Rasim Həmidova işgəncə verənlər məsuliyyətə cəlb ediləcəklər
Hadisə 19 Sentyabr 2025, 15:03

403
O Fuad Ələsgərovun qəbulunda oldu.
Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun iddiasına görə onun Xızı Rayon Polis Şöbəsində müstəntiq Əsəd Məmmədovun və rəis müavini Məhəmməd Qarayevin iştirakı ilə döyülməsi,işgəncələrə məruz qalması və aldığı zərbələr nəticəsində sağ qolunun sındırılması ilə bağlı məlumat vermişdik.Rasim Həmidov və atası 92 yaşlı Həmid Həmidov baş verənlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə,Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevaya, İnsan Haqları Üzrə Müvəkkil,Ombudsman Səbinə Əliyevaya ,Daxili işlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə Xızı Rayon Polis Şöbəsində işgəncə verərək onunla qeyri-insani rəftar edənlərin tapılaraq qanunamüvafiq qaydada məsuliyyətə cəlb olunmaqla cəzalandırılmaqlarına göstəriş verilməsinə dair müraciət ünvanlayıb.
CityPost.az xəbər verir ki,dünən,18 sentyabr 2025-ci il tarixdə Rasim Həmidov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda olub. O,qəbul zamanı ətrafında baş verənlərlə bağlı məlumat verərək ,barəsində Xızı Rayon Polis Şöbəsində başlanmış araşdırmanın digər rayon polis idarəsinə verilməsini və Xızı Rayon Polis Şöbəsində ona işgəncə verən şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş edib.R.Həmidov Polis Şöbəsində onu döyən şəxslərə dair məlumat verməklə yanaşı xəsarət almasına dair həkim rəylərini,epiqrizləri və rentgen çıxarışlarını təqdim edib. Görüş zamanı Fuad Ələsgərov Rasim Həmidovun işgəncə yolu ilə qolunu sındıraraq xəsarət yetirən şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib.
Xatırladaq ki, Rasim Həmidovun şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması və 253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.
Bildiririk ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin topladığı materiallar baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.
03 sentyabr 2025-ci il tarixdə Ağcabədi Rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə 1(017)-78/2025 saylı cinayət işi üzrə məhkəmənin üçüncü iclası baş tutub.
Lakin,Rasim Həmidov səhhətində olan problemlərlə və keçirdiyi psixoloji gərginliklə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinə, qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirkar barədə hökm çıxarılmasına dair hakim Etibar Quliyevə teleqram yollayıb.
Növbəti məhkəmə prosesi bu ilin sentyabrın 24-nə təyin olunub.
Həmçinin oxuyun
Sumqayıt Şəhər Məhkəməsinin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması üçün hər ay,hər uşağa görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin ,yazılanlara görə aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki,qətnaməni icra etməməkdən ötrü süni əngəl törətməklə müxtəlif cür bəhanələr gətirib.
Qeyd edək ki, Ağcabədi Rayon Məhkəməsinin 28.03.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Borclunun olduğu yer müəyyən edilmədiyindən icra məmurunun 02.12.2022-ci və 12.04.2023-cü il tarixli qərarları ilə axtarışla şöbəyə gətirilmiş S.Həmidova Ağcabədi Rayon Məhkəməsinin 25.01.2023-cü 10.09.2024-cü il tarixli qərarları ilə hər biri 500 manat olmaqla iki dəfə inzibati qaydada cərimə edilmişdir.
Lakin, məhkəmədən bir gün öncə Rasim Həmidov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 15 iyul 2025-ci il tarixdə,səhər saatlarında saxlanılmışdır.Rasim Həmidov 21 iyul axşam saatlarında Xızı Rayon Polis Şöbəsindən buraxılıb.
Rasim Həmidovun atası Həmid Həmidovun iddiasına görə,oğlunun heç bir günahı yoxdur. O, keçmiş arvadı Sevinc Həmidovanın qohumlarının sifarişi əsasında saxlanılaraq Xızı Rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb.
Məsələni dəqiqləşdirmək üçün CityPost.az Rasim Həmidovun özü ilə əlaqə saxlayıb.O,deyib:”Xızı Rayon Polis Şöbəsində polis polkovnik-leytenantı Məhəmməd Qarayevin iştirakı ilə mənə insana yaraşmayan isgəncələr verdilər.Sağ qolum zərbələrin təsirindən sındı.Orada məndən keçmiş arvadım Sevinc Həmidovaya qarşı açdığım aliment iddiasını geri götürməyimi tələb edirdilər.Zor gücünə məndən guya döyülmədiyimə və işgəncə almadığıma dair izahat aldılar və xəbərdar etdilər ki,baş verənlər barədə şikayətçi olsam,yenidən tutacaqlar.Mən cənab Prezident İlham Əliyevə,Daxili işlər naziri Vilayət Eyvazova,Ombudsman Səbinə Əliyevaya,Baş prokuror Kamran Əliyevə müraciət etmişəm ki,Xızı Rayon Polis Şöbəsində barəmdə başlanmış heç bir əsası olmayan qondarma araşdırmanın mükəmməl və ədalətli aparılması üçün yaşadığım Sumqayıt şəhəri və ya istənilən neytral digər rayon polis idarəsinə həvalə edilsin.Daxili işlər naziri Vilayət Eyvazova ünvanladığım müraciətlə bağlı 18 sentyabr 2025-ci il tarixə DİN-ə dəvət olunsam da,Nazirliyin əməkdaşı Rəşad Qurbanovla dediyinə görə, məzuniyyətdə olduğu üçün görüşümüz baş tutmadı.Lakin,Azərbaycan Respublikası Prezidenti Administrasiyasnın Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda oldum.Fuad müəllimdən çox razıyam.O,müvafiq sənədləri məndən qəbul etdi və Xızı Polis Şöbəsində məni döyərək,qolumu sındıranların məsuliyyətdən kənar qalmaycaqlarını dedi”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov CityPost.az saytına açıqlamasında həmin şəxsin saxlanılmasını təsdiqləyib. Lakin,işgəncə iddialarını təkzib edərək, hələlik Rasim Həmidov ətrafında müvafiq araşdırmalar aparıldığını bildirmişdi.
Xatırladaq ki,Sevinc Həmidovanın keçmiş əri cavabdeh Rasim Həmidova qarşı qızıl-zinyət,cehiz əşyalarının,iri və xırda buynuzlu mal-qaranın və ya onların dəyərinin qaytarılması,birgə nikah dövründə əmlakın əldə edilməsinə sərf edilmiş pul vəsaitinin tərəflər arasında bölüşdürülməsi və pul tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsi (hakim Cavad İbrahimov) 29 may 2025-ci il tarixdə 2(047)293/2025 saylı qətnamə çıxarmışdır.
Məhkəmə qətnaməsinə görə,R.Həmidov S.Həmidovaya onun iddia etdiyi kimi 79 min manat deyil,5 min manat pul və ya qətnamədə göstərilən əşyaları natura şəklində qaytarmalıdır.Qətnamədən narazı qalan hər iki tərəf Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriblər.Verilmiş apellyasiya şikayətlərinə dair məhkəmə prosesinin nə zaman başlayacağı hələlik bəlli deyil.
Laçın Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli n 2 (047)293/2025 saylı qətnaməsindən S.Həmidovanın nümayəndəsi (qardaşı) Rəhim Baxşeyiş oğlu Həmidov tərəfindən verilən appelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (Hakim Tofiq Heydərov) qərardad çıxarıb.
Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Laçın Rayon Məhkəməsinə qaytarılıb.Rəhim Həmidov apellyasiya şikayətindəki göstərilən nöqsanları aradan qaldırmaqla Şirvan Apellyasiya Məhkəməsinə yenidən müraciət edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bu gün “Şərurlu İsfəndiyar” həbs oluna bilər
Bu gün, sentyabrın 18-də Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi keçiriləcək.Musavat.com xəbər verir ki, ötən prosesə “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") vəkili qatılmamışdı.“Şərurlu İsfəndiyar” Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə ittiham olunmasını əsassız hesab etdiyini bildirib. Xüsusi ittihamçı Emil Səməndərov isə qeyd olunan maddələr üzrə onun təqsirli bilinməsini, cəzalandırılmasını tələb edir. Hakim iş üzrə təyin edilmiş linqivistik ekspertizanın yekunlaşdığı və ekspertizanın rəyinin məhkəməyə daxil olduğu bildirmişdi. Ötən prosesdə təqsirləndirilən İsfəndiyar Axundovun müsahibələrinin birində zərərçəkən Emil Səməndərovu təhqir etdiyini müəyyən etmək üçün linqvistik...
18 Sentyabr 2025, 11:56

Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu keçmiş arvadının tələb etdiyi bütün əmlakı qaytarmalıdır.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi bu barədə yekun qərar çıxarıb.Bir neçə ay əvvəl H.Pənahova əri Məhəmməd Pənahov tərəfindən fiziki şiddətə məruz qalması barədə məlumatlar yaydı. Sonradan oğul Pənahov razı olmasa da, məhkəmə cütlüyün boşanmasına qərar verdi.Amma həmin vaxt birgə nikah dövründə alınmış əmlak məsələsi həll edilməmiş qalmışdı. Gəlin Pənahova qiyməti 300 min manat təşkil edən qızıl-zinət əşyaları, bahalı kürklər və digər geyimlərini geri ala bilmədiyi, keçmiş əri isə boşanmaq istəmədiyi üçün apellyasiya şikayətləri verdilər.Bakı Apellyasiya Məhkəməsi əvvəlcə Məhəmməd Pənahovun boşanma qərarına qarşı şikayəti araşdırıb,...
18 Sentyabr 2025, 10:33

Daşkəsəndə polis çətin relyef şəraitində əməliyyat keçirib, 12 kq narkotik vasitə aşkarlanıb
Daşkəsəndə polis çətin relyef şəraitində əməliyyat keçirib.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 31 yaşlı Zamin Məmmədov saxlanılıb. Onun üzərindən ümumi çəkisi 12 kiloqram 150 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb.Araşdırma zamanı onun narkotik vasitələri maddi qazanc müqabilində əldə etdiyi müəyyən olunub.Faktla bağlı cinayət işi başlanılıb, Z.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. ...
17 Sentyabr 2025, 12:20

Qubada 7 otaqlı evdə yanğın olub
Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 300 m²(hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli, 7 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 40 m² sahədə yanıb.CityPost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.Qeyd edilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17 Sentyabr 2025, 10:29

İş adamı Arayik Əmirxanyan Moskva vilayətində həbs edilib
2023-cü ilin dekabrında Ali Radanın keçmiş deputatı İlya Kivanın qətlinə köməklik etməkdə ittiham olunan iş adamı Arayik Əmirxanyan Moskva vilayətində həbs edilib. CityPost.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına hüquq-mühafizə orqanlarından məlumat verilib.Amirxanyan 2019-cu ilin iyununda 20 milyon qrivenə yaxın insanların qanunsuz köçürülməsi və əmlakın oğurlanmasının təşkilində şübhəli bilinərək SBU tərəfindən saxlanılıb. 2021-ci ildə Ukrayna prezidenti Vladimir Zelenskinin fərmanı ilə o, Ermənistan pasportu olduğuna görə vətəndaşlıqdan məhrum edilib.Rusiyayönümlü İlya Kiva 2022-ci ilin yanvarında Ukraynanın işğalından az əvvəl Rusiyaya gedib və orada televiziya ilə Ukrayna ərazilərinin işğalını dəstəkləyib. 6 dekabr 2023-cü ildə Moskva vilayətində öldürülüb.2025-ci ilin iyununda Amirhanyan Kivanın yeri...
16 Sentyabr 2025, 12:15

Azərbaycanda deputat xadiməni yenidən məhkəməyə verdi
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Əli Abbasov sosial şəbəkədə haqqında yayılan iddialara görə yenidən məhkəməyə üz tutub.CityPost.az Modern.az-a istinadən xəbər verir ki, deputat 27 iyun 2025-ci il tarixində xadimə işləyən Pərvin Məmmədovanın (şərti ad) onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən, böhtan xarakterli paylaşımlar etdiyini əsas gətirərək, həmin şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verib.Ərizədə qeyd olunur ki, Pərvin adlı şəxs deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi əsassız ittihamlar irəli sürüb.Bundan əvvəl deputatın nümayəndəsi şikayət ərizəsini...
16 Sentyabr 2025, 10:54