Prezident onu niyə AZAD ETDİ? -ŞOK SƏBƏB
Cəmiyyət 27 Oktyabr 2026, 15:51
618
Xəbər verdiyimiz kimi, bu gün Mirsaleh Seyidov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib.
CityPost.az xəbər verir ki, Mirsaleh Miradil oğlu Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pilləsi üzrə bitirib.
1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru olub.
2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı İstintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı İstintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib.
2009-cu ilin fevral ayından Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib.
2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayının 10-a qədər Penitensiar Xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi vəzifəsində çalışıb.
2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
2018-ci ildə "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.
20 noyabr 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
21 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Göründüyü kimi, 49 yaşı yenicə tamam olan Mirsaleh Seyidov cəmi 3 il öncə vəzifəyə təyin olunmuşdu, həmçinin ona etiomad göstərilmiş və ədliyyə general-mayoru rütbəsi verilmişdi.
Onun yerinə təyin edilən Sahib Rzayev də 1977-ci il təvəllüdlüdür və M.Seyidovla eyni ixtisas sahibidir. Buna baxmayaraq, M.Seyidov birbaşa ədliyyə sistemində, istintaq təcridxanası və cəzaçəkmə müəssisələrində çalışan kadr idi. S.Rzayev isə fəaliyyətini 2023-cü ildən Ədliyyə Nazirliyində davam etdirib.
Bakupost.az yazıb ki, Seyidov ədliyyə naziri Fikrət Məmmədovun dövründə bu vəzifəyə gətirilib. Lakin 2024-cü ilin fevralında Fərid Əhmədovun ədliyyə naziri təyin edilməsindən sonra nazirlikdə yeni idarəçilik yanaşmaları və kadr islahatları həyata keçirilməyə başlanılıb.
Bu dəyişikliklər Penitensiar Xidmətdən də yan keçməyib. Diqqətçəkən məqamlardan biri 2025-ci ilin noyabrında nazir Fərid Əhmədovun qərarı ilə Penitensiar Xidmətin iki vəzifəli şəxsinin ədliyyə orqanlarından xaric edilməsi olub.
Həmçinin oxuyun
Belə ki, xidməti vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə Penitensiar Xidmətin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubov və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin qulluğuna xitam verilib.
Bundan başqa, xidməti işlərinə məsuliyyətsiz yanaşdıqlarına və fəaliyyətlərində ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin bir qrup əməkdaşı da intizam məsuliyyətinə cəlb olunub.
Nazirliyin mətbuat xidməti həmin vaxt bu məlumatları təsdiqləyib.
Xüsusilə Daxili təhqiqat şöbəsinin rəhbərinin kobud pozuntulara görə sistemdən uzaqlaşdırılması diqqət çəkmişdi. Çünki sözügedən struktur Penitensiar Xidmət daxilində qanun pozuntularının araşdırılması və xidməti intizamın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Digər tərəfdən, Seyidovun rəhbərlik etdiyi dövrdə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin hüquqları və onlarla rəftarla bağlı şikayətlər də mətbuatda müzakirə olunub.
Bu və digər müraciətlər penitensiar müəssisələrdə daxili nəzarətin effektivliyi, məhkumların hüquqlarının qorunması və şikayətlərin obyektiv araşdırılması məsələlərini yenidən gündəmə gətirmişdi.
Maraqlıdır ki, Ədliyyə Nazirliyinin rəhbərliyi də son illərdə Penitensiar Xidmət qarşısında şəffaflığın artırılması, qanunçuluğun möhkəmləndirilməsi və nizam-intizamın gücləndirilməsi ilə bağlı konkret tələblər qoyurdu.
2025-ci ilin fevralında keçirilən əməliyyat müşavirəsində cəzaçəkmə müəssisələrində aparılmış monitorinqlərin nəticələri, saxlanma şəraiti və məhkumların hüquqlarının təmin olunması məsələləri müzakirə edilmiş, müvafiq tapşırıqlar verilmişdi.
2026-cı ilin iyulunda keçirilən müşavirədə də nazir Fərid Əhmədovun şəffaflıq, qanunçuluq və nizam-intizamla bağlı tapşırıqları bir daha diqqətə çatdırılmışdı.
Bütün bunlar fonunda Mirsaleh Seyidovun vəzifədən azad olunması Penitensiar Xidmətdə aparılan islahatların növbəti mərhələsi kimi qiymətləndirilə bilər.
Bununla belə, onun işdən çıxarılmasının məhz hansı idarəçilik qərarları, xidməti nöqsanlar və ya şikayətlərlə bağlı olduğu rəsmən açıqlanmayıb.
AXAR.AZ
Rəşad Əhməd-zadənin şikayəti əsasında teatr əməkdaşına qarşı cinayət işi üzrə icraat başlanıb
Dövlət Kukla Teatrının direktoru Rəşad Əhməd-zadənin teatrın əməkdaşı Aynurə Əkbərova barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətə baxılıb.Citypost.az xəbər verir ki, Abşeron rayon Məhkəməsində keçirilən prosesdə A. Əkbərova barəsində xüsusi ittiham qaydasında şikayət icraata götürülüb.Qərara əsasən, Aynurə Əkbərova Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhməd-Zadə barəsində kütləvi informasiya vasitələrində böhtan xarakterli məlumatlar yaydığı üçün və onu cinayət törətməkdə ittiham etməsi ilə bağlı etdiyi paylaşımlara bağlı Cinayət Məcəlləsinin 147.1-ci (cinayət törətməkdə böhtan atma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.Qeyd edək ki, A. Əkbərova Xətai rayon icra başçısının keçmiş müavini Zaməddin Əkbərovun qızıdır....
27 Oktyabr 2026, 16:35
Prezident sərt DANIŞDI:Qətnamələr kağız üzərində...
Qətnamələr kağız üzərində qalanda beynəlxalq hüquq nüfuzunu itirmiş olurBeynəlxalq hüquq dövlətlərin gücündən asılı olmayan, böyük və kiçik ölkələrin hüquqlarını eyni ölçü ilə qorumağa xidmət edən sistem olmalıdır. Əgər bu sistemin qərarları yalnız kağız üzərində qalırsa, əgər qəbul edilən qətnamələrin icrası siyasi maraqlardan asılı vəziyyətə düşürsə, onda dünyanın ən mühüm beynəlxalq təsisatlarına olan inam da sarsılır. Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı çıxışında qaldırdığı məsələlərdən biri məhz bu problemdir.Dövlət başçısı xatırlatdı ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Lakin həmin sənədlər uzun illər ərzində...
27 Oktyabr 2026, 16:22
Naxçıvanda vətəndaşlar üçün yeni elektron müraciət imkanı yaradılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə "mygov" platforması üzərindən vətəndaşların birbaşa müraciət imkanı təmin edilib.Citypost.az xəbər verir ki, muxtar respublika sakinləri qarşılaşdıqları problemlər, onları narahat edən sosial-iqtisadi məsələlər, eləcə də təklif və şikayətləri ilə bağlı "mygov" platforması vasitəsilə də səlahiyyətli nümayəndəliyə birbaşa müraciət edə bilərlər.Qeyd olunub ki, bu imkan vətəndaşların gündəlik həyatına təsir edən məsələlərin daha operativ çatdırılmasına, müraciətlərin aidiyyəti üzrə yönləndirilməsinə və onlara çevik baxılmasına şərait yaradır. Səlahiyyətli nümayəndəliyin və muxtar respublikanın aidiyyəti icra qurumlarının səlahiyyətlərinə aid məsələlər üzrə müraciətlərin icra vəziyyətinin izlənilməsi də artıq portal vasitəsilə mümkün olacaq.Bildirilib ki, burada əsas məqsəd vətəndaşların problemlərinin qısa müddətdə...
27 Oktyabr 2026, 16:15
Prezident İlham Əliyev Fərhad Xəlilovun 80 illik yubiley sərgisi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar.Citypost.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamının şəxsi kolleksiyasından seçilmiş, 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər, o cümlədən monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunur.Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Fərhad Xəlilov zəngin yaradıcılığı, özünəməxsus...
27 Oktyabr 2026, 15:55
Oktyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.Bu barədə Citypost.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu da müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib.Beləliklə, ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb.Bundan əvvəl oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları ödənilib....
27 Oktyabr 2026, 15:48
Şəmsi Qocadan İrana SƏRT SÖZLƏR: Bəs milyonlarla azərbaycanlı?
İran rəsmiləri Azərbaycan qızlarının təhsili barədə qəfil böyük narahatlıq keçirməyə başlayıblar. İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf hicablı Azərbaycan qızlarını ölkəsinin universitetlərində təhsil almağa dəvət edib. Birinci vitse-prezident Məhəmməd Rza Aref isə bu təşəbbüsün məktəblilərə də şamil olunmasını istəyib. Beləliklə, məsələ sadəcə universitetlərə dəvətlə məhdudlaşmayıb, Azərbaycan məktəblilərinin taleyi ətrafında da siyasi bəyanatlar səsləndirilməyə başlanıb.Mövzu ilə bağlı CityPost.az-a danışan təhsil eksperti Şəmsi Qoca mühüm detallara toxunub."İlk baxışdan bu, təhsilə dəstək təşəbbüsü kimi təqdim edilə bilər. Ancaq bir dövlətin rəsmiləri başqa ölkənin uşaqlarının hüquqlarından danışmağa başlayanda təbii bir sual yaranır: həmin rəsmilər öz ölkələrində yaşayan insanların eyni hüquqlardan yararlanması üçün...
27 Oktyabr 2026, 15:37