"Köçəryan və Sarkisyan Şuşa əməliyyatının hazırlanmasına iştirak edib" - Erməni general
Hadisə 28 Aprel 2025, 14:49

111
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşa rayonunun işğalı ilə bağlı Ermənistan silahlı qüvvələrinin general-polkovniki Qurgen Dalibaltayanın (1926-2015) qeydləri yer almış videomaterial nümayiş etdirilib.
CityPost.az-ın xəbərinə görə, Qurgen Dalibaltayan bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan (Ermənistanın keçmiş prezidentləri – red.) iştirak ediblər.
O vurğulayıb ki, Şuşa əməliyyatının əhəmiyyəti çox böyük idi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.(apa)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

DSX hərbçisi intihar etdi
Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Novruzov Rəhim Zeynal oğlu yaşadığı mənzildə intihar edib.Bu barədə
28 Aprel 2025, 13:30

ANAMA əməkdaşı Qazaxda minaya düşdü
İşgaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində aprelin 28-də mina hadisəsi baș verib.
28 Aprel 2025, 13:19

Azad edilmiş ərazilərdə daha 71 mina, 574 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.042025 -27.05.2025) açıqlanıb.ANAMA-dan
28 Aprel 2025, 12:44

Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ olub.Respublika Seysmoloji Xidmət Mərkəzindən
27 Aprel 2025, 19:10

Sumqayıtda mənzildə meyit tapılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Citypost.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
27 Aprel 2025, 10:24

İkimərtəbəli ev yandı
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 90 m² (hər mərtəbəsi 45 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin, dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqdakı sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin ondulindən ibarət dam örtüyü 2 m² sahədə yanıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən
27 Aprel 2025, 01:33