Bizə yazın

Baku

-°C

USD

-

Sosial şəbəkələrdə söyüş söyən keçmiş müəllim KİMDİR?

Cəmiyyət 18 Oktyabr 2025, 23:59

355

Son vaxtlarda  sosial şəbəkələrdə  əxlaqsızlığı,bayağılığı,cinayəti təbliğ edən şəxslərə qarşı  tədbirlər görülməkdə davam edir.

Qeyd edilən silsilə tədbirlərin nəticəsi olaraq  “Tiktok” da  və  digər  sosial  şəbəkələrdə    nalayiq  ifadələr  istifadə   edənlərin  sayı  xeyli  azalıb.Bu şəbəkələr  üzərində  nəzarət  olduğundan  istifadəçilər bir  növ  cəzadan  çəkinirlər.

CityPost.az  Oxu24.com -a istinadən xəbər  verir  ki,bu yolu seçən  bir  sıra  sosial şəbəkə istifadəçiləri özlərinə yeni  məkan tapıblar. Bu proqram “Bigo Live” adlanır. Bu barədə saytımıza bir neçə şəxs müraciət edərək  şikayətlərini bildiriblər.

Sayta müraciət edən X.Y adlı xanım bildirib ki, sözügedən sosial şəbəkədə canlı yayımlara çıxan  Tural Talıblı adlı   şəxs  istifadəçiləri  açıq  söyüşlərlə  təhqir və təhdid edir. Sözügedən şəxs  bu  sosial  şəbəkənin  polis nəzarətindən kənar  olmasından  pərvazlanaraq  bu addımı  atır.

Bununla bağlı saytımıza bir neçə  video  görüntü də təqdim olunub.Sözügedən  videoda mətbuatda  səsləndiirlməsi mümkün olmayan ifadələr olduğu üçün təqdim edə bilmədik.

Bəs,bu şəbəkə  haradan idarə  olunur?Nəzarət niyə yoxdur?

Araşdırmamız zamanı məlum oldu ki,sözügedən proqram  Rusiya və Sinqapurun birgə nəzarətində olan sosial şəbəkədir.Bir sıra ölkələr  burada  açıq  pornoqrafiyanın təbliği  getdiyi üçün bu proqramı  bloklayıb.Azərbaycanda isə  proqrama nəzarət demək olar ki, yoxdur.

 Əldə etdiyimiz məlumata görə,Tural Talıblı  “Bigo Live” proqramında “Dino” ləqəbi ilə qeydiyyatdan keçib.Onun keçmiş hərbi hazırlıq müəllimi olduğu deyilir.

Oxu24.com iddialarla bağlı  Tural Talıblı ilə əlaqə saxlayıb. O,məsələdə qarşı tərəfi ittiham edib.

“Bu proqramda  qadınlar  pul  qarşılığında  özlərini kişilərə təklif edilər.Əxlaqsızlığı yayırlar. Proqram Azərbaycan tərəfindən təsdiq olunmadığı üçün istədiklərini edirlər.Həmin  proqramda qadınlardan biri mənim 1600 pulumu yeyib.Bunun üstündə aramızda münahisə düşdü.Mən də əsəblərimi saxlaya bilməyib,ona etik olmayan sözləri dedim.İş hazırda polisdədir”,-deyə Tural Talıblı bildirib.

Oxu24.com “Bigo Live” proqramı barədə araşdırmalarını davam etdirəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı 

Ramiz Mehdiyevin həbsi onun ətrafına, onunla yaxın olanlara, iddialarına şərik çıxanlara və ya belə iddialara düşənlərə aydın mesajdır.CityPost.az  xəbər verir ki, bu barədə APA-nın yaydığı məlumatda bildirilir.“Ramiz Mehdiyevin yaxın ətrafında olub, onun fikirdaşı qismində tanınanlar arasında sabiq XİN rəhbəri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev, özünü “hakimiyyətin bolşeviki” hesab edən, vaxtilə AXCP-nin gənclər təşkilatının fəalı olan Azər Qasımov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun müəyyən məqsədlər üçün Abxaziyaya pul ötürən qudası Cahangir Hacıyev, bu xəyanətkar şəbəkənin digər üzvləri tövbə edib, aidiyyəti yerdə sədaqət andı içməlidirlər.Əlbəttə ki, Ramiz Mehdiyevin “qara kassası”...

18 Oktyabr 2025, 23:07

Ramiz Mehdiyevin ailəsi də dindiriləcək? 

Dövlətə xəyanət və digər xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ailə üzvləri də istintaq nəzarəti altına alınıb və onların ölkədən çıxışına məhdudiyyət qoyulub.   CityPost.az  xəbər verir ki, bu addım R. Mehdiyevin cinayət yolu ilə əldə etdiyi gəlirlər hesabına yaxınlarının da əhəmiyyətli maliyyə imkanlarına sahib olması ilə bağlı araşdırmalar çərçivəsində atılıb. “Boz kardinal” uzun illər dövlət strukturundakı nüfuzundan istifadə edərək müxtəlif kommersiya fəaliyyətlərinə nəzarət edib. Həmin dövrdə onun qohumlarının adına milyonlarla manat dəyərində mənzillər, villalar və şirkət payları rəsmiləşdirilib. Son günlər bu əmlakların kiçik bir qismi mediada da ictimailəşib. Ramiz Mehdiyevə qarşı irəli sürülən əsas ittihamlardan biri Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə...

18 Oktyabr 2025, 19:48

Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi - FƏRMAN 

Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edilib.CityPost.az   xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi.Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş...

18 Oktyabr 2025, 17:29

Ramiz Mehdiyev Prezident ailəsinin maliyyəsi ilə maraqlanıbmış (VİDEO)

Keçmiş maliyyə naziri Fikrət Yusifov Ramiz Mehdiyevlə bağlı  sensassiyalı açıqlamalar verib.CityPost.az    xəbər  verir   ki, keçmiş  nazir  Laf TV-yə verdiyi  müsahibədə   Ramiz  Mehdiyevin  əməllərindən danışıb."1998-ci il idi.İsrailin baş naziri Bakıya gəlmişdi.Ulu Öndər onu Zaqulbadakı bağ evində qəbul edirdi.Mən də qəbuldan bir neçə saat əvvəl həmin məkana gəldim.Ramiz Mehdiyev də orada idi. Həmin vaxt ikimiz söhbət edərkən Ramiz Mehdiyev məndən Prezident ailəsinin büdcəsini soruşdu.Ona dedim ki,Prezident əmək haqqı alır və bu sizə də bəllidir. Ona dedim ki,məni bu vəzifəyə siz yox,ümummilli lider təyin edib.Mən bu sualın cavabın bilmirəm və bilsəm də sizə heç bir söz demərəm. Bu dialoqdan sonra Ramiz Mehdiyev mənimlə münasibətləri...

18 Oktyabr 2025, 11:07

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.CityPost.az xəbər verir ki, müraciətdə həftəsonu respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin nəzərəçarpacaq dərəcədə artığı bildirilib:"Nəqliyyat axınının tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülsə də, təəssüf ki, bəzən sürücülərin tələskənliyi, diqqətsizliyi səbəbindən məhz bu günlərdə daha ağır yol-nəqliyyat hadisələri qeydə alınır. BDYPİ həftəsonu, xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onları nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yol və hava şəraitini nəzərdən qaçırmamağa çağırır"....

18 Oktyabr 2025, 10:31

Müdafiə Nazirliyi: Müstəqilliyimiz əbədi, dövlətimiz sarsılmazdır! 

Azərbaycan Madafiə Nazirliyi 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə sosial media hesablarında paylaşım edib.CityPost.az  xəbər verir ki, paylaşımda deyilir:"Bu torpağın hər qarışı azadlıqla, bu bayraq isə qəhrəmanlıqla ucalıb!Müstəqilliyimiz əbədi, dövlətimiz sarsılmazdır! Yaşasın müstəqil Azərbaycan!"

18 Oktyabr 2025, 08:50