Mövsüm Əliyev haqqında MARAQLI FAKTLAR
Cəmiyyət 10 Noyabr 2026, 11:41
382
Professor Qulu Məhərrəmlinin yazısı.
Bu günlər daha qürurla dalğalanan üçrəngli bayrağımız təkcə Cümhuriyyətin rəmzi və nişanəsi deyil, həm də onun ruhudur. Dövlət Byrağı günündə hələ sovet dövründə həmin ruhu yaşadan və təbliğ edən bir şəxsiyyət- Azərbaycan Cümhuriyyətinin ilk tədqiqatçısı Mövsüm Əliyev haqqında danışmağı vacib sayıram.
Müstəqillik dövründə Cümhuriyyət haqqında yazanların çoxu onun "Odlar yurdu" qəzetində çap olunmuş silsilə məqalələrinə istinad edirdi, çünki publisistika olsa da ilkin mənbə sayılırdı.
Onun haqqında çox yazıb, çox danışıblar. Amma Rais Rəsulzadənin dediyi heç yadımdan çıxmır: "Hələ sovet dövrü idi. Bir gün emalatxanama ortayaşlı bir adam gəldi, salam-kəlamdan sonra soruşdu ki, siz babanızın kim olduğunu bilirsizmi? Heç cavabımı gözləmədən Cümhuriyyət və babam haqqında heç vaxt eşitmıdiyim xeyli məlumat verdi. O söhbətdən sonra Mövsüm Əliyevlə davamlı görüşürdük". Rais bəy onun müəmmalı ölümü haqqında da yana-yana danışır...
Əslən Zirə kəndindən olan Mövsüm Əliyev 1939-cu ildə kasıb bir ailədə anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra İncəsənər institutunda oxumuşdu, ixtisasca sənətşünas idi. 60-cı illərin sonlarından başlayaraq Cümhuriyyət tarixinə aid sənədləri toplamağa başlayıb. 1970–1980-ci illərdə Azərbaycan Cümhuriyyətinin qurucuları haqqında araşdırmalarını dərinləşdirib, o dövrə aid xeyli sənəd toplaylb.
Sovet rejimi dövründə (1988-ci il) Məhəmməd Əmin Rəsulzadə haqqında ilk məqaləsini yazıb. Daha sonra Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər Cümhuriyyət xadimləri haqqında samballı məqalələr yazıb. Bəlli səbəbdın məqalələrini "Əlioğlu" umzası ilə çap etdirib.
Mövsüm Əliyev Cümhuriyyət qurucuları ilə bağlı məlumatları arxivlərdən gizli şəkildə köçürür, sənədlərin surətini gizli şəkildə çıxarıb saxlayırdı. Bu işdə ona yaxın dostu, akademik Ziya Bünyadov da kömək edirdi. Bəzi məlumatlara gprə Ziya müəllim bəzən DTK arxivlərindəki mühüm sənədləri özü ona gizli şəkildə çatdırırmış.
Tədqiqatlarını dərinləşdirən Mövsüm Əliyev həmin dövrdə milli adamlar hesab etdiyi publisist-tərcüməçi, AJB-nin sədri Hacı Hacıyev və diplomat, mühacirətşünas-tədqiqatçı Ramiz Abutalıbovla dostluq edir, fikirlərini onlarla bölüşürmüş.
Həmçinin oxuyun
Şahidlərin dediyinə görə, Mövsüm Əliyev kaslblıq içində yaşasa da, Cümhuriyyətə aid sənədləri pulla alırmış, 28 May — İstiqlal Gününü isə xüsusi səxavətlə qeyd edirmiş.
1993-cü ildə M.Ə.Rəsulzadəni müdafiə məqsədilə yazdığı bir məqalədə bəzi tarixi faktları açıqladığına görə M.Əliyev həbs edilir və ilyarıma qədər həbsxanada yatır.
Həbsxanada saxlanma şəraiti pis olduğu üçün səhhətində problemlər yaranır. Oradan çıxdıqdan az sonra infarkt keçirir. Daha sonra sinir ağrıları və nevroloji problemləri olur, yeriməyindı çətinliklər yaranır.
Cümhuriyyətin ilk araşdırmaçısı 1998-ci ilin dekabrında son günlərini yaşadığı Poluxin 44 ünvanındakı evində vəfat edib. Qonşuları onun vəfat etdiyini bir neçə gün gün sonra biliblər.
Yazılanlara görə, Mövsüm Əliyevin zəngin şəxsi arxivi var imiş. Məlumatlara görə, ölümündən sonra onun iki kisəyə yaxın sənədini mənzil-istismar sahəsinin işçiləri aparıblar. Həmin sənədlərin taleyi indiyə kimi məlum deyil.
Allah Mövsüm Əliyevə və Cümhuriyyətin dünyasını dəyişmiş digər araşdırmaçılarına rəhmət eləsin!
İlham Əliyev Ərdoğana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir vilayətində metallurgiya zavodunda 17 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.Citypost.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:"Əziz Qardaşım.İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.Allah rəhmət eləsin!"...
10 Noyabr 2026, 11:52
Dağlıq ərazilərdə qar örtüyünün hündürlüyü 33 sm-ə çatıb
Azərbaycanda noyabrın 10-u saat 11:00-a olan məlumatına görə, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Şahdağda 28, Lazada (Qusar) 24, Xınalıqda 23, Kəlvəzdə (Lerik) 10, Şahbuzda 8, Gədəbəydə 6, Xaltan, Altıağacda 3 sm-dir.Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Pirallahıda 31, Maştağada 16, Binədə 12, Bakıda 11, Sumqayıtda 3 mm-dir.Respublikanın rayonlarında düşən yağıntının miqdarı Göyçayda 26, Oğuzda 21, Qubada 15, Qəbələdə 12, Astarada 8, Yardımlıda 6, Şamaxı, Neftçala, Lənkəran, İsmayıllı, İmişli, Biləsuvar, Balakən,...
10 Noyabr 2026, 11:37
Bakıda məşhur xəstəxana bağlanır
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır.Citypost.az Baku.ws-ə istinadən xəbər verir ki, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməsi nəzərdə tutulur.Müəssisədə olan xəstələr artıq başqa ünvana köçürülüblər. Qısa müddətdən sonra binada təmir işlərinə start veriləcək.Qeyd edək ki, Saray qəsəbəsində modul tipli vərəm dispanseri fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində isə 9 saylı Ağciyər və Vərəm Dispanseri yerləşir....
10 Noyabr 2026, 11:26
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür.Citypost.az xatırladır ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən...
10 Noyabr 2026, 10:46
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb.Citypost.az “Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir.Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb, ürəyi sızıldayıb.Görüntülərini də heç tanımadığı biri çəkərək paylaşıb.
10 Noyabr 2026, 10:44
Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb
Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub."Report"un yerli bürosu xəbər verir ki, anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirilib.Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Ali Sevim abidə önünə gül çələngi qoyub.Anım mərasimində dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.Sonra...
10 Noyabr 2026, 09:58