Bizə yazın

Baku

-°C

USD

-

Almaniya İsrailə 4 milyon avroluq silah ixracını təsdiqlədi

Dünya 19 İyun 2025, 15:00

284

Almaniyanın yeni hökuməti səlahiyyət müddətinin ilk beş həftəsində İsrailə təxminən 4 milyon avro dəyərində silah ixracını təsdiqləyib.

CityPost.az xəbər verir ki, Sol Partiyanın parlamentdəki sualını cavablandıran Almaniya İqtisadiyyat və İqlim Mühafizə Nazirliyi hökumətin 7 may-10 iyun tarixləri arasında Qəzzada soyqırım törətməkdə günahlandırılan İsrailə alman istehsalçılarına 3 milyon 986 min avro dəyərində silah tədarük etməsinə icazə verdiyini açıqlayıb.

Digər tərəfdən, Almaniyanın Təl-Əvivə silah və hərbi texnika satışı 2024-cü ildə 161,1 milyon avroya çatmışdı.

Hökumət 2023-cü ildə İsrailə 327 milyon avro dəyərində silah və hərbi texnika satışını təsdiqləmişdi.

2023-cü ildə Almaniyanın İsrailə silah və hərbi texnika satışı 2022-ci ilə nisbətən 10 dəfə artıb.

Almaniyada silah ixracına Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadi Məsələlər və İxrac Nəzarəti üzrə Federal Ofisin (BAFA) iştirakı ilə qərar verilir.

Xüsusilə həssas hallarda, baş nazir və digər nazirlərin daxil olduğu Federal Təhlükəsizlik Şurası qərar verə bilər.

Almaniyanın üçüncü ölkələr vasitəsilə İsrailə silah ixracı ilə bağlı heç bir açıqlama verilməyib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rusiya: Xameneinin qətli Pandoranın qutusunu açacaq

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, İranda rejim dəyişikliyinə məcbur etmək qəbuledilməzdir və İran lideri Xameneinin mümkün qətli Pandora qutusunu açacaq.

20 İyun 2025, 13:45

"ABŞ İranla əlaqə saxlamağa hazırdır" - Fransa mətbuatı

İddialara görə, ABŞ dövlət katibi Marko Rubio fransalı həmkarı Jean-Noel Barrot-a “ABŞ istənilən vaxt iranlılarla birbaşa əlaqə saxlamağa hazırdır” deyib.

20 İyun 2025, 13:30

Paşinyan Türkiyədə səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gəlib.

20 İyun 2025, 13:23

Xamenei: "İsrail layiqli cəzasını alacaq"

İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, İsrail hazırda İrana qarşı təcavüzünün nəticələri ilə üz-üzədir.

20 İyun 2025, 13:18

Tramp İranın ikinci Liviyaya çevrilməsindən qorxur

ABŞ prezidenti Donald Tramp ölkədəki vəziyyətin Liviya kimi xaosa çevrilə biləcəyindən ehtiyat edərək İrana qarşı hərbi əməliyyatla bağlı yekun qərarını təxirə salır,.

20 İyun 2025, 12:37

Dəmir Qübbə son 24 saatda İran raketlərinin 65 faizini tuta bilib – İsrailin keçmiş kəşfiyyat rəsmisi 

İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemi son 24 saat ərzində İranın atdığı raketlərin 65 faizini ələ keçirib.NBC News kanalı İsrail hökumətindən gündəlik məlumat almağa davam edən İsrail kəşfiyyatının keçmiş yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.Mənbənin sözlərinə görə, İran uçuşun son mərhələsində hədəfləri dəqiq vurmağa imkan verən təkmil istiqamətləndirmə sistemindən istifadə edir.NBC News mənbəsi vurğulayıb ki, İsrailin keçən həftə gözlənilməz zərbəsindən sonra komandan itkilərinə baxmayaraq, İran hələ də əhəmiyyətli raket ehtiyatlarına malikdir. O, Tehranın strategiyasını “strateji səbir” kimi qiymətləndirib....

20 İyun 2025, 09:50