DYP-dən blogerin sükan arxasındakı görüntülərinə münasibət
Hadisə 23 Noyabr 2026, 13:46
440
Sosial şəbəkələrdə bir çox şəxslərin, xüsusilə də blogerlərin sükan arxasında canlı yayım açması hallarına tez-tez rast gəlinir.
Citypost.az xəbər verir ki, bir çox hallarda həmin sürücülərin diqqətlərini yoldan yayındırmaları, əllərinin ikisini də sükandan çəkmələri, hərəkət edən nəqliyyat vasitəsində rəqs etmələri və digər hərəkətləri diqqət çəkir.
Son olaraq isə bloger Firuzə Ağayevanın eyni məzmunlu video paylaşması müzakirələrə səbəb olub.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev F.Ağayevanın görüntüləri ilə bağlı Qafqazinfo.az-a cavab olaraq bildirib ki, bütün sürücülər yol hərəkəti qaydalarına ciddi əməl etməlidir: “Sükan arxasında diqqəti yoldan yayındıran hərəkətlərə yol vermək kobud məsuliyyətsizlikdir. Bir neçə saniyəlik diqqətsizlik ağır yol-nəqliyyat hadisəsinə və insan itkisinə səbəb ola bilər. Heç kimin sosial şəbəkədə baxış toplamaq naminə insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur.
Həmçinin oxuyun
Bu kimi halların qarşısının alınması üçün yol polisi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Hər kəs bilməlidir ki, yol hərəkəti qaydalarını pozan heç bir şəxs qanun qarşısında məsuliyyətdən kənarda qala bilməz. Bundan sonra da yollarda insanların həyatını təhlükəyə atan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.
Bir daha bütün sürücüləri sükan arxasında məsuliyyətli davranmağa, diqqətlərini yola cəmləməyə və yol hərəkəti qaydalarına qeyd-şərtsiz riayət etməyə çağırırıq”.
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində aparıcı Ada Süleymanla birlikdə həlak olan sürücünün ailə üzvü olmadığı bilinib.Oxu24.com -un məlumatına görə, sükan arxasında olan Anar Kərimov Ada Süleymanın yaxın dostu olub.Xəbərə görə, onlar restorandan birlikdə ayrılıblar.Xatırladaq ki, aparıcı Ada Süleyman ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtoqəzada həyatını itirib.Faciə aparıcının ad günü məclisindən qayıdarkən baş verib.
23 Noyabr 2026, 13:16
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı
Noyabrın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis tərəfindən təmin olunub.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb....
23 Noyabr 2026, 10:53
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Dünən doğum gününü qeyd edən və gecə evinə qayıdarkən qəzada həyatını itirən aparıcı Ada Süleymanın son paylaşımı diqqət çəkib.Citypost.az xəbər verir ki, o, ad günü ilə bağlı “Instagram” səhifəsində paylaşdığı videoya bu sözləri yazıb: “Əzizlərim, bu, bir doğum günü deyil… Bu, bir hesabatdır. Qısa bir zaman kəsiyində qət etdiyim yolun, dəyişən düşüncələrimin, böyüyən ruhumun, toxunduğum qəlblərin hesabatı…Bu, dünənki mənlə bugünkü mən arasındakı məsafənin hekayəsidir. Amma bu, hələ yolun başlanğıcıdır. Qarşıda yazılacaq çox hekayəm, qət ediləcək çox yolum var. Gözünüzün önündə böyüyür, dəyişir və öz hekayəmi yazıram.”Qeyd edək ki, Ada Süleyman ARB TV-də çalışıb. O, uzun müddət “Sən olsaydın” verilişinin aparıcısı...
23 Noyabr 2026, 10:51
Ada Süleyman ad gününü keçirdikdən sonra qəzaya düşdü, öldü
ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman yol-nəqliyyat hadisəsində həyatını itirib. Citypost.az“Qafqazinfo” xəbər verir ki, o, dostları ilə doğum gününü qeyd etdikdən bir neçə saat sonra qəza keçirib. Hadisə ilə bağlı aktyor Şəhriyar Əbilov “Instagram” hesabında paylaşım edib.“Az öncə ad günündə idim, səni təbrik etdim. Sənin öz üzərində işləyib inkişaf etməyindən danışdıq, gözün doldu. Gözəl ad günü keçdi, səninlə sağollaşıb çıxıb getdim. Sonra isə sən qəzada dünyanı dəyişdin...”, - paylaşımda deyilir.Qeyd edək ki, o, uzun müddət “Sən olsaydın” verilişinin aparıcısı olub. ...
23 Noyabr 2026, 10:47
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb."Report" xəbər verir ki, 2025-ci il təvəllüdlü A.H yaşadığı S.Orucov küçəsi ev 40, mənzil 54-ün eyvanından (11-ci mərtəbə) yıxılaraq ölüb.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
23 Noyabr 2026, 10:38
Bu MTK-nın sahibi həbs edildi - Çoxsaylı şikayətlər əsasında
“Vesta Construction” MTK-nın sahibi Ceyhun Musarza oğlu Quliyev həbs edilib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir, o, 1 milyon manatdan çox dələduzluqda ittiham olunur.Şirkət rəhbəri çoxsaylı vətəndaş şikayəti əsasında polis tərəfindən saxlanılıb.İttihama görə, “Vesta Construction” MTK tərəfindən eyni mənzil bir neçə şəxsə satılıb. Bu yolla satılan mənzillərin sayı çoxdur. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham verilib. İş üzrə 7 nəfər zərərçəkmiş var.Qeyd edək ki, sözügedən şirkətlə bağlı saytımıza da şikayət daxil olmuşdu. ...
23 Noyabr 2026, 10:35