Bizə yazın

Baku

-°C

USD

-

APA təcili AÇIQLAMA YAYDI

Cəmiyyət 01 Noyabr 2026, 12:01

593

APA Group əməkdaşının peşə fəaliyyətinə mane olunması barədə açıqlama yayıb.

CityPost.az xəbər verir ki, açıqlamada deyilir:

"Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandıran APA TV-nin müxbiri Sənan Bəhrəmli fiziki hücuma məruz qalıb.

Özünü mühafizəçi kimi təqdim edən, sonradan şəxsiyyəti Heydər Sərdarov olaraq müəyyənləşdirilən şəxs jurnalistə fiziki xəsarət yetirib, onu ağır ifadələrlə təhqir edib və APA TV-yə məxsus texniki avadanlığa zərər vurub.

Təəssüf ki, bu, son günlər jurnalistlərin peşə fəaliyyətinə maneçilik törədilməsi ilə bağlı ilk hadisə deyil. Bir neçə gün əvvəl REAL TV və Space TV-nin əməkdaşları da xidməti vəzifələrini yerinə yetirərkən oxşar halla üzləşiblər. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində həmin hadisəni törədən şəxslər saxlanılıb.

Bu tipli hadisənin yenidən peşə fəaliyyətini yerinə yetirən APA TV əməkdaşına qarşı baş verməsi təəssüf və narahatlıq doğurur.

Jurnalistlərin ictimai əhəmiyyətli hadisələri işıqlandırmaq, cəmiyyəti operativ və obyektiv məlumatlandırmaq hüququ qanunla qorunur.

Heç bir şəxs, tutduğu vəzifədən və ya çalışdığı qurumdan asılı olmayaraq, jurnalistin qanuni peşə fəaliyyətinə mane olmaq, ona fiziki və ya psixoloji təzyiq göstərmək hüququna malik deyil.

Xüsusilə qeyd edirik ki, Sənan Bəhrəmli uzun illərdir peşəkar media fəaliyyəti ilə məşğul olan, xüsusilə hadisə yerlərində çalışan təcrübəli əməkdaşımızdır. O, hadisə yerində, o cümlədən yanğın zamanı necə işləməyi, hansı məsafədə dayanmağı, yanğın və digər hadisələrin çəkilişi zamanı təhlükəsizlik qaydalarına əməl etməyi çox yaxşı bilir.

Onu da qeyd edək ki, yanğın baş verən ərazidə onlarla şəxs olub və onlar hadisə yerindən sosial şəbəkələrdə canlı yayımlar həyata keçiriblər.

Biz hüquq-mühafizə orqanlarının və digər aidiyyəti dövlət qurumlarının Sənan Bəhrəmliyə qarşı törədilmiş hücumu hərtərəfli və obyektiv araşdıracağına, jurnalistə hücum edən, onun peşə fəaliyyətinə qanunsuz maneçilik törədən şəxsin əməllərinə sərt hüquqi qiymət verəcəyinə və qanunvericiliyə uyğun olaraq ciddi şəkildə cəzalandırılmasını təmin edəcəyinə ümid edirik".

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezidentin Mətbuat Xidməti MƏLUMAT YAYDI

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb.CityPost.az  xəbər verir ki, təbrikdə deyilir:“1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Bu tarixi gün Əlcəzair xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin, sarsılmaz iradəsinin, böyük qəhrəmanlığının və milli birliyinin əbədi rəmzidir.Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.İnanıram ki, qardaş xalqlarımızın maraqlarına uyğun olaraq əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi üçün birgə səylər göstərəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş...

01 Noyabr 2026, 12:12

Nazirdən onlarla bağlı ƏMR

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilliyə və Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədliyə vaxtından əvvəl növbəti xüsusi rütbələr verilib.  CityPost.az  xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.Əmrə əsasən, xidmətdə fərqləndiklərinə görə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilliyə vaxtından əvvəl tibb xidməti polkovnik-leytenantı, Nazirliyin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədliyə isə vaxtından əvvəl ədliyyə müşaviri xüsusi rütbəsi verilib.Fotoda  solda Cəmil Kamilli, sağda  Elşad Məmmədlidir.Qafqazinfo...

31 Oktyabr 2026, 23:56

Ramiz Mehdiyev ilə bağlı daha bir qərar - Yoxlamalar başladı

Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üzvlüyündən çıxarılması ilə bağlı qərarlardan sonra onun adına nəşr edilmiş əsərlərin elmi məzmunu, müəllifliyi və tədrisdə istifadəsi də araşdırma mövzusuna çevriləcək.CityPost.az  Modern.az-a istinadən xəbər verir ki, Mehdiyevin əsərlərinin elmi ekspertizadan keçirilməsi və tədris materialı kimi istifadəsinə yenidən baxılması nəzərdə tutulur. Araşdırma çərçivəsində onun adına çap olunan elmi işlərin başqa şəxslər tərəfindən hazırlanması ilə bağlı iddiaların, əsərlərin yazılma prosesinin və həmin nəşrlərə edilən elmi istinadların da yoxlanılması gözlənilir.Kitabların müəllifliyi necə müəyyənləşdirilə bilər?Araşdırmanın mühüm istiqamətlərindən biri Mehdiyevin adına nəşr edilmiş kitab və məqalələrin hazırlanmasında digər şəxslərin mümkün iştirakının müəyyənləşdirilməsidir.Bu zaman müəllifliklə elmi redaktorluq, tərcüməçilik, məsləhətçilik...

31 Oktyabr 2026, 19:31

DYP moped və velosiped sürücülərinə çağırış edib

Son vaxtlar ikitəkərli nəqliyyat vasitələrindən istifadə geniş yayılıb. Təəssüf ki, sözügedən nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların sayının artması haqlı narahatlıq doğurur.Citypost.az  xəbər verir ki, bu barədə BDYPİ müraciət edib.Bildirilib ki, bir gün ərzində moped və velosiped idarə edən iki gəncin faciəli şəkildə həyatını itirməsi deyilənləri əyani ifadə edir.“Belə ki, Siyəzən rayonu, Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməyə təşəbbüs göstərməsi, sonda faciə ilə nəticələnib.Sabunçu rayonu, Maştağa qəsəbəsində isə gecə saat 23:50 radələrində naməlum avtomobil nəqliyyat axınına əks istiqamətdə velosiped idarə edən Ülfət Hüseynovu vurub.Hadisə yerindən yayınan “VAZ” markalı avtomobilin sürücüsü T.Bədəlov DYP...

31 Oktyabr 2026, 15:14

Daşkənddə Azərbaycanın Zəfər Günü qeyd edilib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub."Report"un məlumatına görə, tədbir Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.Mərasimdə dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporunun üzvləri, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.Rəsmi qəbulda çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən bəhs edib.Diplomat bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də...

31 Oktyabr 2026, 14:48

Azərbaycanda məmurlar arasında əlbəyaxa dava: Başını partlatdılar

Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədrinə xəsarət yetirilib.CityPost.az  xəbər verir ki, "Teleqraf"ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 30-da axşam saatlarında baş verib.Kənddə toydan əvvəlki axşam məclisində (“Ciyər axşamı”nda) Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib. Mübahisə zamanı icra nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka vurub.Həmin vaxt icra nümayəndəsinin içkili olduğu bildirilir.Məlumata görə, sərxoş olan icra nümayəndəsi uca səslə atmacalı sözlər deyib. Bələdiyyə sədri isə icra nümayəndəsinin hərəkətlərinə irad bildirib.Bundan qəzəblənən Oruc Əhmədov stolun üstündəki şüşə butulkanı Tərlan Səlimovun başına çırpıb. Xəsarət alan bələdiyyə sədri xəstəxanaya müraciət edib...

31 Oktyabr 2026, 13:43