Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA
Cəmiyyət 06 Noyabr 2026, 22:53
273
“Biz artıq bir neçə ildir ki, ali təhsildə çox uğurla adambaşı maliyyələşmə mexanizmini tətbiq edirik. Yəni ali təhsil müəssisələrinə vəsait, onun saxlama xərcləri üzrə yox, hər qəbul olan tələbəyə görə ödənilir. Bu mexanizmin uğurunu nəzərə alaraq, hökumət tərəfindən qərar qəbul edilib ki, bunu tədricən ümumi təhsildə də tətbiq etməyə başlayaq. Ona görə də cari və növbəti illərdə məktəblərimizin bir qismi adambaşı maliyyələşmə mexanizminə keçəcək”.
CityPost.az xəbər verir ki, bu sözləri Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.
Həmçinin oxuyun
“Düşünürük ki, adambaşına maliyyələşmə kifayət qədər uğurlu mexanizmdir. Bu təcrübə genişləndirilərək, ümumi təhsildən sonra mərhələli şəkildə ilkin və məktəbəqədər təhsil pillələrində də tətbiq ediləcək”, - deyə nazir bildirib.
Bu il pensiyalar daha az artacaq - Deputat
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının 7,5 faiz artırılacağı proqnozlaşdırılır. Gələn ildən pensiyaların indeksləşdirilməsi qaydasında da dəyişiklik nəzərdə tutulur.Komitə sədri Azər Badamov Modern.az-a açıqlamasında bildirib ki, 7,5 faiz ilkin proqnozdur. Yekun indeksləşdirmə əmsalı orta aylıq nominal əməkhaqqının artımına dair rəsmi göstərici əsasında müəyyənləşdiriləcək.Badamov xatırladıb ki, 2026-cı ildə əmək pensiyaları 9,3 faiz artırılıb. Gələn il üçün proqnozlaşdırılan artım tempi bu göstəricidən 1,8 faiz bəndi aşağıdır.Komitə sədrinin sözlərinə görə, nəzərdə tutulan yeni qaydaya əsasən, orta aylıq əməkhaqqından aşağı olan pensiyalara indeksləşdirmə əmsalı tam tətbiq ediləcək. Pensiyası orta aylıq əməkhaqqından yüksək olan şəxslərdə isə həmin həddi aşan hissəyə fərqli əmsalların tətbiqi nəzərdə tutulur. Badamov...
06 Noyabr 2026, 22:51
Şanlı Zəfər Tariximiz" adlı layihəsinin növbəti tədbiri keçirilib
Noyabrın 5-də Azərbaycan Texniki Universitetinə "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə tarixi qələbəmizi 6-cı ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Şanlı Zəfər Tariximiz" adlı növbəti tədbiri keçirilib. Tədbirdə Texniki Universitetin rektoru Vilayət Vəliyev, millət vəkili Ceyhun Məmmədov, Azərbaycan Yazıcılar Birliyinin uzvu, Prezident təqaudcusu, “Fire Land Group” rəhbəri Mircəlal Qurbanov, müəllim və tələbə kollektivi, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, media və ictimaiyyət numayəndələri iştirak edib.Tədbirdən öncə Ulu öndərin büstü önünə və şəhidlərin xatirə abidəsinin önünə güllər düzülüb.Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü , suverenliyi uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik...
06 Noyabr 2026, 21:25
İlham Əliyev: Ermənilər 30 il bu torpaqları viran qoymuşdular
Ermənilər 30 il bu torpaqları viran qoymuşdular, bir daşı daş üstə qoyulmamışdır. Biz isə cəmi altı il ərzində 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq, onlar üçün mümkün olan ən gözəl şərait yaratmışıq.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında sakinlərlə söhbəti zamanı bildirib.Dövlət başçısı Azərbaycanın müharibədə Qələbə qazandığını vurğulayıb:"Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır"....
06 Noyabr 2026, 20:24
“Azərbaycan Test Portalı” MMC-nin direktoru dələduzluqda ittiham olunur
Şirkət rəhbəri vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.Citypost.az xəbər verir ki, “Azərbaycan Test Portalı” MMC-nin təsisçisi və direktoru Nihad Məmmədov vətəndaşlardan işə düzəltmək adı ilə 300 min manata yaxın pul almaqda ittiham olunur.Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.İttihama görə, o, işə qəbul edilən vətəndaşlarla əmək müqavilələri bağlasa da, onlara əməkhaqqı ödənilməyib.Bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.Məlum olub ki, təqsirləndirilən Nihad Məmmədov istintaq dövründə ziyanın 15 min...
06 Noyabr 2026, 20:20
Sahibə Qafarova “Aqaba Prosesi” çərçivəsində Astanada keçirilmiş görüşdə iştirak edib
Noyabrın 6-da Qazaxıstanın paytaxtı Astana şəhərində “Süni intellekt sahəsində təhlükəsizlik” mövzusunda “Aqaba Prosesi” çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının Görüşü keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.Bildirilib ki, tədbirdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, İordaniya Kralı II Abdullah bin Əl-Hüseyn, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdımuhamedov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğızıstanın xarici işlər naziri Cenbek Kulubayev və digər rəsmi şəxslər iştirak ediblər.Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını görüş iştirakçılarına çatdırıb.Spiker çıxışında Azərbaycanda rəqəmsal texnologiyalar...
06 Noyabr 2026, 20:09
Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.APA xəbər verir ki, ümumi sahəsi 179,5 hektar olan Cahangirbəyli kəndində birinci mərhələ üzrə 62,57 hektar ərazidə 242 fərdi evin, məktəb binasının, körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin və çoxfunksiyalı binanın tikintisi həyata keçirilib. Evlər 2, 3, 4, 5 otaqlıdır. Onların hamısı su, işıq, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollar da asfaltlanıb.Kənddəki çoxfunksiyalı binada həkim-tibb məntəqəsi, aptek, market, dərzi, gözəllik salonu fəaliyyət göstərəcək.Cahangirbəylidə 80 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət...
06 Noyabr 2026, 19:54