Bizə yazın

Baku

-°C

USD

-

AZAL Niderlandla birbaşa uçuşların perspektivlərini müzakirə edib

Cəmiyyət 27 Oktyabr 2026, 17:28

419

Azərbaycan və Niderland arasında birbaşa uçuşların perspektivləri müzakirə edilib.

Citypost.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev bildirib.

Müzakirələr sədrin Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq ilə görüşündə baş tutub.

"Belə bir marşrutun yaradılması iki ölkə arasında iqtisadi və turizm əlaqələrinin inkişafı, eləcə də işgüzar səfərlərin asanlaşması üçün yeni imkanlar aça bilər",-deyə o qeyd edib.

S. Rzayev görüşdə həmçinin aviaparkın və marşrut şəbəkəsinin genişləndirilməsi planları ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda əhalinin yaş qrupları üzrə bölgüsü açıqlanıb

Azərbaycan əhalisinin cins və yaş strukturu açıqlanıb. Citypost.az xəbər verir ki, Dövlət Statistika Komitəsi tərəfindən 2026-cı il yanvarın 1-nə ölkə əhalisinin cins və yaş qrupları üzrə tərkibi açıqlanıb.Statistikaya əsasən, ölkə əhalisinin ümumi sayında qadınlar 5 154,2 min nəfər, kişilər isə 4 908,2 min nəfər təşkil edib. Məlumatda, həmçinin əhalinin yaş qrupları üzrə paylanması da əksini tapıb və ən yüksək xüsusi çəki orta və gənc yaş qruplarının payına düşür. pizza hut...

27 Oktyabr 2026, 17:38

ADY yeni rayonlararası sərnişin qatarları alır

"Azərbaycan Dəmir Yolları" (ADY) sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, hərəkət tərkibinin yenilənməsi və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasının genişləndirilməsi məqsədilə qatar parkını yeniləməyə davam edir.Citypost.az ADY-yə istinadən xəbər verir ki, bu gün ADY ilə Çinin "CRRC Zhuzhou Locomotive" şirkəti arasında 4 yeni sərnişin qatarının alınması barədə müqavilə imzalanıb.Sənədi ADY sədri Rövşən Rüstəmov və "CRRC Zhuzhou Locomotive" şirkətinin rəhbəri Van Çiaolin imzalayıblar.ADY sədri bildirib ki, yeni sərnişin qatarlarının alınması ADY-nin hərəkət tərkibinin yenilənməsi və sərnişinlərin artan nəqliyyat ehtiyaclarının qarşılanması istiqamətində həyata keçirilən tədbirlərin davamıdır: "Yeni elektrik qatarları müasir komfort imkanları, müxtəlif sərnişin sinifləri və əlçatanlıq həlləri ilə təchiz olunacaq. Bu hərəkət tərkiblərinin...

27 Oktyabr 2026, 17:21

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri daxilində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bu çərçivədə, Agentlik ilə Nazirliyin Şimal Regional Mərkəzi birgə tədbir keçirib.Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak edib.Tədbiri giriş sözü ilə açan FHN-in Şimal Regional Mərkəzinin rəis müavini Ruhid Hacəliyev maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, ionlaşdırıcı şüalanma mənbələrindən təhlükəsiz istifadə, radiasiya təhlükəsizliyi tələblərinə əməl olunması və bu sahədə çalışan şəxslərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. Mərkəzin...

27 Oktyabr 2026, 17:08

Bakıda qaydanı pozan 22UU222 nömrəli RANGE ROVER kimindir?

Bakıda hərəkətdə olan 22UU222 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusuna yol verdiyi görüntülər qeydə alınıb.Citypost.az xəbər verir  ki,Ajans.az-ın təqdim etdiyi görüntülərdə avtomobilin yol hərəkəti qaydalarını pozduğu əks olunub.Qeyd edək ki, 22UU222 dövlət qeydiyyat nişanındakı 22 kodu Goranboy rayonuna aiddir.

27 Oktyabr 2026, 16:55

Əli Əsədov İƏT-in Baş katibi ilə görüşüb – 2027-ci il planları müzakirə olunub

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Uld Şeyx Əhməd ilə görüşüb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, görüşdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlər arasında dialoqun təşviqi, qarşılıqlı etimadın və anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, İƏT Baş katibinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Bakı Görüşü korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi üçün mühüm platforma kimi dəyərləndirilib.Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanıb, təşkilata üzv olduğu 35 illik dövr ərzində ölkənin İƏT-in...

27 Oktyabr 2026, 16:50

Azərbaycan alimlərindən Pezeşkiana müraciət: İranda Azərbaycan dilində tədris təşkil edilsin

Azərbaycan Milli Elmlər Akademiyası alimləri İran Prezidenti Məsud Pezeşkiana müraciət edib.Citypost.az-ın məlumatına görə, müraciətdə deyilir:"Biz, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, ilk növbədə Sizə dərin ehtiramımızı bildiririk.Sizin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə görüşləriniz zamanı və Bakıya, Şuşaya, Xankəndiyə səfərləriniz dövründə Azərbaycan dilində apardığınız söhbətlər dövlətlərarası münasibətlərin daha səmimi şəkildə qurulmasına təminat verir, bir daha İran dövlətinə hörmət qazandırır və qarşılıqlı etimadın möhkəmləndirilməsinə geniş imkan yaradır.Bütün bunları nəzərə alaraq, İran İslam Respublikasında əhalinin böyük hissəsini təşkil edən Azərbaycan xalqının hüquqlarının gerçəkləşdirilməsi ilə əlaqədar Sizə müraciət etməyi zəruri və əhəmiyyətli hesab edirik.Hörmətli Prezident!İranda yaşayan köklü azərbaycanlılar orta və ali...

27 Oktyabr 2026, 16:45