Bizə yazın

Baku

-°C

USD

-

Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat

Cəmiyyət 22 Noyabr 2026, 10:18

488

Qazaxda ehtiyatda olan zabit dəm qazından boğularaq ölüb.

Oxu.Az-ın məlumatına görə, əslən Qazax rayonundan olan, Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov bir neçə gün əvvəl iki avtomobilin toqquşması nəticəsində həyatını itirən Dərgahquliyevlər ailəsinin üzvlərinin yas mərasimində iştirak etmək üçün rayonun Kəmərli kəndinə gedib.

O, kənddəki ata evində dəm qazından boğularaq həyatını itirib.

Məlumata görə, mərhum ehtiyatda olan zabit olub və Bakı şəhərindəki 185 nömrəli tam orta məktəbdə hərbi müəllim işləyib.

Hadisə ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Problemlərinizi bizə bildirin

077 323 55 66

İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib

İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə CityPost.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.Qeyd olunub ki, yerli vaxtıla 01:25-də baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

22 Noyabr 2026, 09:57

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb.CityPost.az  xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının Elm və Texnologiyalar Akademiyasının prezidenti Tran Honq Thai və digər rəsmi şəxslər yola saldılar.

21 Noyabr 2026, 22:33

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Qobustan, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Ağdam, Ağcabədi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

21 Noyabr 2026, 16:21

Xalqın İnamından Doğan Güc: Yeni Azərbaycan Partiyasının Şərəfli Yolu  

Milli Məclisin deputatı Ceyhun Məmmədov1990-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən hakimiyyət böhranı, xaos və idarəçilik səriştəsizliyi müstəqilliyimizi ciddi təhlükə altına almışdı. Bir tərəfdən daxili qarşıdurmalar, digər tərəfdən Ermənistanın hərbi təcavüzü və etnik separatçılıq meyilləri ölkəni uçuruma aparırdı. Məhz belə bir taleyüklü məqamda Azərbaycan ziyalılarının 91 nəfər tanınmış nümayəndəsi ("91-lər") 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət edərək yeni yaradılacaq partiyaya rəhbərlik etməsini xahiş etdilər.Bu cəsarətli addımlar və 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə keçirilən təsis konfransı nəticəsində Azərbaycanda dağıdıcı proseslərin qarşısı alındı. Əgər həmin dövrdə bu qərar qəbul edilməsə, Ulu Öndər xalqın təkidli tələbi...

21 Noyabr 2026, 15:48

Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş

Xalq artisti Polad Bülbüloğlu gözündə yaranan ciddi problemlə əlaqədar bir neçə ölkədə həkimlərlə məsləhətləşdiyini və İsraildə əməliyyat olunduğunu bildirib.Citypost.az xəbər verir ki, o bu barədə "Sheinkin40" Yutub kanalına müsahibəsində deyib.“Yaş artdıqca səhhətim pisləşməyə başladı. Gözlərimlə bağlı çox ciddi problemim var idi. ABŞ-də, Rusiyada və bir neçə başqa ölkədə həkimlərlə məsləhətləşdim. Mənə həqiqətən İsraildə kömək etdilər. Beş çox mürəkkəb əməliyyat keçirdim. Yəqin, elə bunun sayəsində indi qarşınızda oturub sizi görürəm”- deyə o bildirib....

21 Noyabr 2026, 14:13

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.Citypost.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə Əmr imzalayıb.Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.Qeyd edək ki, o, sabiq rektor Elçin Babayevin dövründə bu vəzifəyə təyin olunmuşdu.Xatırladaq ki, bir neçə gün əvvəl E.Babayev BDU-nun rektoru vəzifəsindən azad olunub və onun yerinə DİM sədri M.Abbaszadə təyin olunub.

21 Noyabr 2026, 13:47