Bakıda IOTA-nın 29-cu Baş Assambleyası keçiriləcək
İqtisadiyyat 28 Aprel 2025, 16:51

106
İyunun 17-19-da Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyası keçiriləcək.
CityPost.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, "Sürətlə dəyişən mühitdə uyğunlaşan və çevik vergi administrasiyası" mövzusunda təşkil ediləcək tədbirdə vergi administrasiyalarının müasir çağırışlara vaxtında cavab vermək üçün istifadə edə biləcəyi innovativ yanaşmalar və alətlər diqqət mərkəzində olacaq, innovasiyaların təcrübədə tətbiqi, vergi inzibatçılığında çevik metodlar və alətlər barədə təqdimatlar nümayiş etdiriləcək.
Tədbir çərçivəsində vergi administrasiyalarına daha sürətli uyğunlaşma, konstruktiv qərarların qəbulu, innovasiyaların təşviqi, səriştələrin artırılması və işçi qüvvəsinin planlaşdırılmasını optimallaşdırmağa imkan verən texnologiya və platformalarla zəngin sərginin keçirilməsi də nəzərdə tutulub.
IOTA-nın 29-cu Baş Assambleyası Avropanın və regionun aparıcı vergi mütəxəssislərini bir araya gətirərək, vergi sistemləri üçün çevik strategiyaların, adaptiv struktur və idarəetmənin, müasir yanaşmaların, innovasiya üçün lazım olan bacarıq və səriştələrin, qabaqcıl liderlik təcrübələrinin təqdim edildiyi platforma olacaq.
2024-2025-ci illər üzrə IOTA-nın prezidentliyini Dövlət Vergi Xidməti həyata keçirir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb
2025-ci il aprel 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481.6 milyon manat təşkil edib.
28 Aprel 2025, 10:30

Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
26 Aprel 2025, 17:00

Azərbaycanda qaz kondensatının hasilatı azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 243,76 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 9,2% azdır.Dövlət Statistika Komitəsindən
25 Aprel 2025, 15:59

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
25 Aprel 2025, 11:00

Maliyə Nazirliyində növbəti depozit hərracı keçirildi
Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.CityPost.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7,04 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib....
24 Aprel 2025, 18:37

Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.CityPost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.36 ABŞ dolları və ya 3.40% azalaraq 67,63 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,99 ABŞ dolları təşkil edib.
24 Aprel 2025, 09:55