışında iştirak ediblər.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə hotel binası, eləcə də ofis sahələri daxildir.Hoteldə müxtəlif kateqoriyalara aid 152 otel otağı və 4 iclas zalı mövcuddur. Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir."ART Riverfront Hotel Tbilisi" PASHA Real Estate Group-un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. Şirkət...

30 Oktyabr 2026, 19:34

Maaşlarla bağlı QƏRAR İMZALANDI

Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin, Bitkiçilik Elmləri İnstitutunun, eləcə də Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutunun strukturlarını, işçilərinin say həddini və əməkhaqlarının məbləğini təsdiq edib.Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərar Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.Qərara əsasən, qeyd olunan qurumların vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlərin məbləğləri təsdiqlənib.Sənədlə üç qurumun təşkilati strukturu və ştat sayı da müəyyənləşdirilib....

30 Oktyabr 2026, 18:15

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək.Citypost.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin noyabrın 3-də keçiriləcək plenar iclasının gündəliyinə salınıb.

30 Oktyabr 2026, 18:05