Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

Cəmiyyət 23 Noyabr 2026, 12:44

500

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.

Citypost.az xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə toxunaraq, Azərbaycanla İtaliyanın yaxşı tərəfdaşlıq qurduqlarını, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyini deyib.

Prezident İlham Əliyev bu il İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə uğurlu səfərini xatırladaraq, səfər çərçivəsində onunla siyasi sahədə qarşılıqlı fəaliyyət, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərlə bağlı yaxşı müzakirələrin aparıldığını bildirib.

Dövlət başçısı İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə, özünün isə İtaliyaya səfərlərinə toxunaraq vurğulayıb ki, bütün bunlar əlaqələrimizin inkişafına mühüm töhfə verir.

Yüksək səviyyədə olan əlaqələrimizin iqtisadi fəaliyyətimizə də müsbət təsir göstərdiyini deyən Azərbaycan Prezidenti bu sahədə əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə edib, irimiqyaslı sərmayələrin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, İtaliya enerji sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Dövlət başçısı ölkəmizin İtaliyanın enerji bazarına daxil olduğunu, orada neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini dedi.

Prezident İlham Əliyev Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən İtaliya şirkətlərinin sayının artmasını da məmnunluqla qeyd edib.

Azərbaycan Prezidenti əlaqələrimizin, həmçinin təhsil sahəsini də əhatə etdiyini dedi, bu xüsusda ötən il İtaliya dövlətinin başçısının iştirakı ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışını xatırladıb.

Prezident İlham Əliyev Antonio Tayaninin səfərinin uğurlu olacağına və strateji münasibətlərimizi daha da gücləndirəcəyinə ümidvarlığını ifadə edib.

İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanda və İtaliyada fəaliyyət göstərən hər iki ölkədən olan şirkətlərin sayının artırılmasında maraqlı olduqlarını bildirib.

Antonio Tayani Azərbaycanın İtaliya üçün regional sabitlik baxımından çox əhəmiyyətli ölkə olduğunu deyib, İtaliyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu qeyd edib.

Qonaq bir müddət əvvəl İranda baş vermiş hadisələr zamanı İtaliyanın bu ölkədəki səfirliyinin Bakıda fəaliyyət göstərməsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.

Söhbət zamanı biznes sahəsində əməkdaşlığın potensialına toxunulub, bu ilin oktyabrında Romada imzalanmış kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamənin önəmi qeyd edilib.

İqtisadi-ticari, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın nəqliyyat bağlantıları baxımından strateji rolunun artdığı vurğulanıb, bölgədə gedən proseslərə, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinə və TRIPP layihəsinə toxunulub.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu xanımlara yüksək vəzifə verildi - Foto

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Jalə Məmmədova Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Kəmalə Əliyeva isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.Bu barədə Citypost.az-a agentlikdən məlumat verilib.Bildirilib ki, Jalə Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetində SABAH qrupları layihəsi çərçivəsində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda ADA Universitetində “Təhsil üzrə menecment” ixtisası üzrə magistratura təhsilini davam etdirir. O, 2022–2023-cü illərdə ADA Universitetinin “Bir müəllimin Manifesti” Peşəkar İnkişaf Proqramında iştirak edib.Əmək fəaliyyətinə 2021-ci ildən Laçın rayon Vəliuşaqlı kənd tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi kimi başlayıb....

23 Noyabr 2026, 13:00

Nəriman Süleymanovla bağlı cinayət işi açılıb? - Rəsmi

BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanovun (Qocatürk) ölümü ilə bağlı cinayət işi açılmayıb.Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.“Xeyr, bu hadisə ilə bağlı cinayət işi açılmayıb, aradırma aparılır”, - məlumatda vurğulanıb.Qeyd edək ki, Nəriman Süleymanov 18 noyabrda özünə qəsd edib. O, sosial şəbəkələrdə tələbələrinə qarşı cinsi qısnamada ittiham olunduqdan sonra bu addımı atıb. (Axar.az)

23 Noyabr 2026, 12:52

Azad edilmiş ərazilərdə daha 62 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (16.11.2026 - 22.11.2026) məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə daha 46 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 468 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 469,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

23 Noyabr 2026, 12:46

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Noyabrın 24-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65% təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq....

23 Noyabr 2026, 12:39

Ələtdə yeni hava limanının açılacağı tarix bilindi

"Ələt Azad İqtisadi Zonasında inşa edən hava limanı 2027-ci ilin ortalarında istifadəyə veriləcək".Xeberlent Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan - İtaliya Biznes Forumunda deyib.O bildirib ki, "Silk Way Airlines" ilə Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının və onun ətrafında müvafiq logistika infrastrukturunun yaradılması barədə razılıq əldə olunub:"Bu layihə üçün Araz İqtisadi Zonasının səlahiyyətli qurumu 750 hektar ərazi ayrılıb. Aeroportun tikintisi 2027-ci ilin ortasından gec olmayaraq bitəcək və artıq gələn il beynəlxalq daşımalara açıq olacaq. İlkin mərhələdə bu limanın daşınma qabiliyyəti ildə 500 min ton olacaq və addım-addım bu 2...

23 Noyabr 2026, 11:22

Rasim Ocaqovun doğum günüdür

Görkəmli kinorejissor Rasim Ocaqovun doğum günüdür. CityPost.az  bildirir ki,1933-cü il noyabrın 22-də Azərbaycan Kinosuna şərəfli səhifələr yazacaq bir İnsan dünyaya göz açıb – Rasim Ocaqov.      Bütün həyatını kinematoqraf sənətinə həsr edən R.Ocaqov mədəniyyət tariximizə çox-çox gözəl əsərlər, o cümlədən “Tütək səsi” kimi bir şedevr bəxş etdib.      Filmdə Rasim müəllimin Tapdıq obrazını yaratmaq üçün mənə göstərdiyi inam, etibar və etimaddan qürur duyuram.       Ruhu şad olsun!...

23 Noyabr 2026, 11:16