Bizə yazın

Baku

-°C

USD

-

ŞAD XƏBƏR!Prezident sərəncam İMZALAYACAQ

Cəmiyyət 29 Oktyabr 2026, 16:14

712

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək.

"Report"un əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək.

Oktyabrın 30-da Prezident İlham Əliyev Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq.

Qeyd edək ki, oktyabrın 30-da Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının final oyunu və rəsmi bağlanış mərasimi keçiriləcək. Dövlət başçısının mükafatlandırma mərasimində iştirakı əvvəlcədən planlaşdırılıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycan Respublikasını xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Eyni zamanda, Zirvə görüşü çərçivəsində keçiriləcək digər müvafiq tədbirlərdə də Azərbaycan nümayəndələri fəal iştirak edəcəklər.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xəritə ilə ölçülən siyasət: Zəngəzur məsələsinin görünən və görünməyən tərəfləri — Siyasi-analitik YAZI

Beynəlxalq siyasətdə bəzən bir xəritə yüzlərlə bəyanatdan daha çox mübahisə doğurur. Xəritənin üzərində çəkilən bir xətt, göstərilən bir yol, iki ərazini birləşdirən dar bir zolaq dövlətlərin maraqlarını, təhlükəsizlik narahatlıqlarını və tarixi iddialarını üz-üzə gətirə bilir. Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası ətrafında gedən müzakirələr də məhz belə məsələlərdəndir. Zəngəzur istiqamətində Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək yol artıq sadəcə nəqliyyat layihəsi deyil, regional münasibətlərin gələcəyini müəyyənləşdirə biləcək siyasi məsələdir.Mövzuya münasibətdə ilk növbədə anlayışları bir-birindən ayırmaq lazımdır. Nəqliyyat yolunun açılması, həmin yolda maneəsiz hərəkətin təmin edilməsi və ərazi üzərində suveren nəzarətin dəyişməsi eyni məna daşımır. Bir dövlətin ərazisindən başqa dövlətin...

29 Oktyabr 2026, 16:20

Əliyev telefonda mənə dedi ki... - Müəllif "boz kardinal"a yazılmış həmin şeirdən DANIŞDI   

Tanınmış yazıçı Əmir Pəhləvan hələ 1996-cı ildə Ramiz Mehdiyevə şeir həsr etməsi barədə məlumat vermişdik.CityPost.az  bildirir ki,"İblis" adlı şeir 1996-cı ildə mətbuatda çap olunub.Həmin şeirdə Mehdiyev sərt şəkildə tənqid olunub.Şeirin müəllifi Əmir Pəhləvan məsələyə münasibət bildirib.O,Oxu24.com saytına açıqlamasında şeirin tarixçəsindən danışıb."O,vaxt "İLHAM" qəzeti böyük tirajla çap olunurdu.Abunələri də çox idi.Biz şeiri çapa verən zaman bəzi hissələri "Qlavnit" çıxardı.Şeir çapa getdikdən səhərisi gün Heydər Əliyev mənə zəng elədi və çap olunmayan bəndi haqqında məlumat soruşdu. Mən bildirdim ki, "Qlavlit"  bir bəndi ixtisar elədi. H.Əliyev mənə dedi ki, o bəndi oxuyum. Mən telefonda oxudum. O güldü…Bildirdi ki, düz yazmısan. Mən hər şeyi bilirəm…",-deyə...

29 Oktyabr 2026, 16:15

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

“Avrora Qrup”a daxil olan “Tamstore” supermarketlər şəbəkəsi bu il məhsulların göstərilən qiymətdən baha satılması ilə bağlı ən çox protokol tərtib olunan supermarket olub.Citypost.az  Plat.az-a istinadla xəbər verir ki, “Tam Store” MMC barəsində ümumilikdə 5 inzibati xəta haqqında protokol tərtib edilib.Şirkət barəsində yanvarın 22-də, martın 3-də və 18-də qida məhsullarının, avqustun 20-də və sentyabrın 29-da isə qeyri-qida məhsullarının üzərində göstərilmiş qiymətdən baha satılması ilə bağlı protokollar tərtib olunub. Başqa sözlə, sənəddə bu hallarda alıcılardan məhsulun göstərilən qiymətindən artıq pul alındığı qeyd edilib.Bütün protokollarda İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi göstərilib. Bu maddə malın çəkisi, ölçüsü və ya hesabı ilə bağlı istehlakçının az...

29 Oktyabr 2026, 15:29

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 14 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və əmlakının mediada tirajlanması ictimaiyyətdə təəccüblə qarşılanıb.Ramiz Mehdiyevin və ailəsinin hazırda hansı evdə yaşadığı bəlli deyil.Sosial şəbəkələrdəki ictimai müzakirələrdə "Boz kardinal"ın səhhətindən də bəhs olunur. Çünki məhkəmə onun sağlamlıq vəziyyəti və yaşını nəzərə alaraq cəzanın real çəkilməsinə zərurət görülməyib, şərti məhkumluğu önə çəkib.Bəzi məlumatlara görə, 88 yaşlı Ramiz Mehdiyev bir neçə xəstəlikdən əziyyət çəkir. Hətta onun 14 illik məhkumluq müddətini tam yaşaya bilməyəcəyini idda edənlər də var. Amma əgər akademik ölməyib sağ qalsa, o zaman onun cəzası 2039-ci ildə - 101 yaşında başa çatacaq.Bəs 2039-ci...

29 Oktyabr 2026, 15:21

Bakıda çipsi fırıldağı: Müdir 6 il azadlıqdan məhrum edildi

Bakıda iri supermarket şəbəkələrindən birinin keçmiş filial müdiri həbs edilib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Biləcəridə yerləşən filialın müdiri M.Hüseynov satıcı-anbardarla birgə külli miqdarda dəyəri olan malları qeyri-qanuni yolla mənimsəməkdə təqsirli bilinib.M.Hüseynov və supermarketin digər əməkdaşı E.İbrahimov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Məhkəmədə bildirilib ki, hər iki şəxs əlbir olaraq Biləcəri qəsəbəsində yerləşən marketin anbarından 103 467 manat dəyərində malı kassaya vurmadan qeyri-qanuni formada çıxararaq gizli şəkildə başqa sahibkarlara satıblar. Mənimsəmə yolu ilə ələ keçirilən mallardan 11 400 manatlıq hissəsi “Lays” çipsiləri olub.Məhkəmə iclasında zərərçəkmiş şirkətin nümayəndəsi bildirib ki,...

29 Oktyabr 2026, 14:57

Azərbaycanda görkəmli şəxs VƏFAT ETDİ

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib.Bu barədə  universitetdən məlumat verilib. Qeyd edək ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub. 1959-1964-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda aspirant olub. 1968-1969-cu illərdə AMEA Rəyasət Heyətinin qərarı ilə elmi tədqiqatlar aparmaq üçün Ukrayna Elmlər Akademiyasının Yarımkeçiricilər Fizikası İnstitutuna ezam olunub. 1970-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1987-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1995-ci ildə isə professor elmi adını alıb.O, 1964-1982-ci illərdə AMEA-nın Fizika İnstitutunda, 1982-1992-ci illərdə isə Moskva şəhərində Tətbiqi Fizika...

29 Oktyabr 2026, 14:54