Modelə qarşı zorakılıqda ittiham olunan iş adamına ağır cəza
Cəmiyyət 27 Oktyabr 2026, 14:31
516
Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Citypost.az xəbər verir ki, bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası nəzərə alınıb, ona qəti olaraq 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Ona Cinayət Məcəlləsinin 182, 177, 186-ci maddələri üzrə bəraət verilib.
Qeyd edək ki, model Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, Z. Hüseynzadə tərəfindən şəxsi yazışmalarının yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.
Həmçinin oxuyun
Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Z.Hüseynzadə 2023-cü il mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törədib.
O, Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.
Z.Hüseynzadə digər cinayət işi üzrə məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (APA)
Kamran Əliyev antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığı müzakirə edib
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Azərbaycan Baş prokuroru Kamran Əliyev Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyasının (IACA) rəhbəri Draqo Kos ilə görüşüb.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və dövlət idarəçiliyində şəffaflığın artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.Akademiya ilə əməkdaşlığın prokurorluq əməkdaşlarının peşəkar hazırlığının və antikorrupsiya sahəsində institusional potensialın gücləndirilməsində əhəmiyyəti vurğulanıb.Tərəflər azərbaycanlı prokurorların Akademiyanın akademik proqramlarında və təlimlərində iştirakını, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsini, eləcə də birgə təlim və...
27 Oktyabr 2026, 15:10
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.Citypost.az xəbər verir ki, ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.Salim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevin Forumda çıxışının böyük maraq doğurduğunu vurğuladı. O, xüsusilə dünyada münaqişələrin davam etdiyi bir şəraitdə dövlətlərin müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə müraciət etməsinin vacibliyini, həmçinin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin müasir beynəlxalq münasibətlər baxımından xüsusi aktuallıq kəsb etdiyini bildirdi.ICESCO-nun Baş direktoru təşkilatın fəaliyyətinə göstərdiyi davamlı dəstəyə və...
27 Oktyabr 2026, 14:25
Ərdoğanın Oktay Saralı vəzifədən azad etməsinin PƏRDƏARXASI - Bakıdan MÖVQE
Azərbaycan-Türkiyə münasibətləri bir daha həssas sınaq qarşısındadır. İki ölkə arasında tarixi, milli və mədəni bağlarla yanaşı, strateji müttəfiqlik və qarşılıqlı siyasi etimada əsaslanan münasibətlər mövcud olsa da, son günlər yaşanan hadisələr göstərdi ki, ayrı-ayrı şəxslərin açıqlamaları belə bu münasibətlər ətrafında ciddi müzakirələrə səbəb ola bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə vəzifəsindən azad olunan baş müşaviri Oktay Saralın Azərbaycanda hicab və məktəblilərin geyim qaydaları ilə bağlı səsləndirdiyi fikirlərdən sonra yaranan narazılıq artıq sosial şəbəkələrin hüdudlarını aşaraq siyasi müstəviyə keçib. Rəsmi Bakının suveren qərarlarına münasibət, dövlətlərin daxili işlərinə müdaxilə məsələsi və qardaşlıq münasibətlərində qarşılıqlı hörmətin qorunması yenidən gündəmin əsas mövzularına...
27 Oktyabr 2026, 13:57
Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.Citypost.az xəbər verir ki, Sahib Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb.2025-ci ilin yanvar ayından iyulunadək Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.O, 2025-ci ilin iyulunda Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edilib....
27 Oktyabr 2026, 13:36
Zahid Oruc: Sökülən əmlaka görə kompensasiya meyarları şəffaf olmalıdır
Sökülən ev və obyektlərə görə kompensasiyanın hesablanması üçün vahid meyarların müəyyənləşdirilməsi təklif olunub.Citypost.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında çıxış edib.Zahid Oruc bildirib ki, Konstitusiya Məhkəməsi qanunvericilikdəki boşluqların və qeyri-müəyyənliyin əsassız kompensasiya tələblərinə, mülkiyyət hüquqlarının pozulmasına və tikintinin uzanmasına səbəb olduğunu bildirib və qaydaların təkmilləşdirilməsi üçün Milli Məclisə təkliflər göndərib: “Bəzən onlarla ailə ilə razılıq əldə edildiyi, köçürülmə və tikintiyə milyonlarla manat xərcləndiyi halda, bir-iki mülkiyyətçi ilə razılaşmanın illərlə uzanması layihənin başlanmasına mane olur”.Deputat kompensasiyanın hesablanması üçün ictimaiyyətə açıq meyarların yaradılmasını, Nazirlər Kabineti tərəfindən qiymətləndirmə şkalasının, bazar qiymətlərindən...
27 Oktyabr 2026, 13:20
Prezidentdən yüksək vəzifəyə TƏYİNAT – SƏRƏNCAM
Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
27 Oktyabr 2026, 13:06