İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı
Cəmiyyət 23 Noyabr 2026, 15:54
501
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
APA xəbər verir ki, Sərəncama əsasən, Sərəncama əsasən, 2009-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1997-2008-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Həmçinin oxuyun
Eyni zamanda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2027-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.
Yardımlı İH-də saxlanılan məmurların məhkəmə prosesi başlayır
Yardımlı Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərin istintaqı yekunlaşıb.Citypost.az APA-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Yardımlı rayon Məhkəməsinə təqdim olunub.İş üzrə məhkəmə iclası yaxın zamanlarda başlayacaq.Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprel ayında həyata keçirdiyi əməliyyat nəticəsində Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov saxlanılıb.Onlara və İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Namiq Səfərova Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi üzrə ittiham irəli...
23 Noyabr 2026, 15:55
İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satan şəxs saxlanılıb
İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satan şəxs saxlanılıb.Bu barədə Citypost.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb. Zərərçəkən “Toyota” markalı avtomobilini icarəyə verdiyini, daha sonra təhvil aldıqda 2000 manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlandığını bildirib.Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq saxlanılıb. Onun taladığı ehtiyat hissələrini satdığı məlum olub.Araşdırma aparılır.
23 Noyabr 2026, 15:34
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanın icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.Qərara əsasən, şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil olunmayacaq.Qaydaya əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyənləşdirilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə...
23 Noyabr 2026, 15:15
Prezident Çexiya ilə imzalanan mühüm sazişi təsdiqlədi
Azərbaycan və Çexiya arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş təsdiq edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Sənəd 2026-cı il sentyabrın 30-da Bakı şəhərində imzalanmışdı.Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çexiya hökumətinə bildiriş göndərmək tapşırılıb.
23 Noyabr 2026, 15:14
Magistr və doktorantura bitirən hərbçilərə güzəşt edildi
Magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılması təsdiqlənib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişikliyi imzalayıb.Sənədə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılır.Bundan əlavə, "leytenant" hərbi rütbəsində olma müddətinə dair müddəalar yenilənib.Belə ki, təhsil müddəti...
23 Noyabr 2026, 15:12
Prezident hərbçilərin xüsusi rütbələri ilə bağlı qanuna dəyişiklik etdi
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydaları tibb xidmətinə də şamil ediləcək.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna edilmiş dəyişikliyi imzalayıb.Sənədə əsasən, dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.Belə ki, tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur....
23 Noyabr 2026, 15:11