Baş nazir “Tədqiqat universiteti” statusu ilə bağlı tələbləri təsdiqləyib
Cəmiyyət 13 Noyabr 2026, 20:00
512
“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər” yeni redaksiyada təsdiq edilib.
Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu bu Tələblər nəzərə alınmaqla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 5 (beş) il müddətinə verilir.
“Tədqiqat universiteti” statusu elmi tədqiqat fəaliyyəti, elmi kadr hazırlığı, akademik heyət və elmi infrastruktur üzrə bu Tələblərlə müəyyən edilmiş tələbləri təmin edən və ən azı 5 (beş) il fəaliyyət göstərən ali təhsil müəssisəsinə verilir.
“Tədqiqat universiteti” statusu verilməsi üçün ali təhsil müəssisəsi elmi tədqiqat fəaliyyəti istiqamətində aşağıdakı tələbləri təmin etməlidir:
- Scopus və ya Web of Science beynəlxalq elmi bazalarında (bundan sonra - beynəlxalq elmi baza) indekslənən elmi nəşrlərin ortaillik sayı (ən azı 250 məqalə) müraciətin təqdim edildiyi tarixdən əvvəlki son 3 (üç) təqvim ili üzrə;
- beynəlxalq elmi bazada indekslənən elmi nəşrlərin sayının akademik heyətin sayına nisbəti (ən azı 0,5 məqalə / 1 müəllim / il), o cümlədən həmin nəşrlərə verilmiş istinadların akademik heyətin sayına nisbəti (ən azı 5 istinad / müəllim / il) - müraciət etdiyi təqvim ilinin əvvəlinə;
- beynəlxalq elmi bazada əcnəbi tədqiqatçılarla birgə dərc etdirilmiş elmi nəşrlərin sayının ali təhsil müəssisəsinin bu bazalardakı bütün nəşrlərinin sayına nisbəti (ən azı 25 faiz) - müraciət etdiyi təqvim ilindən əvvəlki il üzrə;
- beynəlxalq elmi bazada magistr və doktorantlarla birgə dərc etdirilmiş elmi nəşrlərin sayının ali təhsil müəssisəsinin bu bazalardakı bütün nəşrlərinin sayına nisbəti (ən azı 15 faiz) - müraciət etdiyi təqvim ilindən əvvəlki il üzrə;
- ali təhsil müəssisəsinə aid olan və müvafiq qaydada qeydiyyata alınmış ixtira, faydalı model və sənaye nümunəsi və ya verilmiş patentlərin ümumi sayı - son 5 (beş) təqvim ili üzrə (ən azı 10);
- elmi tədqiqat xərclərinin ali təhsil müəssisəsinin ümumi illik büdcəsində payı (ən azı 10 faiz) - müraciətin təqdim edildiyi tarixdən əvvəlki son 3 (üç) təqvim ili üzrə.
“Tədqiqat universiteti” statusu verilməsi üçün ali təhsil müəssisəsi müraciət etdiyi təqvim ilinin əvvəlinə elmi kadr hazırlığı istiqamətində aşağıdakı tələbləri təmin etməlidir:
Həmçinin oxuyun
- magistraturada (yalnız magistrlik dissertasiyası yazanlara münasibətdə) (rezidenturada) təhsil alanların və doktorantların ümumi tələbə kontingentində payı (ən azı 10 faiz);
- magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə mövcud olan ixtisasların sayı (hər bir səviyyə üzrə ən azı 15 ixtisas).
“Tədqiqat universiteti” statusu verilməsi üçün ali təhsil müəssisəsi müraciət etdiyi təqvim ilinin əvvəlinə akademik heyəti üzrə aşağıdakı tələbləri təmin etməlidir:
- elmi dərəcəyə malik olan professor-müəllim heyətinin təhsilverənlərə nisbəti (ən azı 70 faiz);
- akademik heyətin tərkibində elmi adı olan şəxslərin sayının elmi dərəcəyə malik akademik heyətin sayına nisbəti (ən azı 50 faiz);
-. xaricdə ali təhsil almış və beynəlxalq elmi təcrübəyə malik professor-müəllim heyətinin mövcudluğu (ən azı 20 faiz).
“Tədqiqat universiteti” statusu verilməsi üçün ali təhsil müəssisəsi müraciət etdiyi təqvim ilinin əvvəlinə mövcud elmi infrastrukturu üzrə aşağıdakı tələbləri təmin etməlidir:
- tədqiqat avadanlıqları ilə təchiz edilmiş elmi laboratoriyaların və tədqiqat mərkəzlərinin mövcudluğu (ən azı 5 mərkəz və ya laboratoriya);
- beynəlxalq elmi informasiya bazalarına və elektron kitabxana resurslarına çıxış (Scopus və Web of Science);
- texnologiya transferi ofisinin, innovasiya və startap fəaliyyətini dəstəkləyən struktur bölmələrin fəaliyyəti (texnologiya transferi ofisi və startap mərkəzi).
Nərə kürüsü, siqaret və PVC parçaların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir
Bir sıra məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir.APA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilib.Dəyişikliyə əsasən, 2030-cu ilin sonunadək idxal olunan nərə balığının kürüsü üçün idxal gömrük rüsumunun dərəcəsinin 15%, lakin 1 kq üçün 200 ABŞ dollarından az olmamaqla (hazırda idxal dəyərinin 15%-i), siqar, siqaret və siqarillalar üçün 15%, lakin 1000 ədədinə 3,0 ABŞ dollarından az olmamaqla (hazırda 1000 ədədi 0,5 ABŞ dolları), polivinilxloridlə (PVC) hopdurulmuş və ya üzlənmiş tekstil parçalar üçün 15% (hazırda 0 və ya 5%) təyin olunur....
13 Noyabr 2026, 19:58
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb.Citypost.az xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.
13 Noyabr 2026, 19:16
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb
Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb.Citypost.az xəbər verir ki,Bu barədə "NEWS.am" Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb.Bildirilib ki, iş ittiham aktı ilə təsdiq olunması üçün nəzarətçi prokurora göndərilib.Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Azərbaycan hərbçisi Nəsimi Musayev 2026-cı il oktyabrın 1-də saat 14:00 radələrində Ermənistanın Sünik vilayətinin Şaki kəndindəki yaşayış evinə daxil olub və aşkar edildikdən sonra odlu silahdan atəş açıb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralanıb.Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan noyabrın 3-də açıqlamasında Nəsimi Musayevin öldürmək niyyətinin olmadığını, ifadəsində duman səbəbindən yolu azdığını bildirdiyini qeyd edib. (Apa)...
13 Noyabr 2026, 18:33
“Azərişıq” nümayəndələri fermer və sahibkarlarla görüş keçirdi
“Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, onların elektrik şəbəkəsinə qoşulması, həmçinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə regionlarda mütəmadi görüşlər təşkil edir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə maarifləndirici tədbirlərdən biri Lənkəranda reallaşıb.Citypost.az xəbər verir ki, Lənkəran Mədəniyyət Mərkəzində təşkil olunmuş görüşə 40-dək sahibkar və yerli sakin qatılıb.Tədbirdə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Elgün Məmmədov iştirak edib.Görüş zamanı fermer, sahibkar və vətəndaşlar Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma,...
13 Noyabr 2026, 18:25
Milli Məclis gələn həftə BUNLARI müzakirə edəcək
Milli Məclisin növbəti iclasının tarixləri və gündəliyi açıqlanıb.Citypost.az xəbər verir ki, noyabrın 16, 17 və 18-də keçiriləcək plenar iclasın gündəliyinə büdcə zərfinin müzakirəsi daxil edilib.İclasların gündəliyinə aşağıdakı məsələlər daxildir:1. “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).2. “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).3. “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).4. “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).5. “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).6. Azərbaycan Respublikasının...
13 Noyabr 2026, 18:15
Aynur Elgünəş əməliyyat olunub
“Meydan” TV işi üzrə həbsdə olan jurnalist Aynur Elgünəş əməliyyat olunub.Vəkil Elçin Sadıqov APA-ya bildirib ki, cərrahiyyə əməliyyatı dünən Mərkəzi Gömrük Hospitalında icra olunub.Qeyd edək ki, Aynur Elgünəş bir qədər əvvəl səhhətində yaranmış problemlə bağlı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirilmişdi.Xatırladaq ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.2025-ci ilin fevral ayında iş üzrə...
13 Noyabr 2026, 17:43