Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanlı kişi arvadının başını kəsdi – Anbaan video

Hadisə 13 Noyabr 2026, 12:54

542

Rusiyada azərbaycanlı kişi keçmiş arvadını öldürüb.

Citypost.az lent.az-a istiandla xəbər verir ki, hadisə Sankt-Peterburq şəhərinin Vavilovlar küçəsində qeydə alınıb.

28 yaşlı Yaqub Vaqif oğlu Süleymanov keçmiş qeyri-rəsmi həyat yoldaşını qadınlara yardım mərkəzinin qarşısında bıçaqlayıb.

Ağır xəsarətlər alan 27 yaşlı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata əsasən, qadın əvvəllər dəfələrlə polisə müraciət edərək həyat yoldaşının onu döydüyünü bildirib. Sentyabr ayında Yaqubdan qaçaraq sosial yardım mərkəzinə sığınıb. Lakin keçmiş həyat yoldaşı onun yerini müəyyənləşdirib.

Noyabrın 12-də qadını mərkəzin girişində yaxalayan Yaqub Süleymanov ona səkkiz bıçaq zərbəsi endirib və boğazını kəsib. Hadisədən sonra avtomobillə qaçan şübhəli yarım saat sonra polisə zəng edərək cinayətini etiraf edib. O, daha sonra saxlanılıb.

Qeyd edək ki, Yaqub Süleymanov Azərbaycanda anadan olub, Rusiya vətəndaşıdır və bir müddət Dağıstanda yaşayıb. Onun 3 övladı var. Qətlə yetirilən qadının isə 5 yaşlı oğlu qalıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib.Citypost.az  xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. “KamAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.Hadisə zamanı qaz infrastrukturuna da ziyan dəyib.Qeyd edək ki, xəsarət alanlar şəhid Zaman Məmmədlinin atası və anasıdır.Hadisə yerinə polis əməkdaşları və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır. (APA)...

13 Noyabr 2026, 12:33

Cəbrayılın Soltanlı kəndində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində şirkət personalının müvəqqəti yaşayışı üçün nəzərdə tutulan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.Citypost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.Yanğın havanın küləkli olmasına baxmayaraq, yanğından mühafizə qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Xəsarət alan olmayıb....

13 Noyabr 2026, 11:23

Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar

Astara rayon Kakalos kənd sakini 84 yaşlı Mirzəcan Hüseynovun Gəncədə itkin düşdükdən üç gün sonra meyitinin tapılması ilə bağlı bəzi məqamlar aydınlaşıb.Citypost.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, onun meyiti Gəncə şəhərinin Cavadxan qəsəbəsindən Göygöl rayonunun Hacıməlik kəndi istiqamətindəki boş sahədə aşkar edilib.İlkin ehtimala görə, M.Hüseynov Gəncədə yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimindən sonra insanların sıx cəmləşdiyi yeri tərk edərək azıb.Daha sonra Gəncə şəhərindən çıxaraq Göygöl rayonu istiqamətində hərəkət edib və Bakı-Qazax yoluna doğru gedib.Boş sahədə olarkən - magistraldan bir neçə kilometr aralıda 84 yaşlı kişinin yıxıldığı, aclıq və soyuqdan öldüyü ehtimal edilir.İlkin baxış zamanı onun üzərində hər hansı zorakılıq...

13 Noyabr 2026, 11:08

Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilibBu barədə Citypost.az-a Bakı Şəhər BPİ DYP İdarəsindən məlumat verilib.Bildirilib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “QAZ 3110” markalı, 99-NE-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nəcəf Mehdiyev Bakı Şəhər BPİ DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.İlkin araşdırma zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi təmin olunmaqlaQeyd edilib ki, N.Mehdiyevin narkotik vasitə qəbul etməsi müəyyən olunub. Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə nəqliyyat...

13 Noyabr 2026, 10:28

Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı

Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən Astara rayon Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti aşkar edilib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, onun meyiti Göygöl rayonunun Hacıməlik kəndində tapılıb.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

12 Noyabr 2026, 20:52

Lənkəranda bir ailənin 7 üzvü qidadan zəhərlənib

Lənkəranda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib.Bu barədə Citypost.az-aQida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.Məlumata görə, Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Dərhal araşdırmalara başlanılıb. İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakini olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub.Qeyd olunub ki, agentliyin əməkdaşları tərəfindən müvafiq tədbirlər icra edilir."AQTA bir daha vətəndaşlara müraciət edərək məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, eləcə də gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət olunmasının vacibliyini bildirir", məlumatda deyilir....

12 Noyabr 2026, 16:58