Bizə yazın

Baku

-°C

USD

-

Netanyahu İsrailin İrandan qisas alacağını vəd edib

Dünya 19 İyun 2025, 14:17

327

İsrailin baş naziri Benyamin Netanyahu ölkənin cənubundakı Beersheba şəhərindəki Soroka xəstəxanasına hücuma görə İrana qisas alacağını vəd edib.

CityPost.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı bildirib.

Netanyahu sosial şəbəkədə yazıb: "İran tiran terrorçuları Beershebadakı Soroka xəstəxanasına və İsrailin mərkəzindəki mülki şəxslərə raket hücumu təşkil etdilər. Tehrandakı tiranlar bunun əvəzini tam ödəyəcəklər".

Yaxın Şərq mediası bildirib ki, cümə axşamı səhər tezdən İranın raketləri Ramat Qan və Holonda da qeydə alınıb.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66