Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
Cəmiyyət 28 Aprel 2025, 12:30

258
2025-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında əmək müqavilələrinin ümumi sayı təxminən 1,9 milyon nəfər təşkil edib.
CityPost.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
M.Musayev bildirib ki,onlardan 900 min nəfəri dövlət sektorunda, 1 milyon nəfəri isə özəl sektorda fəaliyyət göstərir:
“1 mart 2025-ci il tarixinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2% artaraq 1043,6 manat təşkil edib. Bu gün Azərbaycan iqtisadiyyatı modernləşmə, rəqabətədavamlılıq və innovativ yanaşmalarla yeni mərhələyə qədəm qoyub. Müasir biznes mərkəzləri, sənaye zonaları və texnoparkların inkişafı ilə paralel olaraq, insan kapitalı, kadr potensialı və əmək resurslarının səmərəli idarə olunması məsələləri ön plana çıxır”- deyə M.Musayev qeyd edib.
O bildirib ki, əmək məhsuldarlığı yalnız iqtisadi amillərlə deyil, işçinin psixoloji və fiziki rifahı ilə sıx bağlıdır:
“Məhz buna görə də, biz Konfederasiya olaraq iş yerlərində İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi (İSO) kimi beynəlxalq standartların tətbiqini təşviq edirik. Hal-hazırda ölkədə bu standartlara uyğun fəaliyyət göstərən müəssisələrin sayı əvvəlki illərlə müqayisədə 2,5 dəfə artıb”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Aktyor Möylə Mirzəliyev vəfat etdi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev vəfat edib.Bu barədə onun qızı məlumat verib.O bildirib ki, aktyor bu gün gündüz saatlarında vəfat edib.Qeyd edək ki, bir ay öncə aktyor əməliyyat olunduqdan sonra hərəkət qabiliyyətini itirib, səhhəti daha da ağırlaşmışdı.(apa)
28 Aprel 2025, 16:53

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis ediləcək
Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis ediləcək.
28 Aprel 2025, 15:47

Yağış yağır, külək əsir - FAKTİKİ HAVA
Aprelin 28-i saat 15:00-a olan faktiki hava açıqlnaıb.Milli Hidrometeorologiya Xidmətindən
28 Aprel 2025, 15:33

"Şuşa əməliyyatında Köçəryan özü iştirak edirdi" - Sarkisyandan ETİRAF
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa rayonunun işğalı ilə bağlı Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qeydləri yer alan videomaterial tədqiq edilib.
28 Aprel 2025, 15:10

Baş nazirdən Heydər məscidi ilə bağlı QƏRAR
"Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" genişləndirilib.
28 Aprel 2025, 14:59

Birinci sinfə qəbul başlayır
Mayın 1-də 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.
28 Aprel 2025, 14:56