Azərbaycan və Malayziya hüquq-mühafizə sahəsində əməkdaşlığı gücləndirir
Cəmiyyət 30 Oktyabr 2026, 16:15
471
Baş prokuror Kamran Əliyev Azərbaycanda səfərdə olan Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Abdul Halim Aman ilə iki ölkə arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı müzakirə ediblər.
Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü ilə əlaqədar Bakıda səfərdə olan Abdul Halim Aman ilə görüşdə Kamran Əliyev Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib.
Azərbaycan ilə Malayziya arasında mövcud dostluq münasibətlərinin, siyasi əlaqələrin və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı əməkdaşlığın hüquq-mühafizə sahəsində əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.
Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası nəzdində fəaliyyət göstərən Malayziya Korrupsiyaya Qarşı Mübarizə Akademiyası (MACA) ilə Azərbaycan prokurorluğu arasında formalaşmış əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. Akademiyanın təlim və tədris proqramlarında Azərbaycan prokurorluq əməkdaşlarının iştirakının onların peşəkar bilik və praktiki bacarıqlarının artırılmasına, qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsinə və xidməti fəaliyyətdə tətbiqinə imkan yaratdığı bildirilib.
Həmçinin oxuyun
Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Abdul Halim Aman İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün yüksək səviyyədə təşkil olunmasına və uğurla keçirilməsinə görə təbriklərini ifadə edib, səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Görüşdə qurumlar arasında əməkdaşlığın hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanması, eləcə də qarşılıqlı təcrübə səfərlərinin təşkili məsələləri müzakirə olunub və bu istiqamətlərdə ilkin razılıq əldə edilib.
Bununla yanaşı, korrupsiya cinayətlərinin aşkar edilməsi, araşdırılması və cinayət təqibinin həyata keçirilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın və aktivlərin izlənilməsi, bərpası və müsadirəsi, habelə korrupsiya risklərinin qiymətləndirilməsi sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Tərəflər, həmçinin MACA-nın imkanlarından istifadə etməklə korrupsiya cinayətlərinin araşdırılması və təqibi üzrə ixtisaslaşdırılmış təlim və sertifikatlaşdırma proqramlarının təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə fikirlərini bölüşüblər.
Əhməd İsmayılov Nat Bayjay ilə görüşdü
Media və Yayım Şurasında Liberiya Respublikasının informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay ilə ikitərəfli görüş keçirilib.Bu barədə Citypost.az-a Media və Yayım Şurasından məlumat verilib.Bildirilib ki, görüşdə Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Azərbaycan ilə Liberiya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq perspektivlərinin, təcrübə mübadiləsinin genişləndirilməsinin və informasiya mübadiləsi sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, mədəniyyətlərarası dialoqun təşviqində, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində və ölkələr haqqında obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın rolu mühüm əhəmiyyət daşıyır.Liberiyanın informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay Azərbaycanla media və kommunikasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, institusional...
30 Oktyabr 2026, 16:45
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Azərbaycanda məktəb direktoru rəsmi sənədi saxtalaşdırıb satmaqda ittiham olunur.Citypost.az Lent.az-a istinadən xəbər verir ki, Cəlilabad rayon Mikayıllı kənd tam orta məktəbinin direktoru olan 43 yaşlı Seyfulla Məmmədov (şərti adla) törətdiyi əmələ görə hakim qarşısına çıxarılıb.Məlumata görə, rayonun Boyxanlı kənd sakini Rzaqulu Səfərov (şərti adla) oğlu üçün 11 illik tam orta təhsil attestatı almaq istəyib.Buna səbəb isə 9-cu sinifdən məktəbdən çıxarılan oğlunun hərbi xidmətdən qayıdandan sonra hərbçi kimi işə düzəldilməsi olub. Belə ki, oğlunun hərbi qulluqçu kimi işə düzəlməsi üçün 11 illik attestat tələb olunub.Rzaqulu Səfərovun sözlərinə görə, qohumlarının köməyilə Mikayıllı kənd məktəbinin direktoru ilə əlaqə saxlayalaraq, attestat lazım olduğunu deyib....
30 Oktyabr 2026, 16:35
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib.Citypost.az xəbər verir ki, iclasda YAP-ın Vlll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavini vəzifəsinə Nizami Səfərovun namizədliyini irəli sürüblər.Sevinc Hüseynova YAP Təftiş Komissiyasının sədri, Nizami Səfərov sədr müavini seçilib.Qeyd edək ki, bundan öncə, YAP-ın Vll Qurultayından sonra da formalaşdırılmış Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, sədr müavini Nizami Səfərov olub....
30 Oktyabr 2026, 16:31
Prezident onları sevindirdi -SƏRƏNCAM
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər.3-cü dərəcəli “Əmək” ordeni iləKazakov Matvey PavloviçLeysanov Bahaddin Dəyyan oğluMustafayev Sabir Mədət oğlu“Tərəqqi” medalı iləBabayev Teymur Yusif oğluBayramov Nizami Usub oğluƏhmədiyev Zaur ƏliyeviçƏhmədov Ruslan Əlişah oğluFeyziyev Fikrət Malik oğluGözəlov Yasin Qaibqulu oğluHacıyeva Sevda Taleh qızıHəsənli Mürvət Tapdıq oğluHəsənov Azər Mirzəsən oğluHəsənova Qətibə Musa qızıHüseynbəyli İntiqam Bayram oğluXəlilov Xalıq Qurban oğluİbrahimov Yusif Süleyman oğluQasımov Niyazi Qara oğluQaybalıyev Habil Alcan oğluQuliyeva Aynurə Fikrət qızıMahmudov Elsevər Rafiq oğluMəmmədov İbrahim Niftalı...
30 Oktyabr 2026, 16:28
Hərbi xidmətə çağırış başa çatdı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Xidmətin yaydığı məlumatda qeyd olunub.Bildirilib ki, müddətli həqiqi hərbi xidmətə yola düşən bütün çağırışçılara Vətən qarşısındakı borclarını layiqincə yerinə yetirmələri və xidmət müddətində uğurlar arzulayırlar. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Mərkəzi Çağırış Komissiyasında 15 dövlət qurumu təmsil olunur....
30 Oktyabr 2026, 16:28
Şəhid anası vəfat etdi
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib.Citypost.az xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib.Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək.Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayevə bu il şəhid status verilib. Prezidentin bu ilin aprelində imzaladığı Sərəncamla Raqif İsayev ölümündən sonra “Minatəmizləmə sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib. (Qafqazinfo)...
30 Oktyabr 2026, 16:03