Milli Məclis yeni qərar QƏBUL ETDİ
Cəmiyyət 27 Oktyabr 2026, 11:14
679
Milli Məclis kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş və istirahət vaxtının yenidən tənzimlənməsini son oxunuşda qəbul edib.
CityPost.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Əmək Məcəlləsinə və "Aviasiya haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb".
Layihəyə əsasən, qeyd olunan məsələ Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müvafiq qaydalarına uyğun olaraq tənzimlənəcək.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı ilə bağlı bu qanunda və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarda tənzimlənməyən məsələlər Əmək Məcəlləsinin müvafiq normaları ilə nizamlanacaq.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir:
- istənilən 7 ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən 14 ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən 28 ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən bir təqvim ili ərzində maksimal iş saatı.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin uçuş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir:
- istənilən 28 ardıcıl gün ərzində maksimal uçuş saatı;
Həmçinin oxuyun
- istənilən bir təqvim ili ərzində maksimal uçuş saatı;
- istənilən ardıcıl 12 təqvim ayı ərzində maksimal uçuş saatı.
Layihədə vurğulanır ki, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz.
Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib.
Bildirilib ki, cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola bilməz.
Bu məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşların həyata keçirməsini qeyri-mümkün və ya iqtisadi baxımdan səmərəsiz edərək, onların rəqabət qabiliyyətini zəiflədir. Layihədə ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi (fatigue management) sahəsində beynəlxalq standartlara uyğunlaşma nəzərdə tutulub. Layihə ilə Əmək Məcəlləsində nəzərdə tutulan ümumi normalardan istisna olaraq, aviasiya heyətinin iş və istirahət rejimlərinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun şəkildə Nazirlər Kabinetinin qaydaları ilə tənzimlənməsi təklif edilir. Beynəlxalq təcrübədə (məsələn, ABŞ və Avropa İttifaqında) uçuş heyəti üçün iş və istirahət müddətləri 7, 14, 28 ardıcıl gün və ya bir təqvim ili üzrə daha çevik limitlərlə tənzimlənir.
İqtisadi səmərəliliyin artması yerli aviaşirkətlərin beynəlxalq bazarda rəqabət gücünü artıracaq və uçuş xəritəsinin genişləndirilməsinə şərait yaradacaq.
Sənədin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təyyarə üçün kommersiya hava daşımalarını həyata keçirən hava gəmisi heyətinin yorğunluğunun idarəedilməsi ilə əlaqədar uçuş vaxtı, iş vaxtı və istirahət vaxtının tənzimlənməsinə dair qaydaların təsdiq edilməsi gözlənilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident: “Potensial risklərə qarşı daim diqqətli olmalıyıq”
"Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik".Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.“İqtisadi göstəricilərimizi də qeyd etmək istəyirəm. Xarici borcumuz çox aşağıdır və bu, yəqin ki, dünyada ən aşağı göstəricilərdən biridir. Etibarlı enerji təchizatçısı kimi qlobal enerji bazarında oynadığımız rol, eləcə də, xüsusilə bağlantı və nəqliyyat məsələlərinin beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrildiyi indiki dövrdə bu sahədəki mövqeyimiz mühüm əhəmiyyət daşıyır. Burada da xəritəyə nəzər salsanız, xüsusilə müasir infrastrukturu, investisiyaları nəzərə aldıqda, Azərbaycandan yan keçməyin çətin olduğunu görərsiniz. Çünki bağlantı və nəqliyyat sahəsində mühüm rol oynamaq üçün qonşularınızla,...
27 Oktyabr 2026, 10:41
İlham Əliyev: “Azərbaycançılıq bütün xalqlarımızı birləşdirən milli ideyadır”
“Yüksək səviyyədə həmrəyliyimiz, qarşılıqlı hörmətimiz və anlaşmamız var. Hamımız milli ideyalarımız ətrafında birləşmişik. Bu ideyalardan biri də Azərbaycanın bütün xalqlarını özündə birləşdirən azərbaycançılıqdır”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında deyib.Dövlət başçısı bildirib ki, bu birlik müstəqillik tariximizin ən çətin dövrlərində özünü nümayiş etdirib.“Hərbi təcavüz və Ermənistanın işğalı dövründə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri vahid dəmir yumruq kimi birləşərək kimliyimizi qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək uğrunda mübarizə aparıblar. Bu birlik, əslində, qələbəmizin rəmzinə çevrilmişdi.Beləliklə, birliyin bu möhtəşəm nümayişi cəmiyyətimizin mahiyyətini bir daha...
27 Oktyabr 2026, 10:40
Bakıda yeni park salınır
Bakıda yeni park salınır.Bu barədə Citypost.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.Bildirilib ki, Bakı şəhərində yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlton Baku" otelinə qədər olan və daha əvvəllər Vaqon təmiri müəssisəsinin yerləşdiyi ərazidə salınır.Park üçün layihələndirilən torpaq sahəsi 10 ha-ya yaxın sahəni əhatə edir.Xarici və təcrübəli yerli memarların birgə hazırladıqları müasir layihəyə əsasən hazırda ərazinin mərkəzindən keçən Hüseyn Rəsulbəyov küçəsindəki avtomobil yolu parkın şimal-qərb sərhəddinə köçürülür. 28 May və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsindən park istaqamətinə keçid üçün körpü-yerüstü piyada keçidinin inşası da nəzərdə tutulub.Artıq layihədə nəzərdə tutulan yeraltı avtomobil dayanacağının tikintisinə başlanılıb. Həmçinin park ərazisində...
27 Oktyabr 2026, 10:38
Metronun “Həzi Aslanov—İçərişəhər” sahəsində birbaşa hərəkət bərpa olunub
27 oktyabr 2026-cı il tarixindən “Həzi Aslanov—İçərişəhər” sahəsində birbaşa hərəkət bərpa olunub.“Bakı Metropoliteni” QSC-dən Citypost.az-a verilən məlumata görə, dalan yolları istismara verilməzdən əvvəl texniki tələblərə uyğun olaraq təsərrüfat qatarı ilə əndazə ölçüləri yoxlanılıb, yüksək gərginlik altında sınaq yürüşləri keçirilib. Yoxlamalar zamanı qatarların hərəkət təhlükəsizliyi, elektrik təchizatının etibarlılığı, eləcə də mühəndis-texniki və kommunikasiya sistemlərinin mərkəzləşdirilmiş idarəetmə davamlılığı təsdiqini tapıb və bütün standartlara cavab verən obyekt istismara qəbul olunub.Bununla da “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv edilərək “Həzi Aslanov–İçərişəhər” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada bərpa olundu. Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir.Xatırladaq ki,...
27 Oktyabr 2026, 10:37
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.
27 Oktyabr 2026, 10:27
Bu rayonların bir sıra ərazilərində bu gün işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 27-də Masallı, Ağstafa və Samux Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Masallıda 35 kV-luq "Əminli" hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək Ərəb, Hacıtəpə, Həsənli, Xırmandalı kəndləri və şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Ağstafada 110/35/10 kV-luq "Poylu" yarımstansiyasında yerinə yetiriləcək təmir işləri zamanı rayonun Ceyrançöl, Poylu qəsəbələri, eləcə də Kolxəlfəli, Qıraq Kəsəmən və Pirli kəndlərinin bəzi ərazilərində saat 12:00-dan 16:00-dək enerjinin verilişində müvəqqəti fasilə yaranacaq.Samuxda 10 kV-luq "Gülçülük"...
27 Oktyabr 2026, 09:38