Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi
Hadisə 26 Noyabr 2026, 11:40
250
Yevlaxda övladlarına aliment ödəməyən qadın məhkum edilib.
Citypost.az Oxu.Az-a istiandən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində baş verib.
Həmçinin oxuyun
Qəsəbə sakini Ramil Rüstəmov 2012-ci ildə ailə həyatı qurub və birgə nikahdan iki övladı dünyaya gəlib. O, bir müddətdən sonra həyat yoldaşından ayrılıb və uşaqlar atanın himayəsində qalıb. Həmin vaxtdan etibarən hər uşağın yetkinlik yaşına çatdırılması üçün qadından 150 manat olmaqla, ümumilikdə 300 manat aliment tutulması müəyyən edilib. Lakin ana məhkəmə qərarını icra etməyib və aliment ödəməkdən yayınıb. Bundan sonra ata hüquq-mühafizə orqanlarına müraciət edib, faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə istintaqı dövründə məlum olub ki, ana 6 600 manat aliment borcundan yayınıb. Məhkəmənin hökmü ilə qadına 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.
Stadionda ölən azarkeşlə bağlı TƏBİB yeni detalları açıqladı
TƏBİB Bakıda keçirilən “Sabah” – “Barselona” qarşılaşması zamanı stadionda bir nəfərin öldüyünü təsdiqləyib.Qurumdan Citypost.az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 25-də saat 20:25 radələrində Sabunçu rayonunda yerləşən Bakı Olimpiya Stadionundan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”, – TƏBİB-dən bildirilib.Xatırladaq ki, Teleqrafın məlumatına görə, Rusiyanın Krasnoyarsk diyarından oyunu izləmək üçün Bakıya gələn 1987-ci il təvəllüdlü Anton Petrişşevin qarşılaşmanın ikinci hissəsində tribunada qəfil halı pisləşib və o, stadionda vəfat edib. TƏBİB-in cavabında ölümün səbəbi göstərilməyib....
26 Noyabr 2026, 11:06
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
Saxta pasportdan istifadə etdiyinə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılan İran vətəndaşları həbs edilib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, özlərini Rumıniya vətəndaşı kimi təqdim edən 1992-ci il təvəllüdlü Andrey Popesku və 1995-ci il təvəllüdlü Yelena Popeskunun əslində İran vətəndaşları olması müəyyən edilib.Onlar barəsində Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə iş açılıb.Məlum olub ki, İran vətəndaşları olan ər-arvad 22 min avro ödəməklə saxta Rumıniya vətəndaşlığı pasportları alıb, ad-soyadlarını dəyişdirərək Andrey Popesku və Yelena Popesku ediblər. Onlar həmin pasportlarla Azərbaycana gələrək buradan Avropa ölkələrindən birinə getmək istəyiblər.Hər 2 şəxs İrandan təyyarə ilə Bakıya gəlsələr də, nəzarət-buraxılış məntəqəsində saxlanılıblar. Araşdırmalarla onların Urmiyadan gələn İran...
26 Noyabr 2026, 10:35
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Sabah" - "Barselona" qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda ölüb.Citypost.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.İlkin ehtimala görə, azarkeşin ölümünə ürək çatışmazlığı səbəb olub.Faktla bağlı araşdırma aparılır....
26 Noyabr 2026, 09:40
Yuxarı Salahlıda partlayış baş verdi: İki nəfər xəsarət aldı
Qazax rayonunun Yuxarı Salahlı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində partlayış baş verib, iki nəfər xəsarət alıb.Bu barədə Citypost.az-a FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir.Qurumdan bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Qazax rayonu, Yuxarı Salahlı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi sahəsi 20 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib, nəticədə 2 nəfər xəsarət alıb, tikiliyə ziyan dəyib,"FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə...
26 Noyabr 2026, 09:33
Göygöldə evdən gənc qadının meyiti tapıldı
Göygöldə evdən gənc qadın meyiti tapılıb.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Yeni Qızılca kəndində evlərin birində 1993-cü il təvəllüdlü Günay Heydərovanın meyiti aşkar edilib.Gənc qadının ölüm səbəbləri hələlik məlum deyil.Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
26 Noyabr 2026, 07:15
Samuxda yetkinlik yaşına çatmayan qız zolanıb
Samux rayonunda 22 yaşlı oğlan yetkinlik yaşına çatmayan qıza qarşı cinsi zorakılıq törədib.Citypost.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Sənan rayonunun qəsəbələrindən birində tanışı Vüsalın (adlar şərtidir) əsgər qonaqlığında iştirak edib.Bu zaman o, həmin evin həyətində oynayan 2016-cı il təvəllüdlü Ləmanı görüb. Sənan azyaşlıya qarşı zorak hərəkətləri etmək qərarına gəlib.Bu məqsədlə azyaşlı qıza "Gəl gedək, səninlə kurtkamı evdən götürək, gələk" deyib. Onu aldadaraq əlindən tutub aparmaq istəyib.Bu zaman Sənan əlindən çıxmağa çalışan azyaşlıya zpr tətbiq edərək onu buraxmayıb və qəsəbə ərazisində, kənd arasında "kanalın üstü" adlanan yerdə ona qarşı intim xarakterli hərəkətlər edib və zorlayıb.İş üzrə ifadə verən Sənan ona...
25 Noyabr 2026, 19:35