Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan alimlərindən Pezeşkiana müraciət: İranda Azərbaycan dilində tədris təşkil edilsin

Cəmiyyət 27 Oktyabr 2026, 16:45

351

Azərbaycan Milli Elmlər Akademiyası alimləri İran Prezidenti Məsud Pezeşkiana müraciət edib.

Citypost.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Biz, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, ilk növbədə Sizə dərin ehtiramımızı bildiririk.

Sizin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə görüşləriniz zamanı və Bakıya, Şuşaya, Xankəndiyə səfərləriniz dövründə Azərbaycan dilində apardığınız söhbətlər dövlətlərarası münasibətlərin daha səmimi şəkildə qurulmasına təminat verir, bir daha İran dövlətinə hörmət qazandırır və qarşılıqlı etimadın möhkəmləndirilməsinə geniş imkan yaradır.

Bütün bunları nəzərə alaraq, İran İslam Respublikasında əhalinin böyük hissəsini təşkil edən Azərbaycan xalqının hüquqlarının gerçəkləşdirilməsi ilə əlaqədar Sizə müraciət etməyi zəruri və əhəmiyyətli hesab edirik.

Hörmətli Prezident!

İranda yaşayan köklü azərbaycanlılar orta və ali məktəblərdə ana dilində təhsil almaları, doğma dillərində mətbuatın və ədəbiyyatın olması yollarında səylər göstərir və təşəbbüslər irəli sürürlər. Lakin onların bu istiqamətdəki qanuni hüquqları indiyədək yerinə yetirilməmişdir. Bu da təbii olaraq İran azərbaycanlıları arasında ciddi narahatlığa səbəb olur. Çünki hazırda dünyada öz ana dilində yazıb-oxumaqdan məhrum olan çox az sayda xalqlar qalmışdır. Biz də hesab edirik ki, dünyanın başqa xalqları kimi, İranda yaşayan köklü azərbaycanlıların da öz ana dilində təhsil almaq hüququ təmin olunmalıdır.

Bu baxımdan Sizin İran İslam Respublikasında keçirilən tədbirlərdə, eyni zamanda, Azərbaycan Respublikasına səfəriniz zamanı Azərbaycan dilində də danışmağınız, böyük Azərbaycan və İran şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur "Heydərbabaya salam" poemasından bəzi parçaları əzbər söyləməyiniz, ibrətamiz misallar çəkməyiniz İranda olduğu kimi, Azərbaycan Respublikasında da xalq tərəfindən böyük rəğbətlə qarşılanır.

Eyni zamanda, İran İslam Respublikasının müxtəlif regionlarında ayrı-ayrı xalqların nümayəndələri ilə, o cümlədən azərbaycanlılarla onların öz ana dilində qurduğunuz ünsiyyət dövlət rəhbəri kimi Sizə bəslənilən hörmət və ehtiramın daha da qüvvətləndirilməsinə xidmət edir.

Hörmətli Prezident!

Son illərdə İran İslam Respublikası üçün yaşanan taleyüklü məqamlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin göstərdiyi dostluq və xeyirxah qonşuluq münasibətlərinə verdiyiniz ədalətli qiymət Sizin dövlət başçısı kimi obyektivliyinizin əyani göstəricisidir.

Bütün bu mətləbləri nəzərə almaqla, biz inanırıq ki, Siz İran azərbaycanlılarının ana dilində, doğma Azərbaycan dilində təhsil almaları üçün də dövlət səviyyəsində tədbirlər həyata keçirməklə onların çoxəsrlik arzularının yerinə yetirilməsini təmin edəcəksiniz.

İranda yaşayan köklü azərbaycanlıların təhsil almaları üçün Azərbaycan dilində məktəblərin açılmasına ciddi ehtiyac vardır. Bundan başqa, İranda Azərbaycan dilində nəşr edilən qəzet və jurnalların çapına, Azərbaycan dilində elmi və bədii əsərlərin nəşr edilməsinə icazə verilməsi həlli zəruri olan məsələlərdəndir. Bunlar həm də İranda yaşayan Azərbaycan xalqının ölkənizin Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi baxımından da əhəmiyyətli bir addım ola bilər.

Xalqların ana dilinə, milli ədəbiyyatına və mədəniyyətinə hörmətlə yanaşmaq, bu istiqamətdə əməli tədbirlər həyata keçirmək dövlət rəhbəri üçün mühüm tarixi vəzifədir. İnanırıq ki, Sizin prezidentliyiniz dövründə İranda yaşayan azərbaycanlıların ana dilində yazıb-oxumaq hüququ təmin ediləcəkdir.

Hörmətli Prezident!

Biz, bu məktubu imzalayan elm adamları Azərbaycan dili və ədəbiyyatına dair çoxsaylı dərsliklərin, tədqiqatların müəllifləri, lüğətlərin və ensiklopediyaların tərtibçiləriyik. Biz İranda Azərbaycan dilində tədris aparılacaq məktəblərə istənilən qədər dərslik və əlavə ədəbiyyat, bədii və elmi əsərlər, ensiklopediya və lüğətlər hədiyyə edə bilərik. Dövlətlərarası razılaşma əsasında İranın Azərbaycan dilində tədris təşkil olunacaq məktəblərində təmənnasız dərs deməyə hazır olduğumuzu da yüksək diqqətinizə çatdırmağı özümüzə borc bilirik.

Bu məktuba Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) aşağıdakı nümayəndələri imza atır:

1. Nadir Məmmədli – AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor;

2. Mehman Həsənli – AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru;

3. Qəzənfər Paşayev – Əməkdar elm xadimi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor;

4. İmamverdi Həmidov – AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

5. İsmayıl Məmmədli – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

6. Sərxan Xavəri – AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru;

7. İsmayıl Kazımov – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türkologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

8. İlham Tahirov – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mədəni dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

9. . Aygül Hacıyeva – AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk əlyazmaları şöbəsinin müdiri, filologiya elmləri doktoru;

10 Fəridə Əzizova – AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

11. Nərgiz Hacıyeva – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

12. Akif İmanlı – filologiya elmləri doktoru, professor;

13. Əfzələddin Əsgərov – AMEA Folklor İnstitutunun Türk xalqlarının folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru;

14. Leyla Məmmədova – AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent;

15. Xədicə Heydərova – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent;

16. Arzu Məmmədxanlı – AMEA Humanitar Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru;

17. Zümrüd Mənsimova – AMEA İctimai Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent;

18. Aynur Mahmud – AMEA Rəyasət Heyəti Aparatının Həmkarlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru;

19. Əsmər Əliyeva – AMEA Rəyasət Heyəti Aparatının şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru;

20. Səriyyə Gündoğdu – AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent."

Problemlərinizi bizə bildirin

077 323 55 66

ADY yeni rayonlararası sərnişin qatarları alır

"Azərbaycan Dəmir Yolları" (ADY) sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, hərəkət tərkibinin yenilənməsi və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasının genişləndirilməsi məqsədilə qatar parkını yeniləməyə davam edir.Citypost.az ADY-yə istinadən xəbər verir ki, bu gün ADY ilə Çinin "CRRC Zhuzhou Locomotive" şirkəti arasında 4 yeni sərnişin qatarının alınması barədə müqavilə imzalanıb.Sənədi ADY sədri Rövşən Rüstəmov və "CRRC Zhuzhou Locomotive" şirkətinin rəhbəri Van Çiaolin imzalayıblar.ADY sədri bildirib ki, yeni sərnişin qatarlarının alınması ADY-nin hərəkət tərkibinin yenilənməsi və sərnişinlərin artan nəqliyyat ehtiyaclarının qarşılanması istiqamətində həyata keçirilən tədbirlərin davamıdır: "Yeni elektrik qatarları müasir komfort imkanları, müxtəlif sərnişin sinifləri və əlçatanlıq həlləri ilə təchiz olunacaq. Bu hərəkət tərkiblərinin...

27 Oktyabr 2026, 17:21

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri daxilində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bu çərçivədə, Agentlik ilə Nazirliyin Şimal Regional Mərkəzi birgə tədbir keçirib.Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak edib.Tədbiri giriş sözü ilə açan FHN-in Şimal Regional Mərkəzinin rəis müavini Ruhid Hacəliyev maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, ionlaşdırıcı şüalanma mənbələrindən təhlükəsiz istifadə, radiasiya təhlükəsizliyi tələblərinə əməl olunması və bu sahədə çalışan şəxslərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. Mərkəzin...

27 Oktyabr 2026, 17:08

Bakıda qaydanı pozan 22UU222 nömrəli RANGE ROVER kimindir?

Bakıda hərəkətdə olan 22UU222 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusuna yol verdiyi görüntülər qeydə alınıb.Citypost.az xəbər verir  ki,Ajans.az-ın təqdim etdiyi görüntülərdə avtomobilin yol hərəkəti qaydalarını pozduğu əks olunub.Qeyd edək ki, 22UU222 dövlət qeydiyyat nişanındakı 22 kodu Goranboy rayonuna aiddir.

27 Oktyabr 2026, 16:55

Əli Əsədov İƏT-in Baş katibi ilə görüşüb – 2027-ci il planları müzakirə olunub

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Uld Şeyx Əhməd ilə görüşüb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, görüşdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlər arasında dialoqun təşviqi, qarşılıqlı etimadın və anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, İƏT Baş katibinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Bakı Görüşü korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi üçün mühüm platforma kimi dəyərləndirilib.Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanıb, təşkilata üzv olduğu 35 illik dövr ərzində ölkənin İƏT-in...

27 Oktyabr 2026, 16:50

Rəşad Əhməd-zadənin şikayəti əsasında teatr əməkdaşına qarşı cinayət işi üzrə icraat başlanıb

Dövlət Kukla Teatrının direktoru Rəşad Əhməd-zadənin teatrın əməkdaşı Aynurə Əkbərova barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətə baxılıb.Citypost.az xəbər verir ki, Abşeron rayon Məhkəməsində keçirilən prosesdə A. Əkbərova barəsində xüsusi ittiham qaydasında şikayət icraata götürülüb.Qərara əsasən, Aynurə Əkbərova Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhməd-Zadə barəsində kütləvi informasiya vasitələrində böhtan xarakterli məlumatlar yaydığı üçün və onu cinayət törətməkdə ittiham etməsi ilə bağlı etdiyi paylaşımlara bağlı Cinayət Məcəlləsinin 147.1-ci (cinayət törətməkdə böhtan atma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.Qeyd edək ki, A. Əkbərova Xətai rayon icra başçısının keçmiş müavini Zaməddin Əkbərovun qızıdır....

27 Oktyabr 2026, 16:35

Prezident sərt DANIŞDI:Qətnamələr kağız üzərində...

Qətnamələr kağız üzərində qalanda beynəlxalq hüquq nüfuzunu itirmiş olurBeynəlxalq hüquq dövlətlərin gücündən asılı olmayan, böyük və kiçik ölkələrin hüquqlarını eyni ölçü ilə qorumağa xidmət edən sistem olmalıdır. Əgər bu sistemin qərarları yalnız kağız üzərində qalırsa, əgər qəbul edilən qətnamələrin icrası siyasi maraqlardan asılı vəziyyətə düşürsə, onda dünyanın ən mühüm beynəlxalq təsisatlarına olan inam da sarsılır. Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı çıxışında qaldırdığı məsələlərdən biri məhz bu problemdir.Dövlət başçısı xatırlatdı ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Lakin həmin sənədlər uzun illər ərzində...

27 Oktyabr 2026, 16:22