Yol sıxlığına görə seçki mitinqindən imtina etdi – Tayvanda MARAQLI QƏRAR
Dünya 26 Noyabr 2026, 09:25
339
Tayvanın paytaxtı Taypeydə Demokratik Proqressiv Partiyasının merliyə namizədi Puma Şen seçkiqabağı mitinqini yol hərəkətində yaranan sıxlıq səbəbindən ləğv edib.
Citypost.az Taipei Times nəşrinə istinadən xəbər verir ki, Şenin seçki qərargahı mitinqin Milli Sun Yat-sen Xatirə Zalının yaxınlığındakı Renai yolunda keçirilməsini planlaşdırırdı. Tədbirlə əlaqədar ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunması nəzərdə tutulmuşdu.Planlaşdırılan məhdudiyyətlər ictimai müzakirələrə səbəb olduqdan sonra namizədin seçki qərargahı sakinlərdən və sürücülərdən üzr istəyib. Şen bildirib ki, komandasının nəqliyyat sıxlığını azaltmaq üçün müxtəlif təkliflər irəli sürməsinə baxmayaraq, ərazidə yaranan vəziyyət narahatlıq doğurub.
O, sakinlərin rahatlığını əsas götürərək səhnənin sökülməsi və mitinqin ləğv edilməsi barədə qərar verildiyini açıqlayıb. Namizəd alternativ tədbir formatlarının müzakirə olunacağını da bildirib.
Həmçinin oxuyun
Tayvan Prezidenti Uilyam Lay bu qərarı müdrik və cəsarətli addım kimi qiymətləndirib. Keçmiş prezident Tsai İnq-ven isə tərəfdarların qərardan məyus ola biləcəyini anladığını bildirib.Taypeyin meri Çianq Van-an da Puma Şenin mitinq keçirə bilməsi üçün öz seçki kampaniyasının tədbirini başqa vaxta keçirməyə və Şəhər Bələdiyyəsi Yolu ilə bağlı icazədən imtina etməyə hazır olduğunu açıqlayıb.
Turan
Avropa Komissiyası Bolqarıstanın 45 milyard avroluq Ukrayna kreditinə qoşulmasını istəyir
Avropa Komissiyası bütün Avropa İttifaqı üzv dövlətlərinin Ukrayna üçün nəzərdə tutulan 45 milyard avroluq yeni kredit mexanizmində iştirak etməli olduğunu bildirib.Citypost.az Bulgarian News Agenc-yə istinadən xəbər verir ki, Komissiyanın sözçüsü mətbuat konfransında üzv ölkələrin bu prosesə qoşulmasının gözlənildiyini, lakin milli büdcələrdən birbaşa ödənişlərin tələb olunmadığını açıqlayıb.Bu açıqlama Bolqarıstan və Macarıstanın Ukraynanın müdafiəsi üçün maliyyə ayırmaq niyyətində olmadıqlarını bildirməsindən sonra səsləndirilib.Sözçünün sözlərinə görə, Bolqarıstanın kredit mexanizmində iştirakı siyasi qərardan daha çox texniki tələblər və mövcud qanunvericiliklə müəyyən olunur. O qeyd edib ki, proses müəyyən edilmiş prosedurlar və obyektiv meyarlar əsasında həyata keçirilir.Kredit məsələsinin Brüsseldə keçiriləcək Avropa Şurasının fövqəladə iclasında müzakirə olunacağı...
26 Noyabr 2026, 09:17
Çin liderini lağa qoydu, hücumla üzləşdi – Tayvanda SƏS-KÜYLÜ HADİSƏ
Tayvanda stand-up komediyaçısı Huang Yi-hao Çin prezidenti Si Cinpin haqqında zarafatlarına görə təhdid və fiziki hücumla üzləşib. Hadisə Pekinin Tayvan üzərində təsirini artırmaq üçün həyata keçirdiyi iddia olunan transmilli repressiyalarla bağlı narahatlıqları yenidən gündəmə gətirib.Citypost.az Taipei Times-a istinadən xəbər verir ki, prokurorlar komediyaçının çıxışlarına görə beş nəfərin ona avtomobillə hücum edərək qollarını və ayaqlarını sındırmağı planlaşdırdığını müəyyən ediblər. Həmin şəxslər cinayət təhdidi və hücuma cəhd də daxil olmaqla müxtəlif ittihamlarla üzləşiblər.Məlumata görə, Huang Yi-hao sentyabr ayında avtomobillə vurulub və xəsarət alıb. İddialara əsasən, hücumun təşkilində Çin vətəndaşının Tayvan sakininə 250 min Yeni Tayvan dolları ödədiyi bildirilir.Komediyaçı çıxışlarında Çin liderini tez-tez...
26 Noyabr 2026, 00:58
Böyük Britaniya Paraqvayın yeni hökumətinə dəstəyini ifadə edib
Böyük Britaniya Paraqvay Prezidenti Pedro Alliananın rəhbərlik etdiyi hökumətə dəstəyini açıqlayıb.Citypost.az MercoPress-ə istinadən xəbər verir ki, bu barədə Paraqvay Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin parlament katibinin müavini Kris Elmor Paraqvayın xarici işlər naziri Ruben Ramirezlə telefon danışığı aparıb. Söhbət zamanı Elmor ölkəsinin Pedro Alliana administrasiyasına dəstəyini ifadə edib.Tərəflər ikitərəfli münasibətlərin əsas istiqamətlərini müzakirə edib, 2027-ci ilin əvvəlində siyasi məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.Qeyd edək ki, Paraqvayın əvvəlki vitse-prezidenti Pedro Alliana noyabrın 6-da prezident kimi and içərək vəzifəsinin icrasına başlayıb. O, bu postda Santyaqo Penyanı əvəz edib.Paraqvayda siyasi dəyişikliklər Ueno Bankının iflası ilə bağlı qalmaqal...
26 Noyabr 2026, 00:42
Los-Ancelesdəki evini itirən Mel Gibson yenidən Kosta Rikadadır
Hollivud aktyoru və rejissoru Mel Gibsonun Kosta Rikada olduğu rəsmən təsdiqlənib.Citypost.az The Tico Times-a istinadən xəbər verir ki, bu barədə ölkənin Miqrasiya və İmmiqrasiya Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, aktyor noyabrın 22-də Kosta Rikaya daxil olub və noyabrın 24-nə olan məlumata görə, onun ölkəni tərk etməsi ilə bağlı heç bir qeydiyyat aparılmayıb.Rəsmilər Gibsonun səfərinin məqsədi, ölkədə nə qədər qalacağı və harada məskunlaşdığı barədə məlumat verməyiblər. Aktyor da səfəri ilə bağlı hələlik açıqlama yaymayıb.Qeyd edək ki, Mel Gibsonun Kosta Rika ilə əlaqələri uzun illərə dayanır. O, təxminən 20 ildir ki, ölkənin Guanacaste bölgəsində, Nikoya yarımadasının Playa Barrigona sahilində böyük şəxsi mülkə...
26 Noyabr 2026, 00:19
Ərdoğan Xəlifə Haftarı qəbul etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun Baş Komandanı, marşal Xəlifə Haftarı və onu müşayiət edən nümayəndə heyətini Prezident Kompleksində qəbul edib.Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qəbul mətbuata qapalı olub.Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, eləcə də Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər....
25 Noyabr 2026, 19:43
Paşinyanın adına saxta profil açdılar
Ermənistanın Baş naziri Nikol Paşinyanın adına saxta "Telegram" hesabı yaradılıb."Unikal" xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan məlumat yayıb. O, istifadəçilərə daha diqqətli olmaları barədə xəbərdarlıq edib.
25 Noyabr 2026, 18:00