Bizə yazın

Baku

-°C

USD

-

Narkotik asılılığı olan vəkil Kəngərli tanışlarına da satırmış - DİN görüntülərini yaydı

Hadisə 21 Noyabr 2026, 14:05

353

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib.

Citypost.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər eyni əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev Xətai rayonu ərazisində özünə məxsus “Vidal” aptekdə güclü təsir edən dərman preparatlarını narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satdığı üçün saxlanılıb. Baxış zamanı aptekdən İranda istehsal edilərək ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik tərkibli güclü təsiredici “Diazepam” və “Pregabalin” (lirika) həbləri aşkarlanaraq götürülüb.

Araşdırma zamanı X.Mustafayevin narkotik tərkibli həblərin qanunsuz dövriyyəsini birlikdə təşkil etdiyi şəxslərin dairəsi də müəyyənləşdirilib. Davam etdirilən əməliyyatlarla həmin şəxslər - 38 yaşlı Orxan Kəngərli, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və 35 yaşlı Murad Həsənov da polis tərəfindən saxlanılıblar. Baxış zamanı bu şəxslərdən də güclü təsiredici “Pregabalin” həbləri aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, T.Əliyev narkotik asılılığı olan O.Kəngərli və hazırda şəxsiyyətləri istintaqla araşdırılan digərlərini tanışı X.Mustafayevlə əlaqələndirib. Bu şəxslər isə öz növbəsində müxtəlif vaxtlarda həmin aptekdən xüsusi resept əsasında satılması nəzərdə tutulan “Pregabalin” və digər adlarda olan psixotrop tərkibli preparatları qanunsuz yollarla əldə ediblər. Bəzi hallarda isə narkotik tərkibli həblərin ödənişi T.Əliyevin bank kartına köçürülərək bu yolla X.Mustafayevə çatdırılıb.

İstintaq zamanı müəyyən edilib ki, O.Kəngərli əldə etdiyi güclü təsiredici həblərdən şəxsi istifadəsi ilə yanaşı, müxtəlif vaxtlarda tanışı E.Aslanlıya və P.İsmayılova da satıb. Bu məqsədlə O.Kəngərli satdığı narkotiklərin gizlədildiyi yerin ünvanını qohumu M.Həsənov vasitəsilə E.Aslanlıya göndərib. Bundan başqa, O.Kəngərlinin digər qohumu T.Ağayevlə güclü təsiredici preparatların istifadə etməsi ilə bağlı apardığı danışıqlar, eləcə də həmin maddələri “liri”, “lirik” “lirika” kimi şərti adlar altında əldə etməsinə dair məlumatlar əldə edilən texniki sübutlarla təsdiqini tapıb.

Qeyd edilən faktlarla bağlı O.Kəngərliyə və X.Mustafayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə adı keçən digər şəxslər barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, həbs edilən Orxan Kəngərli “Alyans” vəkil bürosunun rəhbəri və vəkilidir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Vilayəti Xorasan” terrorçu təşkilatına qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirilib

Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun fəaliyyətində iştirak etmiş Azərbaycan Respublikası vətəndaşları saxlanılaraq ölkəyə gətirilib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.Belə ki, əməliyyat-istintaq tədbirləri ilə Abdurahmanov Yunus Mehman oğlunun 15 noyabr 2025-ci il tarixdə xarici ölkə ərazisinə gedərək orada “İslam Dövləti Xorasan Vilayəti” (İŞİD - Vilayəti Xorasan) terrorçu təşkilatına qoşulması, dağlıq ərazidə xüsusi hazırlanmış mağara tipli gizli düşərgədə yerləşdirilməsi, odlu silah və döyüş sursatları ilə təchiz olunaraq terror-təxribat aktlarının törədilməsi üçün hərbi təlimlərdə iştirakı təsbit edilib, xüsusi əməliyyat tədbirləri ilə ələ keçirilib.Bundan başqa, həmin...

20 Noyabr 2026, 19:57

İstanbul-Bakı aviareysi ilə gələn sərnişindən 60 min manatlıq mallar aşkar olunub

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində müxtəlif brendlərə aid malların gömrük nəzarətindən gizli şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.Citypost.az komitəyə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Bakı-Tbilisi reysi ilə tranzit qaydada gömrük nəzarəti zonasını tərk edərkən saxlanılıb və onunla qanunvericiliyə uyğun olaraq sorğu-sual aparılıb.Həmin şəxs hava limanının sanitar qovşağında içərisində qızıl-zinət əşyaları və saatlar olan bir ədəd bağlama gizlətdiyini bildirib. Yoxlama zamanı həmin bağlamadan tanınmış brendlərə aid, ümumilikdə dəyərləri 59 min 500 manatdan çox olan 2 ədəd qol saatı, 3 ədəd bilərzik, 1 cüt...

20 Noyabr 2026, 19:00

Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb

İsmayıllı rayonunda atasını döyərək xəsarətlər yetirmiş 1990-cı il təvəllüdlü Müslüm Murtuzovun (ad və soyadlar şərtidir) məhkəməsi keçirilib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.Araşdırmalar zamanı məlum olub ki, Müslüm evlərinin həyətində doğma atasını döyərək 3 qabırğasını sındırıb. Belə ki, o, ailə üzvləri ilə yaşadığı evin həyətində atası üçün birotaqlı mənzil tikib və Seyran Murtuzov orada yaşayıb. Buna səbəb isə Seyranın arvadı ilə yola getməməsi, tez-tez spirtli içki qəbul edərək söz-söhbətlər yaratması olub. Hadisə günü isə Müslüm atasının həyətdəki kiçik evə başqa qadın gətirdiyini görüb. O, pəncərəni sındıraraq oraya...

20 Noyabr 2026, 15:54

Azərbaycanda bələdiyyə sədri vəfat etdi - Ölüm səbəbi bilindi

Kotanarx kəndinin bələdiyyə sədri Əli Qarakişi oğlu Lətifovun ölüm səbəbi bilinib.Citypost.az Oxu.Az-a istinadən xəbər, o, xərçəng xəstəsi olub, uzun sürən xəstəlikdən sonra vəfat edib.Qeyd edək ki, Əli Lətifovun oğlu Qara Lətifov Ağdaş Rayon İcra Hakimiyyətinin Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsidir.

20 Noyabr 2026, 14:15

Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu

"Alyans" vəkil bürosunun rəhbəri Orxan Kəngərli ilə birlikdə həbs edilənlərin sayı 6-ya çatıb.Citypost.az Lent.az-a istinadən xəbər verir ki, yeni həbs olunan şəxs aptek müdiri Xalid Mustafayevdir.Ona Cinayət Məcəlləsinin 240.2.1-ci (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Məlumata görə, o, vəkil Orxan Kəngərliyə narkotik tərkibli dərmanları reseptsiz satırmış.Məhkəmənin qərarı ilə X.Mustafayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, X.Mustafayev 2019-cu ildə də eyni əmələ görə həbs edilib....

20 Noyabr 2026, 11:55

Bakıda avtobusda insident: Sərnişin şüşəni təpiklə sındırıb qaçdı

Bakı şəhəri, Yasamal rayonunda sərnişin avtobusun şüşəsini sındırıb və hadisə yerindən qaçıb.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, olay ötən gün axşam saatlarında qeydə alınıb.Belə ki, 99-JP-013 dövlət nömrə nişanlı 65 saylı marşrut avtobusunda sərnişin sürücüdən nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamağı tələb edib.Sürücü qarşıdakı dayanacaqda saxlayacağını bildirsə də, sərnişin tələbini davam etdirib.O, avtobusun salonunda quraşdırılmış, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron ödəniş cihazına və avtobusun ön qapısının şüşəsinə zərər vurub. Sərnişin avtobusun qapısının şüşəsini təpikləyərək qırıb və hadisə yerindən uzaqlaşıb.Hadisə avtobusda quraşdırılmış müşahidə kamerası vasitəsilə anbaan qeydə alınıb....

20 Noyabr 2026, 11:52