Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa"
Cəmiyyət 26 Noyabr 2026, 12:26
279
Arvad" sözünün müraciət forması kimi işlədilməsi Baku TV-nin "Aktual Gündəm" verilişində mübahisə yaradıb.
Verilişin qonaqları - filologiya üzrə fəlsəfə doktoru Aqil Cəfərov və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli arasında sözün işlənmə məqamları ilə bağlı fikir ayrılığı yaranıb.
Hacıbəy Heydərli hesab edir ki, "arvad" sözü gündəlik ünsiyyətdə qadına müraciət forması kimi işlədilməməlidir. Onun fikrincə, bu söz artıq köhnəlib və dilimizdən çıxarılmalıdır:
Həmçinin oxuyun
"Gündəlik həyatda bir xanıma, müəllimə, ziyalıya "arvad" deyə müraciət edə bilməzsən. Artıq bu, köhnəlmiş sözdür, dilimizdən çıxarılmalıdır".
Aqil Cəfərov isə sözün özlüyündə kobud olmadığını, əsas məsələnin onun hansı şəraitdə və kimə münasibətdə işlədilməsi olduğunu bildirib:
"Arvad" sözünün kobud ifadə olduğunu düşünürsənsə, işlətmə. Səni kimsə məcbur etmir. Sözün işlənmə məqamı var. Hər sözü hər adama şamil etmirlər".
Rayonlarda 15 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65% təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° isti olacaq....
26 Noyabr 2026, 12:24
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilib
Xalq artisti Elmira Şabanova ilə Təzəpir məscidində vida mərasimi keçirilib.Citypost.az xəbər verir ki, vida mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ailə üzvləri iştirak ediblər.Qeyd edək ki, Xalq artisti Yasamal qəbiristanlığında dəfn ediləcək.Xatırladaq ki, Elmira Şabanova ötən gün 86 yaşında vəfat edib.
26 Noyabr 2026, 12:13
Taleh Qaraşov rayonda aparılan abadlıq işlərinin gedişi ilə tanış olub
Noyabrın 25-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov şəhər və yaşayış məntəqələrində həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinin gedişini yerində nəzərdən keçirib.Citypost.az xəbər verir ki, İcra başçısı Liman şəhərində, Hirkan və Gərmətük qəsəbələrində olub, aparılan infrastruktur yenilənməsi, küçələrin abadlaşdırılması və ərazilərin müasir şəhərsalma tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlərlə yerində tanış olub. Taleh Qaraşov işlərin keyfiyyətlə və müəyyən olunmuş müddətdə başa çatdırılması, sakinlərin rahatlığının və gündəlik tələbatlarının nəzərə alınması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyə və tapşırıqlarını verib. Bildirilib ki, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması çərçivəsində Lənkəranda da şəhər mühitinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi...
26 Noyabr 2026, 11:49
ABŞ-nin Bakıdakı səfirliyi Şükran Günü ilə əlaqədar iki gün fəaliyyət göstərməyəcək
ABŞ-nin Azərbaycandakı səfirliyi Şükran Gününün qeyd olunması ilə əlaqədar noyabrın 26-dan 27-dək bağlı olacaq.Citypost.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib."Nəzərinizə çatdırırıq ki, Şükran Günü münasibətilə ABŞ-nin Bakıdakı səfirliyi 26 və 27 noyabr tarixlərində bağlı olacaq. Hər kəsə xoş və sevincli Şükran Günü arzulayırıq!", - məlumatda bildirilib.
26 Noyabr 2026, 11:42
Tarixi binanın qapısını dəyişdirmiş sahibkara XƏBƏRDARLIQ EDİLDİ
Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz dəyişikliklə bağlı obyektin tarixi giriş qapısı əvvəlki vəziyyətinə qaytarılıb, binanın ilkin memarlıq görkəmi bərpa edilib.Bu barədə Citypost.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada araşdırma aparılıb:"Araşdırma zamanı sosial şəbəkələrdə yayılan məlumatlar öz təsdiqini tapıb və tarixi memarlıq abidəsinə müdaxilə faktı müəyyən edilib. Yoxlamanın nəticələrinə əsasən, qanunsuz dəyişikliklə bağlı obyektin tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması və binanın ilkin memarlıq görkəminin bərpa edilməsi təmin edilib. Eyni zamanda, sahibkara tarixi və mədəni irs nümunələrinə...
26 Noyabr 2026, 11:32
Ali məktəblərə qəbulda vahid yanaşma - Test sistemi təkmilləşdirilməlidir
Müasir dünyada texnologiyalar elə sürətlə inkişaf edir ki, əldə olunan biliklərin daim yenilənməsinə ehtiyac duyulur. Buna görə də təhsil yalnız öyrətmək prosesi deyil, həm də gənc nəslin bilik və bacarığını, yeniliklərə açıq olmaq və çevik uyğunlaşmaq qabiliyyətini formalaşdırır. Bu mənada, ali məktəblərə qəbul imtahanları cəmiyyətin həyatına birbaşa təsir göstərən mühüm sosial prosesdir.Citypost.az xəbər verir ki, “Xalq qəzeti” mövzu ilə bağlı araşdırma aparıb.Məqalədə qeyd olunub ki, hər il minlərlə abituriyentin iştirak etdiyi imtahanların təşkili, məzmunu və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi ciddi elmi-metodiki yanaşma tələb edir. Milli təhsil sistemində həyata keçirilən islahatların əsasında dayanan məsələlərdən biri qəbul imtahanlarının şəffaflığı və obyektivliyin təmin olunmasıdır....
26 Noyabr 2026, 11:10