Döyüşlərdə iştirak etdiyi üçün mənzil ala bilmədi

Müsahibələr

25 Oktyabr 2024, 15:15
Döyüşlərdə iştirak etdiyi üçün mənzil ala bilmədi
4188

Sədr müavini Zaur İbrahimovdan döyüşçüyə qəribə cavab.

Bakı şəhəri, Nəsimi rayonu, Rasim Səfərov  küçəsi  ev 161-də  yaşayan II Qarabağ döyüşlərində  könüllü  iştirak etmiş    İsmayılzadə  Kənan Bəhruz oğlu  kirayədə yaşadığı üçün mərhələli şəkildə mənzil növbəsinə yazılmaqdan ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Nazirliyin  tabeliyində  olan  Sosial Xidmətlər  Agentliyi tərəfindən keçmiş döyüşçü Kənan  İsmayılzadə  məktub alıb. 

 

Bu haqda CityPost.az-a Kənan İsmayılzadə özü məlumat verib.

 

 

“ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli  Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında  Sərəncamından sonra  ərizə  yazıb döyüşlərə  könüllü  qatıldım. Füzuli, Xocavənd,Cəbrayıl, Hadrut və Şuşanın  işğaldan azad olunması uğrunda 30-dan çox  uğurlu  döyüş əməliyyatlarında iştirak etmişəm. Azərbaycan  Respublikasının  Baş naziri  cənab  Əli  Əsədovun  imzası  ilə  “Vətən Müharibəsi  İştirakçısı” medalı  və xidmət  etdiyim hərbi  hissəsin  rəhbərliyi tərəfindən cəsur döyüşçü kimi  müxtəlif növ fəxri  fərmanlarla təltif edilmişəm.

Günahkar deyiləm ki, döyüşlərdə şəhid,yaxud qazi olmamışam.  Allah Vətənimizə bir də müharibə göstərməsin.Amma hər hansı döyüşçüyə mənə göstəriləcək  münasibət bəslənəcəksə,sözsüz ki, gələcəkdə anoloji hadisə zamanı çoxları döyüşlərə getməkdən imtina edəcək. Nəzərə almalıdırlar ki, mən hər şeyə göz yumub, döyüşlərə qatılmışam. Mənə  Sosial Xidmətlər Agentliyindən  məktub gəlib ki, döyüş əməliyyatlarında iştirak edib,müharibə veteranı adını aldığınıza görə sizin mənzillə təmin edilməyiniz qanunvericilikdə  nəzərdə  tutulmayıb.
Kənan İsmayılzadə onu da əlavə edib ki, çox qəribə  məntiqdir. 

Rəqqasə,müğənni,idmançı,neftçi,jurnalist,artistə,it oynadan,pişik oynadan dövlət tərəfindən mənzillə təmin olunur, amma müharibədə iştirak edib sağlamlığını itirən  şəxs kənarda qalır.

CityPost.az döyüşçünün müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sorğu ünvanlayıb.
 

İmza: Müşərrəfxanım

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%