Bizə yazın

Baku

-°C

USD

-

KriştianuRonaldu özünün dünya rekordunu yeniləyib

Dünya 29 Noyabr 2024, 21:20

30074

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"də çxış edən Kriştianu Ronaldu özünün dünya rekordunu yeniləyib.

Pro Liqanın XII turunda "Damak"la keçirilən görüşdə dublu sayəsində komandasına 2:0 hesablı qələbə qazandıran portuqaliyalı ulduz futbolçu karyerasındakı 915-ci qoluna imza atıb.

39 yaşlı hücumçu hədəfinin 1000 qola çatmaq olduğunu bildirib.

Qeyd edək ki, "Damak" klubuna 2:0 hesabı ilə qalib gələn "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında 25 xalla üçüncü sırada qərarlaşıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ermənistan KTMT-yə qayıtmayacaq

Ermənistan xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıda biləcəyini təsəvvür etmədiyini bildirib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, o, parlamentdə jurnalistlərə açıqlamasında təşkilatın baş katibi Talatbek Masadıkovun son bəyanatlarını şərh edərkən bu fikri səsləndirib.“Dünyada hər şey bir-birinə qarışıb. Hesab edirəm ki, hamımız birlikdə hər şeyi tam şəkildə müəyyənləşdirməliyik. Şəxsən mən Ermənistanın KTMT-yə necə qayıda biləcəyini təsəvvür etmirəm”, - Mirzoyan vurğulayıb....

21 Oktyabr 2026, 20:27

Şimali Koreyada gizli tibb institutu NƏYƏ XİMƏT EDİR? 

Şimali Koreyada yalnız ölkə liderinin və onun ailəsinin sağlamlığı, eləcə də uzunömürlülüyü ilə məşğul olan xüsusi və gizli bir tibb institutu fəaliyyət göstərir. İnstitutun adı və tarixi: İlk olaraq 1970-ci illərdə Şimali Koreyanın qurucusu Kim İrs Sen tərəfindən yaradılmış bu müəssisə Uzunömürlülük Araşdırma İnstitutu adlanır. Həkim ordusu və büdcə: Qurumda ölkənin ən savadlı, seçilmiş yüzlərlə həkimi və alimi çalışır. Bu institutun yalnız Kim ailəsinə xidmət etmək üçün hər il 300-400 milyon dollar civarında nəhəng büdcə xərclədiyi bildirilir. 120 yaş hədəfi: İnstitutun keçmiş rəhbərlərindən olan və sonradan Cənubi Koreyaya qaçan həkim Kim So-yeonun xatirələrinə görə, Kim İrs Sen həkimlərə onun 120 il yaşaması üçün...

21 Oktyabr 2026, 18:40

Sankt-Peterburqda Putinlə Uitkoff arasında görüş başlayıb 

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında görüş başlayıb.Citypost.az xəbər verir ki, Putin-Uitkoff danışıqları Sankt-Peterburqda Konstantinov sarayında keçirilir.Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov danışıqlarda əsas mövzunun Ukrayna münaqişəsi olacağını bildirib.Qeyd edək ki, Uitkoff Rusiyaya səfərindən əvvəl Norveçdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.Uitkoffla görüşdə Putin Trampa Ukraynadakı nizamlanma məsələsinə göstərdiyi diqqətə görə təşəkkür edib.O, həmçinin Norveçdəki danışıqların nəticələri ilə maraqlanıb.Putin qeyd edib ki, son söhbətlərində Tramp insan itkisinin qarşısını almaq üçün Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini vurğulayıb.Rusiya prezidenti ABŞ ilə iqtisadi əməkdaşlığın bərpasında maraqlı olduğunu bildirib.Putin İran ətrafındakı vəziyyətin qiymətləndirilməsində maraqlı...

21 Oktyabr 2026, 13:44

İspaniyada Kantabriya müharibələri dövrünə aid Roma hərbi düşərgəsi aşkar edilib

Arxeoloqlar İspaniyanın şimalında eramızdan əvvəl I əsrdə Kantabriya müharibələri zamanı istifadə olunmuş Roma hərbi düşərgəsi tapıblar. Tapıntılar arasında silah parçaları və Roma əsgərlərinin sandaletlərindən çıxan dəmir tikanlar var.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, düşərgə 2026-cı ilin əvvəllərində aparılan qazıntılar zamanı aşkar edilib. İstehkam təxminən 1,5 metr qalınlığında daş divarla əhatə olunmuş, eni 12 metr olan torpaq platformadır. O, Kantabriya dağlarında yaşamış Kelt qəbiləsi olan kantabriyalıların Dəmir dövrünə aid yaşayış məntəqəsindən təxminən 500 metr aralıdadır.Kantabriyalılar təxminən on il Roma hakimiyyətinə müqavimət göstərsələr də, eramızdan əvvəl 19-cu ildə Oktavian Avqustun qoşunları tərəfindən məğlub olublar. Bu müharibələr İberiya yarımadasında Roma nəzarətinin qurulmasını...

21 Oktyabr 2026, 09:46

CNN Trampın təyyarə qadağasına görə yenidən məhkəməyə müraciət edə bilər

CNN Tramp administrasiyası müxbirlərinin Air Force One-a girişini qadağan etməyə və prezidentin səyahətlərinin işıqlandırılmasını məhdudlaşdırmağa davam edəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirib. Citypost.az ABŞ mediasına istinadən xəbər verir ki, Bu barədə şəbəkənin vəkili Ted Butrosun bazar ertəsi Ədliyyə Nazirliyinə göndərdiyi məktubda deyilir.Butros yazıb ki, CNN-ə qarşı qisas almaq və xəbər məzmununa görə şəbəkəyə qarşı ayrı-seçkilik etmək cəhdləri səhv, əks-səmərəli və qanunsuzdur. Məhdudiyyətlər qüvvədə qalarsa, CNN əlavə hüquqi addımlar atmağa məcbur olacaq.Şəbəkənin məlumatına görə, Ağ Ev dəfələrlə CNN-i prezidentin tədbirlərinin və səfərlərinin video yayımını təmin edən televiziya şəbəkələri siyahısından çıxarıb. Ötən həftə sonu CNN jurnalistlərinə Trampın Corciya və Floridaya səfəri zamanı...

21 Oktyabr 2026, 09:42

Türkiyədə qədim yunan falçı topunun “surəti” tapılıb

Arxeoloqlar 2024-cü ildə Türkiyənin cənub-qərbində aşkar edilmiş Roma dövrünə aid əhəngdaşı kahinliyinin üzərindəki yazıları deşifrə ediblər. Daş sütunda qədim sakinlərin heyvan sümüklərindən düzəldilmiş zarlarla tanrılara verdiyi 56 suala cavab həkk olunub.Citypost.az Türk KİV-lərinə istinadən xəbər verir ki, Kahinlik müasir “Sehrli 8 Top” oyuncağına bənzəyib: insan zər atır və düşən kombinasiyaya uyğun hazır məsləhət alır. Tədqiqat “Gephyra” jurnalında dərc olunub. Bu falçılıq ənənəsi eramızın 120-210-cu illərində Cənubi Kiçik Asiyada geniş yayılmışdı.Fal üçün qoyun və ya keçi oynaqlarından hazırlanmış beş astragal atılırdı. Hər astragalın dörd oturacağı var idi və onlar 1, 3, 4 və 6 rəqəmlərinə uyğun gəlirdi. Ümumilikdə 56 mümkün kombinasiya...

21 Oktyabr 2026, 09:37