Bizə yazın

Baku

-°C

USD

-

Stalinin ukraynalı oxşarı – başqaları kimi onu da güllələyəcəkmişlər, Stalin qoymayıb

Cəmiyyət 27 Oktyabr 2026, 15:15

457

O, Ukraynanın Vinnitsa şəhərində kiçik bir idarədə sıravi mühasib işləyib. 

Siyasətdən və ictimai proseslərdən kənar olan Yevsey Lubnitski öz halal zəhməti ilə ailəsini çətinliklə dolandıran sadə sovet vətəndaşlardan biri olub. 

Amma onun bu sadə həyat tərzi 1935-ci ildə ağılasığmaz dərəcədə dəyişib. Mühafizə, xidməti personal, xidməti avtomobil, yüksək əmək haqqı, bağ evi, imtiyaz və güzəştlər sıravi mühasibi padşah səviyyəsinə qaldırıb.

Maraqlıdır, “şahlıq quşu” niyə məhz Yevsey Lubnitskinin çiyninə qonub?

1935-ci ilin yay günlərinin birində axşamdan xeyli keçmiş mühasibin kasıb daxmasının qapısı döyülüb. 

Mülki geyimdə olan bir neçə nəfər ona yığışmaq üçün 5 dəqiqə vaxt veriblər. 

Salamsız və girişsiz bu tələb Lubnitskini təəccübləndirsə də, onun əlavə sual verməsinə imkan verilməyib. 

Çağrılmamış qonaqların son dərəcə ciddi görkəmləri rəsmi şəxs təəssüratı yaratdığından mühasib tələbə əməl edərək zəruri əşyalarını çantasına yığıb.

Yevsey Lubnitski hərbi təyyarə ilə Moskvaya aparılıb. Şəhər kənarında yerləşən geniş, tam şəraitli bağ evində saxlanılıb. 

Səhərisi gün ona mədəni şəkildə həbs olunmasının səbəbi açıqlanıb və bildirilib ki, ondan Stalinin oxşarı kimi istifadə olunacaq.

Bağ evində ərzaq, geyim və digər gündəlik zəruri tələbatlarla yüksək səviyyədə təmin olunan Lubnitskiyə altı ay təlim keçirilib, dərzilər, kocmetoloqlar, psixoloqlar, həkimlər, saç ustaları bir-birlərini əvəzləyərək gecə-gündüz mühasibin üzərində işləyiblər. 

Nəhayət, “ikinci Stalin” yaradıldıqdan sonra əsl Stalin də həmin bağ evinə təşrif buyurub. 

Altı aylıq gərgin iş əsl Stalini qane edib. 

Mariya Pankovanın müəllifi olduğu “Tarixin ən müəmmalı 100 sirri” kitabında qeyd edilir ki, birinci Stalinlə ikinci Stalinin görüşün sonunda “uğurlu” işin şərəfinə bir qədəh konyak da içiblər.

Ümumiyyətlə, Stalinin oxşarları haqqında dəqiq informasiya olduqca azdır. Yəqin ki, bu da oxşarların öz missiyalarını yerinə yetirdikdən sonra öldürülmələri və onlarla bağlı sənədlərin məhv edilməsi ilə əlaqədardır. 

Araşdırmaçıların qənaətinə görə, Stalinin oxşarı rolunda əsasən beş nəfər olub. Sovet liderinin vəfatından sonra isə onlardan yalnız bir nəfər, Yevsey Lubnitski sağ qalıb.

Stalinin mühafizə rəisi Nikolay Vlasik öz xatirələrində sovet liderinin Yevsey Lubnitskiyə münasibətini aşağıdakı kimi açıqlayıb:

“Lubnitski sakit xarakterli bir adam idi. 

Stalin ona hörmətlə yanaşırdı. Onun üçün bütün şərait yaradılmışdı, təminat məsələsi ən yüksək səviyyədə idi. 

Lubnitski ilə bağlı ən vacib məsələ məxfilik idi ki, Stalin bu məsələdə də çox narahat deyildi. 

Amma buna baxmayaraq, “ikinci Stalin” tam nəzarətdə saxlanılırdı, hər dəqiqəsi onun üçün ayrılmış xüsusi nəzarətçilərin diqqətində olurdu. Yerişi, davranışı, hərəkəti, jest və mimikaları Lubnitski qısa bir zamanda mənimsəmişdi. 

Amma danışıq məsələsində kifayət qədər hiss olunacaq fərq var idi. O, əsasən əlamətdar günlərdə tribunada dayanardı, bir çox səfərlər zamanı Stalinin xidməti avtomobilində o gedirdi, Stalinin çıxışı, məruzəsi olmayan müəyyən tədbirlərdə də ikinci Stalin iştirak edirdi. Mən onu da yaxşı bilirdim ki, Lubnitski də missiyasını yerinə yetirdikdən sonra məhv ediləcək. 

Bu, Lavrenti Beriyanın dəsti-xətti idi, kimdənsə istifadə etmək və sonra bütün izləri itirmək üçün güllələmək. 

Amma iş elə gətirdi ki, məni Yevsey Lubnitskidən bir neçə ay əvvəl həbs etdilər. Sonradan mənə o da məlum oldu ki, Lubnitskini güllələmək qərarına gələndə Stalin buna imkan verməyib, sürgünə göndərilməsi ilə kifayətlənib. 

1950-ci illərin əvvəllərindən başlayaraq Stalində çox sürətlə qocalma prosesi gedirdi ki, oxşarlıq tam fərqlənirdi. Bu da o demək idi ki, Lubnitski artıq lazım deyil...”

Beləliklə, Yevsey Lubnitskinin siyasi “karyera”sına 1952-ci ildə son qoyulub. 

17 illik “hakimiyyət”indən sonra onu əvvəlcə Sibirə, daha sonra isə Orta Asiyaya sürgün ediblər. 

O, hər dəqiqə öz ölümünü gözləyib. Xüsusilə onu Stalinə çevirən mütəxəssislərin güllələndiyini eçidəndə mühasibin öz ölümünə qətiyyən şübhəsi qalmayıb.

Digər oxşarlardan fərqli olaraq Lubnitskinin bəxti gətirib. 10 illik sürgün həyatından sonra Yevsey Lubnitskini azadlığa buraxıblar. Ondan Orta Asiyanı tərk etməmək haqqında iltizam alınıb. 

Dəfələrlə öz doğma yurduna, Ukraynaya, Vinnitsa şəhərinə getməyə cəhd etsə də, müvafiq qurumlara müraciətlər ünvanlasa da, o, müsbət cavab almayıb.

1970-ci illərdə Yevsey Lubnitski mətbuata bir neçə dəfə müsahibələr verib. Bütün gizlinləri açmasa da, mühasib bəzi maraqlı məqamlara toxunub:

“Vyaçeslav Molotovun, Lazar Kaqanoviçin, Lavrenti Beriyanın və digər ən yüksək ranqlı Kreml məmurlarının tən ortasında dayanmaq, saysız-hesabsız insanların baxışlarının altında olmaq kimi məqamları sözlə ifadə etmək çətindir. 

Stalinin ən yaxın silahdaşları mənim kim olduğumu bilirdilər. Amma bilmirəm hansısa səbəbdənsə onlarla bir sırada dayananda bu şəxslər mənə nifrətlə baxırdılar. 

Belə düşünürdüm ki, onların əsl Stalinə də münasibətləri belə olub. İşim çox çətin və gərgin iş olsa da, maraqlı idi... ”

“İkinci” Stalin əsl Stalindən 28 il sonra, 1981-ci ildə Düşənbə şəhərində vəfat edib.

İlham Cəmiloğlu.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev Fərhad Xəlilovun 80 illik yubiley sərgisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar.Citypost.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamının şəxsi kolleksiyasından seçilmiş, 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər, o cümlədən monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunur.Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Fərhad Xəlilov zəngin yaradıcılığı, özünəməxsus...

27 Oktyabr 2026, 15:55

Prezident onu niyə AZAD ETDİ? -ŞOK SƏBƏB

Xəbər verdiyimiz kimi, bu gün Mirsaleh Seyidov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib.CityPost.az  xəbər verir ki, Mirsaleh Miradil oğlu Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pilləsi üzrə bitirib.1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru olub.2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı İstintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı...

27 Oktyabr 2026, 15:51

Oktyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.Bu barədə Citypost.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu da müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib.Beləliklə, ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb.Bundan əvvəl oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları ödənilib....

27 Oktyabr 2026, 15:48

Şəmsi Qocadan İrana SƏRT SÖZLƏR: Bəs milyonlarla azərbaycanlı?

İran rəsmiləri Azərbaycan qızlarının təhsili barədə qəfil böyük narahatlıq keçirməyə başlayıblar. İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf hicablı Azərbaycan qızlarını ölkəsinin universitetlərində təhsil almağa dəvət edib. Birinci vitse-prezident Məhəmməd Rza Aref isə bu təşəbbüsün məktəblilərə də şamil olunmasını istəyib. Beləliklə, məsələ sadəcə universitetlərə dəvətlə məhdudlaşmayıb, Azərbaycan məktəblilərinin taleyi ətrafında da siyasi bəyanatlar səsləndirilməyə başlanıb.Mövzu ilə bağlı CityPost.az-a danışan təhsil eksperti Şəmsi Qoca mühüm detallara toxunub."İlk baxışdan bu, təhsilə dəstək təşəbbüsü kimi təqdim edilə bilər. Ancaq bir dövlətin rəsmiləri başqa ölkənin uşaqlarının hüquqlarından danışmağa başlayanda təbii bir sual yaranır: həmin rəsmilər öz ölkələrində yaşayan insanların eyni hüquqlardan yararlanması üçün...

27 Oktyabr 2026, 15:37

Səbailin icra başçısı barəsində inzibati protokol tərtib edilib

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub.Citypost.az  Xitab24.az-a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermiş hadisəyə görə Səbail Rayon İcra Hakimiyyətinin başçısı barəsində həmin maddə ilə daha bir inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib və iş məhkəmənin icraatındadır. Məhkəmə hesab edib ki, hazırki iş icraatda olan digər işlə birləşdirilməlidir.Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi haqqındadır. Vüqar Zeynalovun...

27 Oktyabr 2026, 15:34

Hakimlərin etik davranış qaydaları yeniləndi

“Hakimlərin Etik Davranış Kodeksi” yeni redaksiyada qəbul edilib.Citypost.az xəbər verir ki, Məhkəmə-Hüquq Şurası tərəfindən dövrün tələblərinə uyğun olaraq yeni redaksiyada qəbul edilmiş “Hakimlərin Etik Davranış Kodeksi” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.Kodeks hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşəkar etika məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir. Kodeksin əsas məqsədi hakimlərin yüksək peşə və etik davranış standartlarına riayət etməsini təmin etmək, məhkəmə hakimiyyətinin nüfuzunu möhkəmləndirmək və cəmiyyətdə məhkəmələrə ictimai etimadın qorunmasına xidmət etməkdir.Sənəddə hakimin müstəqilliyi, qərəzsizliyi və obyektivliyi, qanun və məhkəmə qarşısında bərabərliyin təmin edilməsi, vicdanlılıq və dürüstlük, ictimai davranış və sosial...

27 Oktyabr 2026, 15:33