Bizə yazın

Baku

-°C

USD

-

"ABŞ İranla əlaqə saxlamağa hazırdır" - Fransa mətbuatı

Dünya 20 İyun 2025, 13:30

201

İddialara görə, ABŞ dövlət katibi Marko Rubio fransalı həmkarı Jean-Noel Barrot-a “ABŞ istənilən vaxt iranlılarla birbaşa əlaqə saxlamağa hazırdır” deyib.

CityPost.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərlərə görə, Fransa xarici işlər naziri Barrot və Rubio gecə keçirdikləri telefon danışığında İranın nüvə məsələsini müzakirə ediblər.

Mətbuatın adı açıqlanmayan Fransa diplomatik mənbəsinə istinadən verdiyi məlumata görə, iki nazir İranın nüvə və ballistik proqramlarının İsrail və Avropa üçün təhlükə yaratdığını bildiriblər.

Xəbərdə Rubionun Fransa naziri Barrota “ABŞ-ın istənilən vaxt iranlılarla birbaşa əlaqə saxlamağa hazır olduğunu” dediyi iddia edilib. 

Barrot isə amerikalı həmkarına bu gün İsveçrənin Cenevrə şəhərində Fransa, Almaniya, Böyük Britaniya və İran xarici işlər nazirləri ilə Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas arasında keçirilməsi gözlənilən görüşdə izləyəcəkləri yanaşma haqqında məlumat verib.

Bildirilib ki, sözügedən avropalı siyasətçilər İranın xarici işlər naziri Abbas Erakçini ölkəsinin nüvə proqramı ilə bağlı diplomatik prosesə qayıtmağa və danışıqları davam etdirməyə çağıracaqlar.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Çinlə əlaqəli qruplar Rusiya şirkətlərini "sındırırlar" 

Çin hökumətinə bağlı qrupların Rusiya-Ukrayna müharibəsi başlayandan bəri kiberhücumlar vasitəsilə Rusiya şirkətlərini və dövlət qurumlarını getdikcə daha çox hədəf aldığı bildirilir.

20 İyun 2025, 17:55

Ukrayna müdafiə nazirinin müavinini dəyişəcək

Ukraynanın müdafiə nazirinin müavini, veteranlarla iş üzrə nazir Nataliya Kalmıkova öz vəzifəsində demək olar ki, 100% zəmanətlə dəyişdiriləcək.

20 İyun 2025, 17:45

Maduro: "Netanyahu Hitler kimi deliryumdan əziyyət çəkir"

İsrailin baş naziri Benyamin Netanyahu dünyanı fəlakətə doğru sövq edən “Hitler deliryumundan” əziyyət çəkir,.

20 İyun 2025, 17:30

Zelenski Rusiya ilə məhbus mübadiləsini təsdiqləyib

Rusiya İstanbulda keçirilən danışıqlarda əldə olunan razılaşmalar çərçivəsində bu ölkənin Silahlı Qüvvələrinin (SQ) əsir götürdüyü əsgərlərini Ukraynaya təhvil verib.

20 İyun 2025, 17:17

Netanyahud Xameneini  öldürməklə HƏDƏLƏDİ: Heç kim toxunulmaz deyil!

İsrailin baş naziri Benyamin Netanyahu İran lideri Ayətullah Əli Xameneini sui-qəsdlə hədələdiyini təkrar edərək, hərbçilərə İranda heç kimin toxunulmazlığının olmadığını tapşırdığını deyib.

20 İyun 2025, 17:00

Ərdoğan: "İrandakı vəziyyəti həll etmək üçün danışıqlara ehtiyac var"

İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün danışıqlar lazımdır.

20 İyun 2025, 16:44