Bizə yazın

Baku

-°C

USD

-

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Cəmiyyət 23 Noyabr 2026, 12:39

562

Noyabrın 24-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azad edilmiş ərazilərdə daha 62 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (16.11.2026 - 22.11.2026) məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə daha 46 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 468 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 469,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

23 Noyabr 2026, 12:46

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.Citypost.az xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə toxunaraq, Azərbaycanla İtaliyanın yaxşı tərəfdaşlıq qurduqlarını, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyini deyib.Prezident İlham Əliyev bu il İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə uğurlu səfərini xatırladaraq, səfər çərçivəsində onunla siyasi sahədə qarşılıqlı fəaliyyət, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərlə bağlı yaxşı müzakirələrin aparıldığını bildirib.Dövlət başçısı İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə, özünün isə İtaliyaya səfərlərinə toxunaraq vurğulayıb ki, bütün bunlar əlaqələrimizin inkişafına...

23 Noyabr 2026, 12:44

Ələtdə yeni hava limanının açılacağı tarix bilindi

"Ələt Azad İqtisadi Zonasında inşa edən hava limanı 2027-ci ilin ortalarında istifadəyə veriləcək".Xeberlent Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan - İtaliya Biznes Forumunda deyib.O bildirib ki, "Silk Way Airlines" ilə Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının və onun ətrafında müvafiq logistika infrastrukturunun yaradılması barədə razılıq əldə olunub:"Bu layihə üçün Araz İqtisadi Zonasının səlahiyyətli qurumu 750 hektar ərazi ayrılıb. Aeroportun tikintisi 2027-ci ilin ortasından gec olmayaraq bitəcək və artıq gələn il beynəlxalq daşımalara açıq olacaq. İlkin mərhələdə bu limanın daşınma qabiliyyəti ildə 500 min ton olacaq və addım-addım bu 2...

23 Noyabr 2026, 11:22

Rasim Ocaqovun doğum günüdür

Görkəmli kinorejissor Rasim Ocaqovun doğum günüdür. CityPost.az  bildirir ki,1933-cü il noyabrın 22-də Azərbaycan Kinosuna şərəfli səhifələr yazacaq bir İnsan dünyaya göz açıb – Rasim Ocaqov.      Bütün həyatını kinematoqraf sənətinə həsr edən R.Ocaqov mədəniyyət tariximizə çox-çox gözəl əsərlər, o cümlədən “Tütək səsi” kimi bir şedevr bəxş etdib.      Filmdə Rasim müəllimin Tapdıq obrazını yaratmaq üçün mənə göstərdiyi inam, etibar və etimaddan qürur duyuram.       Ruhu şad olsun!...

23 Noyabr 2026, 11:16

Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.Bu barədə Citypost.az-a Şuradan məlumat verilib.Qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş, ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikası Media və Yayım Şurasına təqdim edilir."Müsabiqədə iştirak etmək istəyən media subyektlərinin heyətində ən azı bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla, ümumilikdə azı dörd nəfər olmalıdır.Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektlərinin hər biri ilə aylıq 5000 (beş min) manat məbləğində...

23 Noyabr 2026, 11:15

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, Azərbaycanla ilə İordaniya Haşimilər Krallığı arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşlarının 2026-cı ilin 22 noyabr tarixndən qarşılıqlı viza tələbi ləğv edilib.Bu barədə Citypost.az-a Azərbaycanın Dövlət Miqrasiya Xidmətindən bildirilib.Yeni qaydalara əsasən, hər iki ölkənin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları qarşılıqlı olaraq digər ölkənin ərazisinə vizasız daxil ola, oradan çıxa və tranzit keçə, hər 180 günlük müddət ərzində isə 90 gündən artıq olmamaq şərtilə həmin ölkədə qala bilərlər.Qeyd edək ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Bununla...

23 Noyabr 2026, 11:12