"İrandan radiasiya sızması aşkar edilməyib" - Küveyt
Dünya 19 İyun 2025, 17:30

396
Küveytin xarici işlər naziri Abdulla əl-Yəhya İsrailin İranın nüvə obyektlərinə hücumu səbəbindən indiyədək heç bir radiasiya sızmasının aşkar edilmədiyini açıqlayıb.
CityPost.az xəbər verir ki, Yəhya "Əl-Əxbar" TV-yə verdiyi açıqlamada, Küveytin radiasiya sızması təhlükəsinə qarşı Körfəz ölkələri ilə koordinasiyada çalışdığını bildirib.
"İrandan radiasiya sızması aşkar edilməyib. Hələlik bütün göstəricilər normaldır və vəziyyətə ciddi nəzarət olunur", - Yəhya bildirib.
İranda Küveytlilərin təxliyəsi üçün hazırlıqlar
Nazir Yəhya həmçinin İrandakı Küveyt vətəndaşlarının sayını müəyyən etmək üçün işlərə başlanıldığını və təxliyyə prosesinin ən qısa zamanda başa çatdırılması üçün səylərin göstərildiyini bildirib.
Küveytin xarici işlər naziri Yəhya əlavə edib ki, Küveyt vətəndaşları arasında xəsarət və ya xoşagəlməz hal qeydə alınmayıb.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Paşinyan Türkiyədə səfərdədir
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gəlib.
20 İyun 2025, 13:23

Xamenei: "İsrail layiqli cəzasını alacaq"
İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, İsrail hazırda İrana qarşı təcavüzünün nəticələri ilə üz-üzədir.
20 İyun 2025, 13:18

Tramp İranın ikinci Liviyaya çevrilməsindən qorxur
ABŞ prezidenti Donald Tramp ölkədəki vəziyyətin Liviya kimi xaosa çevrilə biləcəyindən ehtiyat edərək İrana qarşı hərbi əməliyyatla bağlı yekun qərarını təxirə salır,.
20 İyun 2025, 12:37

Dəmir Qübbə son 24 saatda İran raketlərinin 65 faizini tuta bilib – İsrailin keçmiş kəşfiyyat rəsmisi
İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemi son 24 saat ərzində İranın atdığı raketlərin 65 faizini ələ keçirib.NBC News kanalı İsrail hökumətindən gündəlik məlumat almağa davam edən İsrail kəşfiyyatının keçmiş yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.Mənbənin sözlərinə görə, İran uçuşun son mərhələsində hədəfləri dəqiq vurmağa imkan verən təkmil istiqamətləndirmə sistemindən istifadə edir.NBC News mənbəsi vurğulayıb ki, İsrailin keçən həftə gözlənilməz zərbəsindən sonra komandan itkilərinə baxmayaraq, İran hələ də əhəmiyyətli raket ehtiyatlarına malikdir. O, Tehranın strategiyasını “strateji səbir” kimi qiymətləndirib....
20 İyun 2025, 09:50

Şimali Koreya Çinə doğru 10-dan çox raket atıb
Şimali Koreya Çinə doğru 10-dan çox raket atıb.
19 İyun 2025, 18:30

"Rusiya nümayəndə heyəti İstanbula getməyə hazırdır" - Zaxarova
"Rusiya nümayəndə heyəti iyunun 22-dən sonra Ukrayna üzrə danışıqları davam etdirmək üçün İstanbula gəlməyə hazır olacaq".
19 İyun 2025, 18:00