Bizə yazın

Baku

-°C

USD

-

Tramp İranın ikinci Liviyaya çevrilməsindən qorxur

Dünya 20 İyun 2025, 12:37

205

ABŞ prezidenti Donald Tramp ölkədəki vəziyyətin Liviya kimi xaosa çevrilə biləcəyindən ehtiyat edərək İrana qarşı hərbi əməliyyatla bağlı yekun qərarını təxirə salır,.

CityPost.az xəbər verir ki, bu barədə "The New York Post" (NYP) mənbələrə istinadən yazır.

Nəşrin mənbələrinin məlumatına görə, Tramp 2011-ci ildə Liviyada baş verən hadisələri İran-İsrail münaqişəsinin inkişafı üçün arzuolunmaz ssenari kimi dəfələrlə qeyd edib. Mənbələrdən biri qeyd edib ki, prezident ABŞ-ın hərbi müdaxiləsinin ölkədə sabitliyin pozulmasına və rejim dəyişikliyinə səbəb olduğu vəziyyətin təkrarlanmasını istəmir.

Bundan əlavə, Tramp, nəşrə görə, hərbi əməliyyatların Amerika qüvvələrinin uzun müddət mövcudluğu və daxili böhranlarla nəticələndiyi İraq və Əfqanıstan nümunələrini xatırladıb.
Bir gün əvvəl “Fox News” telekanalının jurnalisti Ceki Henrix Ağ Ev rəsmilərinə istinadən xəbər vermişdi ki, Vaşinqton İranın Fordodakı yeraltı uranın zənginləşdirilməsi obyektinə zərbələr endirmək üçün taktiki nüvə silahından istifadəni istisna etmir.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Netanyahud Xameneini  öldürməklə HƏDƏLƏDİ: Heç kim toxunulmaz deyil!

İsrailin baş naziri Benyamin Netanyahu İran lideri Ayətullah Əli Xameneini sui-qəsdlə hədələdiyini təkrar edərək, hərbçilərə İranda heç kimin toxunulmazlığının olmadığını tapşırdığını deyib.

20 İyun 2025, 17:00

Ərdoğan: "İrandakı vəziyyəti həll etmək üçün danışıqlara ehtiyac var"

İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün danışıqlar lazımdır.

20 İyun 2025, 16:44

UNICEF-dən XƏBƏRDARLIQ: Qəzzada yanacaq blokadası qaldırılmasa...

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder, "100 gündən artıqdır ki, Qəzzaya gələn yanacaqla bağlı mövcud blokada aradan qaldırılmasa, uşaqlar susuzluqdan ölməyə başlayacaqlar",-deyə bildirib.

20 İyun 2025, 16:30

BMT münaqişə zonalarında uşaqlara qarşı rekord səviyyədə zorakılıq qeydə alıb

BMT 2024-cü ildə silahlı münaqişə zonalarında uşaqlara qarşı zorakılığın rekord səviyyəsini qeydə alıb.

20 İyun 2025, 16:00

Peskov: "Moskva Kiyev qarşısında üstünlüyünü əldən verməyəcək"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Sky News” telekanalına müsahibəsində bildirib ki, Rusiya müvəqqəti atəşkəslə razılaşaraq Ukrayna üzərində strateji üstünlüyünü itirmək niyyətində deyil.

20 İyun 2025, 15:45

Mask Rusiyadan sığınacaq istəyib? -Zaxarova açıqladı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova amerikalı milyarder İlon Maska siyasi sığınacaq istəməsi barədə nazirliyin məlumatı olmadığını deyib.

20 İyun 2025, 15:15