ADY yeni rayonlararası sərnişin qatarları alır
Cəmiyyət 27 Oktyabr 2026, 17:21
2278
"Azərbaycan Dəmir Yolları" (ADY) sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, hərəkət tərkibinin yenilənməsi və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasının genişləndirilməsi məqsədilə qatar parkını yeniləməyə davam edir.
Citypost.az ADY-yə istinadən xəbər verir ki, bu gün ADY ilə Çinin "CRRC Zhuzhou Locomotive" şirkəti arasında 4 yeni sərnişin qatarının alınması barədə müqavilə imzalanıb.
Sənədi ADY sədri Rövşən Rüstəmov və "CRRC Zhuzhou Locomotive" şirkətinin rəhbəri Van Çiaolin imzalayıblar.
ADY sədri bildirib ki, yeni sərnişin qatarlarının alınması ADY-nin hərəkət tərkibinin yenilənməsi və sərnişinlərin artan nəqliyyat ehtiyaclarının qarşılanması istiqamətində həyata keçirilən tədbirlərin davamıdır: "Yeni elektrik qatarları müasir komfort imkanları, müxtəlif sərnişin sinifləri və əlçatanlıq həlləri ilə təchiz olunacaq. Bu hərəkət tərkiblərinin alınması ilə qatar sayının artırılması nəticəsində xidmət coğrafiyamızı daha da genişləndirərək 2030-cu ilə qədər mərhələli şəkildə Yalama, Mincivan və Astara istiqamətlərində sərnişin daşımalarını bərpa edəcəyik. Eyni zamanda, əvvəlcədən planlaşdırıldığı kimi, Bakı–Xankəndi marşrutu sərnişinlərin istifadəsinə veriləcək".
Bu marşrutlar üzrə sərnişin daşımalarının bərpası paytaxtla regionlar arasında nəqliyyat əlaqələrini gücləndirməklə əhalinin mobilliyinin artırılmasına, təhsil, səhiyyə və məşğulluq imkanlarına çıxışın asanlaşdırılmasına dəstək olacaq. Dəmir yolu əlaqələrinin genişləndirilməsi, həmçinin daxili turizmin inkişafı, yerli sahibkarlığın canlanması və regionlarda iqtisadi fəallığın artması üçün əlavə imkanlar yaradacaq.
Xankəndi və Mincivan istiqamətlərində sərnişin daşımalarının təşkili Qarabağ və Şərqi Zəngəzurun ölkənin vahid nəqliyyat şəbəkəsinə inteqrasiyasını gücləndirəcək, doğma yurdlarına qayıdan sakinlərin nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına və bölgədə sosial-iqtisadi həyatın canlanmasına töhfə verəcək. Yalama və Astara istiqamətlərində sərnişin əlaqələrinin bərpası isə ölkənin şimal və cənub bölgələrinin turizm və iqtisadi potensialından daha geniş istifadə olunmasına şərait yaradacaq.
Yeni qatarlar sərnişinlərə daha rahat, əlçatan və müasir səyahət imkanları təqdim edəcək. Qatarların hər biri 7 vaqondan ibarət olacaq. Təxminən 135 metr uzunluğa malik qatarların maksimal istismar sürəti saatda 140 kilometr, konstruktiv sürəti isə saatda 160 kilometr təşkil edəcək.
Hər bir qatar 434 oturacaqla təchiz ediləcək. Sərnişinlərə üç sinif – birinci, biznes və standart siniflər təqdim olunacaq.
Həmçinin oxuyun
Müqaviləyə əsasən, qatarların 2 il müddətində təvil verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qatarların istehsalçısı olan "CRRC Zhuzhou Locomotive" Çinin dəmir yolu nəqliyyatı sənayesində fəaliyyət göstərən nüfuzlu şirkətlərindən biridir.
Yeni qatarların alınması ADY-nin sərnişin və yük daşımaları üzrə hərəkət tərkibinin mərhələli yenilənməsi istiqamətində həyata keçirdiyi daha geniş tədbirlərin tərkib hissəsidir. Xatırladaq ki, ADY bu ilin iyununda Çinin "CRRC Ziyang" şirkəti ilə 4 ədəd magistral sərnişin lokomotivinin alışı haqqında müqavilə imzalayıb.
Azərbaycan Prezidentinin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində 20 ədəd sərnişin qatarının, həmçinin rayonlararası istiqamətlərdə istifadə üçün 50 ədəd yataq tipli sərnişin vaqonunun alınması ilə bağlı texniki və kommersiya məsələləri müzakirə olunur, xarici şirkətlərin təklifləri dəyərləndirilir.
Eyni zamanda, ötən ay Çindən 7 ədəd yük lokomotivi təhvil alınıb. Növbəti mərhələdə daha 14 yük lokomotivinin alınması nəzərdə tutulur.
ADY-nin qatar parkının yenilənməsi və sərnişindaşıma şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər ölkə üzrə dəmir yolu nəqliyyatının əlçatanlığının artırılmasına, regionlararası əlaqələrin gücləndirilməsinə və daha çox sərnişinin müasir dəmir yolu xidmətlərindən yararlanmasına xidmət edir.
Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb
Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb.Citypost.az xəbər verir ki, bu barədə o, bu barədə öz “X” hesabında məlumat verib.“Niderland Kralı Əlahəzrət Villem-Aleksandra etimadnaməmi təqdim edərək, səfir qismində vəzifəmin icrasına rəsmən başlamaq mənim üçün böyük şərəf oldu. Ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsini və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirəm”, - o bildirib.
11 Noyabr 2026, 22:00
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-də Azərbaycan pavilyonunda olub.Citypost.az xəbər verir ki, pavilyonla tanış olan Leyla Əliyevaya burada nümayiş etdirilən stendlər və təqdim edilən layihələr barədə məlumat verilib.Xatırladaq ki, pavilyonda Azərbaycanın şəhərləri, təbiəti, iqlimi, təhsil və səhiyyə sistemləri, turizm imkanları, nəqliyyat infrastrukturu barədə məlumatlar qabaqcıl texnoloji imkanlar vasitəsilə təqdim olunur. Burada ziyarətçilər Azərbaycanın milli mətbəx nümunələrindən də dadırlar....
11 Noyabr 2026, 21:15
Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər
Xəbər verdiyimiz kimi, bu gün Antalyada Ekspo Mərkəzində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.Citypost.az Trend-ə istinadən xəbər verir ki, sammitdə iştirak edən Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanla səmimi görüş keçirib.Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğan Sammitin kuluarlarında səmimi söhbət ediblər. Həmin anları təqdim edirik....
11 Noyabr 2026, 19:39
"Məsciddə şou düzənləmək heç kimə başucalığı gətirməz" – QMİ-dən ETİRAZ
Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi ciddi şəkildə qınayıb, etirazını bildirib.Citypost.az xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.Qeyd edilib ki, bu hal Azərbaycan dini-mənəvi irsinə qarşı qeyri-etik, təhrifedici münasibətin göstəricisi olub, aşkar vandalizm təzahürü və təxribatdır:"Azərbaycan xalqının tarixi dini abidələrindən biri olan İrəvan Göy məscidi, ermənilərin uzun onilliklər ərzində işğal etdikləri tarixi torpaqlarımızda həyata keçirdikləri vandalizmdən, təəssüflər olsun ki, kənar qalmayıb. Dağıdılan, yandırılan, İslamda haram buyurulan heyvanların saxlanılması ilə həqarət edilən dini ibadətgahlarımızın , o cümlədən, Şuşadakı tarixi məscidlərimizin ardınca bu gün İrəvan Göy məscidinin zalına erməni şairin...
11 Noyabr 2026, 19:15
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri noyabrın 11-də başa çatıb.Citypost.az xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu, Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər yola saldılar....
11 Noyabr 2026, 18:55
“Amay”da milyonluq əmlaklar satışa çıxarıldı
Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti (8 noyabr) 23 nömrəli binada yerləşən qeyri-yaşayış sahələri hərraca çıxarılıb.Modern.az Ölkə.az-a istinadən xəbər verir ki, sözügedən ofislər “Amay” ticarət mərkəzinin 7-ci mərtəbəsində yerləşir.9 ədəd ofisin ilkin satış qiymətləri müvafiq olaraq 80 min-300 min manat aralığındadır və cəmi dəyəri 1 mln 241 min 164 manat təşkil edir.Qeyd edək ki, “Amay” Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevin həbsindən sonra ticarət mərkəzində yerləşən çoxsaylı ofislər və qeyri-yaşayış sahələri rəsmi olaraq Azərbaycan Mərkəzi Bankının balansına verilib.Belə ki, sözügedən əmlaklar vaxtilə mərkəzin sahibi ilə bağlı yaranmış borc öhdəlikləri və ləğv edilmiş bankların (“Birlikbank” və s.) girov aktivləri çərçivəsində Mərkəzi Bankın...
11 Noyabr 2026, 18:25