Bizə yazın

Baku

-°C

USD

-

Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik 

Cəmiyyət 23 Noyabr 2026, 15:15

443

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanın icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil olunmayacaq.

Qaydaya əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyənləşdirilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.

Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin tibbi-sosial ekspert komissiyalarına (TSEK) göndərilir. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır.

İndiyə qədər qərar bu Qaydaya əlavədə müəyyənləşdirilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş altsistemə daxil olunur, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanırdı.

Dəyişikliyə görə, artıq şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstərişin sistemə daxil olunmasına dair tələbi ləğv edilir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident Çexiya ilə imzalanan mühüm sazişi təsdiqlədi

Azərbaycan və Çexiya arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş təsdiq edilib.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Sənəd 2026-cı il sentyabrın 30-da Bakı şəhərində imzalanmışdı.Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çexiya hökumətinə bildiriş göndərmək tapşırılıb.

23 Noyabr 2026, 15:14

Magistr və doktorantura bitirən hərbçilərə güzəşt edildi

Magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılması təsdiqlənib.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişikliyi imzalayıb.Sənədə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılır.Bundan əlavə, "leytenant" hərbi rütbəsində olma müddətinə dair müddəalar yenilənib.Belə ki, təhsil müddəti...

23 Noyabr 2026, 15:12

Prezident hərbçilərin xüsusi rütbələri ilə bağlı qanuna dəyişiklik etdi

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydaları tibb xidmətinə də şamil ediləcək.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna edilmiş dəyişikliyi imzalayıb.Sənədə əsasən, dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.Belə ki, tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur....

23 Noyabr 2026, 15:11

TKTA-dan xarici diplomlarla bağlı AÇIQLAMA

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici kvalifikasiyaların tanınması üzrə müraciət üçün tələb olunan sənədlərin Azərbaycan dilinə tərcümə olunması ilə bağlı məlumat yayıb.TKTA-dan Citypost.az-a verilən məlumata görə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir. Qaydaların 2.5-ci bəndinə əsasən, türk, rus və ingilis dillərində təqdim edilmiş xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və onlara əlavələrin Azərbaycan dilinə tərcüməsi, eləcə də notariat qaydasında təsdiq edilməsi tələb olunmur."Bununla belə, müraciətlərin ekspertizası zamanı bəzi vətəndaşların qeyd olunan dillərdə tərtib edilmiş...

23 Noyabr 2026, 14:05

Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsində sonuncu şahidlər dindiriləcək.Citypost.az xəbər verir ki, həmin şahidlər Ramiz Mehdiyev və ailə üzvləridir.Ramiz Mehdiyev, oğlu Timur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyev rəsmi bildirişlə məhkəməyə çağırılıblar. Onlar ibtidai istintaq vaxtı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi tərəfindən dindiriliblər.Məhkəmə sabaha təyin edilib.İttihamda deyilir ki, Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyev, axtarışda olan Abbas Abbasov və digər şəxslərlə birlikdə hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi barədə sövdələşmədə iştirak edib. DTX cinayətlə bağlı geniş videomaterial yayıb, orada Ramiz Mehdiyevin Əli Kərimlinin adamları və xarici xüsusi xidmət...

23 Noyabr 2026, 14:00

Elçin Babayev işdən çıxarılma xəbərini Astanada alıb - DETALLAR

Bakı Dövlət Universtetinin rektoru vəzifəsindən azad edilən Elçin Babayev işdən çıxarılma xəbərini Qazaxıstanda - Astanada alıb. Manset.az-ın əldə etdiyi məlumata görə, Elçin Babayev noyabrın 18-də Qazaxıstanın paytaxtı Astanada keçirilən III İllik Beynəlxalq Strateji Tərəfdaşlar forumunda iştirak etmək üçün ora yola düşübmüş. Noyabrın 19-da rektor E.Babayev "Hilton Astana" hotelində Strateji Tərəfdaşlar forumunun əsas plenar iclasında iştirak edəcəkmiş. Elə iclas vaxtı sabiq rektor işdən çıxarılma xəbərini alıb. Dərhal iclası tərk edərək təcili Azərbaycana qayıdıb. Faktlar onu göstərir ki, 2-ci müddətə BDU-nun rektoru vəzifəsinə təyin edilən Elçin Babayevin işdən çıxarılması onun üçün müəmmalı olub. Qeyd edək ki, Elçin Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü...

23 Noyabr 2026, 13:55