Bizə yazın

Baku

-°C

USD

-

Kamran Əliyevdən daha 3 təyinat  

Cəmiyyət 20 İyun 2025, 13:05

194

Baş Prokurorluqda yeni kadr dəyişiklikləri olub.

CityPost.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv Tədbirlər və Təhqiqat İdarəsinin rəisi Səbuhi Alıyev vəzifəsindən azad olunub və Baş Prokurorluğun Beynəlxaq Hüquqi Əməkdaşlıq İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Beynəlxaq Hüquqi Əməkdaşlıq İdarəsinin rəisi Erkin Əlixanov baş prokurorun əmri ilə vəzifəsindən ayrılıb.

Bundan əlavə, İsfəndiyar Hacıyev Təşkilati və informasiya təminatı idarəsinin, Natiq Eyvazov isə tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə təsdiqlənib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

SON DƏQİQƏ! DTX icra başçısını həbs etdi  

Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.CityPost.az    xəbər verir  ki, News24.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.

20 İyun 2025, 15:00

DİN: Bakıda UFC turnirində təhlükəsizlik təmin olunur  

İyunun 20-21 tarixlərində Bakıda keçirilən “Qaydasız döyüş” (UFC) turnirində təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur.

20 İyun 2025, 14:12

Pensiyalar sabah tam ödəniləcək  

İyunun 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

20 İyun 2025, 12:59

Sabahın havası açıqlanıb  

İyunun 21-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən 

20 İyun 2025, 12:06

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb

Kiberdələduzlara verilən hər məlumat bank kartınızdan oğurluq riskini artırır. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırır.Bu barədə CityPost.az-a DİN-dən bildirilib.Məlumata görə, iyunun 19-da bir sıra şəxslərin bank hesablarından 12500, 4179, 2300, 1213, 1012, 700, 498, 450, 300, 280, 200, 116, 85, 70, 63, 26, 20 və 18 manat kiber üsulla oğurlanıb.  "Bu cür cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir. Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir.Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın,...

20 İyun 2025, 11:01

Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

Mayın 6-dan start verilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.CityPost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.  Qeyd edək ki, 17 iyun 2025-ci il saat 11:00-dan 12 sentyabr saat 18:00-a qədər dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi prosesi həyata keçirilir.Bununla yanaşı, 17 iyun 2025-ci il saat 11:00-dan 17 iyul 2025-ci il saat 10:59-a qədər isə Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhəri üzrə tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb...

20 İyun 2025, 10:00