Bizə yazın

Baku

-°C

USD

-

Qadının 80 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Hadisə 19 Aprel 2025, 11:16

1364

Bakıda ahıl qadının 80 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki,  paytaxt sakini olan 65 yaşlı qadın övladının işə düzəldiləcəyi vədi ilə aldadılıb və 80 min manatı ələ keçirilib.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı N.Şükürov və 37 yaşlı N.Qasımova saxlanılıblar.

Rayon ərazisində daha bir analoji hadisə baş verib. 65 yaşlı bir nəfərin təqaüdünü bərpa edəcəyi vədi ilə 3500 manatını ələ keçirən V.Allahverdiyev saxlanılıb.

Bundan başqa, vətəndaşın etibarından sui-istifadə edib 5100 manatını ələ keçirməkdə şübhəli bilinən 38 yaşlı E.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ruben Vardanyanın məhkəməsi davam etdirilib  

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 13-də davam etdirilib.

13 May 2025, 18:48

35 yaşlı qadın qətlə yetirildi, qayınatası tutuldu

Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı qətlə yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

13 May 2025, 11:44

Azad edilmiş ərazilərdə daha 77 mina, 274 PHS aşkarlanıb  

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (05.05.2025 - 11.05..2025) açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) 

12 May 2025, 16:01

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüləri həbs edilib 

Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüləri həbs edilib.Bu barədə  Bakı Şəhər DYPİ-dən məlumat verilib.Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüləri-Baba Məlikov, Nicat Şirinov, Şamil Həsənov və Emir Xozin saxlanılıb.Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə B.Məlikovun və Ş.Həsənovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar, 15 gün inzibati qaydada həbs edilib. Bununla yanaşı N.Şirinov da...

12 May 2025, 10:41

Evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar

Naxçıvan Muxtar Respublikasında (MR) evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar.Muxtar respublikanın Şərur rayonu ərazisində yerləşən evlərin birindən 22 min 800 dolların oğurlanması barədə polisə məlumat daxil olub.Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı Rauf Zeynalzadə və Məhəmməd Mahmudov saxlanılıblar.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

12 May 2025, 10:39

Şəkidə yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 7 nəfər xəsarət alıb

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 7 nəfərin şəxsiyyəti müəyyən edilib.Xəsarət alanlardan 5 nəfəri "Mercedes Vito" markalı mikroavtobusda olan Balakən rayon sakinləridir. Onlar aşağıdakılardır:- 1986-cı il təvəllüdlü Asif Vaqif oğlu Gündüzzadə (mikroavtobusun sürücüsü);- 1992-ci il təvəllüdlü Turqut Lütvəli oğlu Əliyev;- 2019-cu il təvəllüdlü Kənan Səxavət oğlu Qədirzadə;- 1962-ci il təvəllüdlü Tükəz Usub qızı İsgəndərova;- 1961-ci il təvəllüdlü Yetər Bayram qızı Ocaqverdiyeva;Digər iki yaralı isə "Ford" markalı xırda tutumlu yük avtomobilinin sürücüsü, Şəki rayon sakini 1987-ci il təvəllüdlü Elşən Cəmaləddin oğlu Məmmədov və onun 2013-cü il təvəllüdlü oğlu Əli Məmmədlidir.Yaralıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə...

10 May 2025, 21:45