Hövsanda arvadını qətlə yetirən şəxsə hökm oxunub
Cəmiyyət 27 Oktyabr 2026, 18:16
439
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, bu il martın 20-də Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi baş verib. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəllimi 35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Həmçinin oxuyun
Qadının qətlində həyat yoldaşı 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.
Bakıda İƏT ölkələrinin antikorrupsiya qurumları ortaq sənədləri razılaşdırıblar
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələrinin hazırlıq iclası keçirilib.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbir İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi və hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Habelə sözügedən tədbir oktyabrın 28-də Bakı şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə hazırlıq məqsədi daşıyır.Qurani-Kərimdən ayələrin oxunması ilə başlayan iclasda Qətər Dövlətinin nümayəndəsi, əvvəlki hazırlıq görüşünə sədrlik etmiş tərəfin təmsilçisi,...
27 Oktyabr 2026, 18:55
Bakıda su aparatlarını sındıran üç nəfər saxlanıldı –
Bakının dörd rayonunda su satışı aparatlarından oğurluq edən üç nəfər saxlanılıb.Citypost.az xəbər verir ki, paytaxtın Nəsimi, Nərimanov, Yasamal və Binəqədi rayonlarında müxtəlif ünvanlarda quraşdırılmış su satışı aparatlarının sındırılması və içərisindəki pulların oğurlanması barədə polisə müraciətlər daxil olub.Aparatların pul qəbuledici hissələrinin zədələnməsi nəticəsində şirkətə əlavə maddi ziyan da dəyib.Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Xəyal Sultanzadə, əvvəllər məhkum olunmuş Ümid Tağıyev və Zöhrab Şamilzadə saxlanılıblar.Faktlarla bağlı cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir....
27 Oktyabr 2026, 18:38
Sabiq baş konsul Sultan Qasımovun məhkəməsində ittiham aktı elan edildi
Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu, dələduzluqda ittiham olunan Sultan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.İttihama görə, Sultan Qasımov Rusiya Federasiyası vətəndaşı Anton Zayatsa Sankt-Peterburqda 6 sot torpaq sahəsini hərrac yolu ilə onun adına keçirəcəyinə dair yalan vəd verərək, ona 191 min 500 manata yaxın ziyan vurub.İstintaq materiallarına görə, təqsirləndirilən Sultan Qasımov digər zərərçəkmiş - Rusiyada yaşayan Faiq Mikayılovdan 10 min 200 manat alıb. O, pul müqabilində həmin şəxsin Hindistandan gətiridiyi qızıl-zinət əşyalarının gömrük nəzarətindən keçirilməsini həll edəcəyinə dair söz...
27 Oktyabr 2026, 18:28
Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) ölkəmizdə səfərdə olan baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.Bu barədə Citypost.az-a XİN-dən məlumat verilib.Görüş zamanı, Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə təhsil, elm, mədəniyyət və mədəni irsin qorunması sahələrində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə olunub.Nazir Ceyhun Bayramov Azərbaycanın ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, multikulturalizm və tolerantlıq dəyərlərinin təşviqi istiqamətində beynəlxalq səylərə fəal töhfə verdiyini diqqətə çatdırıb.ISESCO regional ofisinin Bakıda yerləşməsinin Azərbaycanın ICESCO çərçivəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.Görüşdə həmçinin Bakıda keçirilən...
27 Oktyabr 2026, 18:24
Azərbaycanla BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi arasında əməkdaşlığın vəziyyəti müzakirə olunub
27 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi (UNOCT) üzrə Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycan ilə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi (UNOCT) arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.Görüşdə, həmçinin 27–29 oktyabr tarixlərində Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olunub. Forumun müasir dövrün qlobal çağırışlarının müzakirəsi, mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın təşviqi, eləcə də sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli beynəlxalq platforma olduğu vurğulanıb.Bununla yanaşı, ölkəmizdə keçirilən Bakı Təhlükəsizlik Forumunun beynəlxalq terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təhlükəsizlik...
27 Oktyabr 2026, 18:20
Azərbaycanda əhalinin yaş qrupları üzrə bölgüsü açıqlanıb
Azərbaycan əhalisinin cins və yaş strukturu açıqlanıb. Citypost.az xəbər verir ki, Dövlət Statistika Komitəsi tərəfindən 2026-cı il yanvarın 1-nə ölkə əhalisinin cins və yaş qrupları üzrə tərkibi açıqlanıb.Statistikaya əsasən, ölkə əhalisinin ümumi sayında qadınlar 5 154,2 min nəfər, kişilər isə 4 908,2 min nəfər təşkil edib. Məlumatda, həmçinin əhalinin yaş qrupları üzrə paylanması da əksini tapıb və ən yüksək xüsusi çəki orta və gənc yaş qruplarının payına düşür. pizza hut...
27 Oktyabr 2026, 17:38