Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb
İqtisadiyyat 13 Noyabr 2026, 18:09
453
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub.
Bu barədə Citypost.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Həmçinin oxuyun
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçün birdəfəlik müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulub.
Azərbaycanda sahibkar qadınların sayı açıqlandı
"İqtisadi artımın yaratdığı imkanların cəmiyyətin bütün təbəqələri üçün əlçatan olması dayanıqlı inkişafın mühüm şərtidir. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması məşğulluğun artırılmasında mühüm amildir. Bu gün ölkədə fərdi sahibkar kimi qeydiyyatda olan qadınların sayı 363 mindən çoxdur. Təsisçisi qadın olan kommersiya hüquqi şəxslərin sayı 34 mindən çoxdur, rəhbəri qadın olan kommersiya qurumlarının sayı isə 30 minə yaxındır".Citypost.az xəbər verir ki, bunu Milli Məclisin 3 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.Nazir müavini bildirib ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən bu ilin 10 ayında 500-ə yaxın...
13 Noyabr 2026, 18:00
Əməkhaqqı ilə bağlı 200 milyon manatlıq təklif: Nələr dəyişəcək?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov minimum əməkhaqqının gəlir vergisindən azad olunmasını təklif edib. O bildirib ki, minimum əməkhaqqı alan vətəndaşların gəlirləri yüksək olmadığına görə vergiyə cəlb olunması arzuolunan deyil.Maraqlıdır, bu təklif qəbul olunarsa, işçilər ilə minimum əməkhaqqı əsasında əmək müqaviləsi bağlanması tendensiya halını ala bilərmi?Citypost.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran deputat Vüqar Bayramov vurğulayıb ki, nominal minimum əməkhaqqı ilə real minimum əməkhaqqı arasında fərqlər mövcuddur:"Əksər ölkələrdə minimum əməkhaqqı vergidən azaddır, biz də oxşar praktikanın Azərbaycanda...
12 Noyabr 2026, 13:48
Azərbaycan Vyetnamla investisiya əməkdaşlığını müzakirə edib
Azərbaycan və Vyetnam arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.Citypost.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İsveçrənin Cenevrə şəhərinə səfər çərçivəsində noyabrın 10-11-də Ümumdünya İnvestisiyaların Təşviqi Agentlikləri Assosiasiyasının (WAIPA) təşkilatçılığı ilə keçirilən 30-cu Ümumdünya İnvestisiya Konfransında (WIC 2026) iştirak edib.Konfrans çərçivəsində "Qlobal investisiyaların növbəti onilliyi" mövzusunda Nazirlərin Dəyirmi Masası təşkil olunub. İqtisadiyyat nazirinin birinci müavini tədbirdə Azərbaycanda formalaşdırılmış əlverişli biznes mühiti, investisiya siyasətinin əsas prioritetləri və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, investorlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb. İnvestisiyaların...
11 Noyabr 2026, 17:41
Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK – Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək.Bu yenilik hansı üstünlükləri vəd edir?Citypost.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, ölkədə pensiyaların ödənilməsi sahəsində bank monopoliyası mövcuddur:“Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da bizimlə görüşdə qeyd edib. Pensiyaçılara pensiyalarını müxtəlif banklardan almaq imkanı yaradılarsa, bu, ilk növbədə, onlar üçün rahatlıq təmin edər. İnsanlar özlərinə yaxın olan bankı seçə bilər, eyni zamanda, bir bankın bankomatları qarşısında yaranan növbələr azalaraq müxtəlif banklar arasında bölünər. Beləliklə, bank monopoliyası da aradan qalxar....
11 Noyabr 2026, 09:35
Gürcüstan Azərbaycandan içki alışını artırıb
Gürcüstan 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycandan 51 milyon ABŞ dolları dəyərində ərzaq məhsulları və içkilər idxal edib.Citypost.az “Report”a istinadən xəbər verir ki, Gürcüstanın statistika məlumatlarına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47,4 faiz artıb.Hesabat dövründə Gürcüstanın ümumi ərzaq və içki idxalı isə 15,5 faiz artaraq 1 milyard 745 milyon dollara çatıb.
10 Noyabr 2026, 18:15
"Gilan Holding"ə daxil olan şirkətə maya qoyuldu
"Gilan Holding" şirkətlər qrupuna daxil olan şirkətə maya qoyulub.Citypost.az Yurd.Media-ya istinadən xəbər verir ki, "Business Management Group Companies" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalını 150 min manat artıraraq 9 198 500 manata çatdırıb.Qeyd edək ki, "Gilan Holding"in 2019-cu ildə təsis etdiyi "Business Management Group Companies" MMC-nin direktoru Zülfiqar Babayevdir.
10 Noyabr 2026, 13:35