“Azərişıq” nümayəndələri fermer və sahibkarlarla görüş keçirdi
Cəmiyyət 13 Noyabr 2026, 18:25
308
“Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, onların elektrik şəbəkəsinə qoşulması, həmçinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə regionlarda mütəmadi görüşlər təşkil edir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə maarifləndirici tədbirlərdən biri Lənkəranda reallaşıb.
Citypost.az xəbər verir ki, Lənkəran Mədəniyyət Mərkəzində təşkil olunmuş görüşə 40-dək sahibkar və yerli sakin qatılıb.
Tədbirdə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Elgün Məmmədov iştirak edib.
Görüş zamanı fermer, sahibkar və vətəndaşlar Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma, əsaslı təmir işləri barədə məlumatlandırılıb. Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar tikilir. Ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, izolyasiyalı xətlər çəkilir.
Tədbir iştirakçılarına aktiv istehlakçılarla bağlı müraciətlərin qəbulu qaydaları üzrə ətraflı məlumat verilib. Müraciətlərin təqdim olunma forması və proseduru izah olunub.
Həmçinin oxuyun
Vətəndaş, sahibkar və fermerlərlə elektron xidmətlər barədə də maarifləndirici söhbət aparılıb. Onlara xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında informasiyalar çatdırılıb.
Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi qaydalarından danışılıb. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu sayğacların bərpası xidmətlərindən bəhs edilib.
Həmçinin həm “ASAN xidmət” mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə məlumatlar diqqətə çatdırılıb. Vətəndaş və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları cavablandırılıb, onların təklif və tövsiyələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
“Azərişıq” ASC tərəfindən təşkil olunan maarifləndirici tədbirlər, görüşlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Milli Məclis gələn həftə BUNLARI müzakirə edəcək
Milli Məclisin növbəti iclasının tarixləri və gündəliyi açıqlanıb.Citypost.az xəbər verir ki, noyabrın 16, 17 və 18-də keçiriləcək plenar iclasın gündəliyinə büdcə zərfinin müzakirəsi daxil edilib.İclasların gündəliyinə aşağıdakı məsələlər daxildir:1. “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).2. “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).3. “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).4. “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).5. “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).6. Azərbaycan Respublikasının...
13 Noyabr 2026, 18:15
Aynur Elgünəş əməliyyat olunub
“Meydan” TV işi üzrə həbsdə olan jurnalist Aynur Elgünəş əməliyyat olunub.Vəkil Elçin Sadıqov APA-ya bildirib ki, cərrahiyyə əməliyyatı dünən Mərkəzi Gömrük Hospitalında icra olunub.Qeyd edək ki, Aynur Elgünəş bir qədər əvvəl səhhətində yaranmış problemlə bağlı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirilmişdi.Xatırladaq ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.2025-ci ilin fevral ayında iş üzrə...
13 Noyabr 2026, 17:43
Xalq artistinin kürəkəni barədə qərar verildi
Külli miqdarda dələduzluqda ittihamı edilən, mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində qərar qəbul olunub.Modern.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfimdən verilən təqdimata baxılıb.Məhkəmənin qərarına əsasən, hər iki şəxs barəsində həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.Qeyd edək ki, təqsirləndirilən şəxslər külli miqdarda dələduzluq etməkdə ittiham edilir. Onlar ötən ay məhkımənin qərarı ilə həbs edilib.Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb....
13 Noyabr 2026, 17:42
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Bu ilin yanvar-sentyabr aylarında Maliyyə Nazirliyi 114 hüquqi akt layihəsi hazırlayıb.Citypost.az xəbər verir ki, bu barədə nazirliyin 9 aylıq hesabatında bildirilir.Sənədə əsasən, bu sənədlərin 90-ı təsdiqlənib.Hesabat dövründə hazırlanan hüquqi akt layihəsinin 20-si qanun, 27-si Prezidentin fərmanı, 22-si Nazirlər Kabinetinin qərarı, 41-i Nazirlər Kabinetinin sərəncamı, 4-ü Maliyyə Nazirliyinin Kollegiya qərarı olub.Həmçinin hesabat dövründə nazirliyə digər qurumlardan 1 148 hüquqi akt layihəsi daxil olub, 856 layihəyə rəy verilib, 292 layihəni nazirliyin rəhbərliyi vizalayıb, bundan başqa, qurumun əsas fəaliyyəti üzrə 534 daxili əmri imzalayıb....
13 Noyabr 2026, 17:40
Zaur Mikayılov Naxçıvanda vətəndaşları qəbul edib
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Naxçıvan şəhər və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.Citypost.az agentliyə istinadən xəbər verir ki, sədr qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi, qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb....
13 Noyabr 2026, 17:12
Külək güclənəcək - XƏBƏRDARLIQ
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Hacıqabul, Xızı, Qusar, Neftçala, Ağstafa, Qazax, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Salyan, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
13 Noyabr 2026, 17:08