Bizə yazın

Baku

-°C

USD

-

Rusiya: Xameneinin qətli Pandoranın qutusunu açacaq

Dünya 20 İyun 2025, 13:45

247

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, İranda rejim dəyişikliyinə məcbur etmək qəbuledilməzdir və İran lideri Xameneinin mümkün qətli Pandora qutusunu açacaq.

CityPost.az bu barədə "TASS"a istinadən xəbər verir.
İsrailin ABŞ-ın köməyi ilə Xamenei sui-qəsd edəcəyi təqdirdə Rusiyanın reaksiyasının çox mənfi olacağını ifadə edən Peskov, "Bunu qətiyyən bəyənməzdik" dedi. 
İranda rejim dəyişikliyi ilə bağlı Peskov, "Bu, ağlasığmazdır. Bu, qəbuledilməz olmalıdır, hətta bu barədə danışmaq belə kimsə üçün qəbuledilməz olmalıdır" deyib. 
Peskov, Xamneyinin öldürüləcəyi təqdirdə Rusiyanın hansı addımlar atacağı ilə bağlı heç bir açıqlama verməyib, "Bu, İran daxilində ekstremist əhval-ruhiyyənin yaranmasına səbəb olacaq və (Xamneyini öldürmək) haqqında danışanlar bunu nəzərə almalıdırlar. Pandora qutusunu açacaqlar",-Peskov bildirib
Peskov vəziyyətin son dərəcə gərgin və təkcə region üçün deyil, həm də qlobal miqyasda təhlükəli olduğuna diqqət çəkib və tərəflər tərəfindən münaqişənin genişləndirilməsinin potensial olaraq daha təhlükəli olacağı barədə xəbərdarlıq edib.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Çinlə əlaqəli qruplar Rusiya şirkətlərini "sındırırlar" 

Çin hökumətinə bağlı qrupların Rusiya-Ukrayna müharibəsi başlayandan bəri kiberhücumlar vasitəsilə Rusiya şirkətlərini və dövlət qurumlarını getdikcə daha çox hədəf aldığı bildirilir.

20 İyun 2025, 17:55

Ukrayna müdafiə nazirinin müavinini dəyişəcək

Ukraynanın müdafiə nazirinin müavini, veteranlarla iş üzrə nazir Nataliya Kalmıkova öz vəzifəsində demək olar ki, 100% zəmanətlə dəyişdiriləcək.

20 İyun 2025, 17:45

Maduro: "Netanyahu Hitler kimi deliryumdan əziyyət çəkir"

İsrailin baş naziri Benyamin Netanyahu dünyanı fəlakətə doğru sövq edən “Hitler deliryumundan” əziyyət çəkir,.

20 İyun 2025, 17:30

Zelenski Rusiya ilə məhbus mübadiləsini təsdiqləyib

Rusiya İstanbulda keçirilən danışıqlarda əldə olunan razılaşmalar çərçivəsində bu ölkənin Silahlı Qüvvələrinin (SQ) əsir götürdüyü əsgərlərini Ukraynaya təhvil verib.

20 İyun 2025, 17:17

Netanyahud Xameneini  öldürməklə HƏDƏLƏDİ: Heç kim toxunulmaz deyil!

İsrailin baş naziri Benyamin Netanyahu İran lideri Ayətullah Əli Xameneini sui-qəsdlə hədələdiyini təkrar edərək, hərbçilərə İranda heç kimin toxunulmazlığının olmadığını tapşırdığını deyib.

20 İyun 2025, 17:00

Ərdoğan: "İrandakı vəziyyəti həll etmək üçün danışıqlara ehtiyac var"

İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün danışıqlar lazımdır.

20 İyun 2025, 16:44