Bizə yazın

Baku

-°C

USD

-

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru ABŞ-a səfər edib

Cəmiyyət 02 Noyabr 2026, 10:21

583

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin (MMU) rektoru, general-mayor Gündüz Əbdülovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti ABŞ Milli Müdafiə Universitetində (National Defense University - NDU) və Yaxın Şərq - Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzində (Near East South Asia Center for Strategic Studies - NESA) olub.

Keçirilən görüşlərdə hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, peşəkar hərbi təhsilin müasir çağırışlara uyğunlaşdırılması, strateji liderlik və müdafiə sahəsində insan kapitalının inkişafı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

General-mayor G.Əbdülov MMU-da həyata keçirilən islahatlar, o cümlədən səriştəəsaslı təhsil modelinin tətbiqi, müasir zabit hazırlığı sisteminin təkmilləşdirilməsi, xidmətboyu təhsil konsepsiyası və hərbi təhsilin beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Görüşlər zamanı tərəflər birgə akademik təşəbbüsləri, o cümlədən professor-müəllim heyətinin peşəkar inkişafı və mübadiləsi məsələlərini nəzərdən keçiriblər.

Həmçinin, akademik kursların kurikulumlarının təhlili və peşəkar çavuş sisteminin inkişaf etdirilməsi diqqət mərkəzində olub.

Görüşdə süni intellekt vasitəsilə hərb oyunlarının hazırlanması və digər maraq doğuran məsələlər üzrə qarşılıqlı əməkdaşlıq imkanları geniş müzakirə edilib.

Yekunda nəzərdə tutulan fəaliyyətlərin icrası barədə razılıq əldə olunub.

Qeyd edək ki, bu cür görüşlər peşəkar hərbi təhsil sahəsində beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin öyrənilməsi baxımından yüksək əhəmiyyət daşıyır.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda müəllim olmaq istəyənlərə fürsət – Qəbul BAŞLADI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış müvəqqəti vakant yerlərin kadr təminatının həyata keçirilməsi məqsədilə müəllimlərin işə qəbulu elan edilir.Bu barədə Citypost.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.Qeyd edilib ki, işə qəbul Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi), Riyaziyyat (Azərbaycan bölməsi), İngilis dili (Azərbaycan bölməsi), İbtidai sinif (Azərbaycan bölməsi) fənlər üzrə elan edilib.Qeyd edilib ki, cari ildə keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edərək Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə 70 faizdən, ibtidai sinif üzrə isə 80 faizdən yüksək nəticə göstərmiş namizədlər qəbul...

02 Noyabr 2026, 10:53

Azərbaycan elminə AĞIR İTKİ

Ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov 80 yaşında vəfat edib.Bu barədə  onun ailə üzvləri məlumat veriblər.Qeyd edək ki, Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 1972-ci ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan alim Səməd Vurğun, İlyas Əfəndiyev və digər ədiblərin yaradıcılığına dair tədqiqatların müəllifidir. Onun “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman” və digər elmi əsərləri nəşr olunub....

02 Noyabr 2026, 10:16

Yasamalın bəzi ərazilərində elektrik enerjisi olmayacaq 

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq."Azərişıq"dan Citypost.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən Abuzər Xələfov, Mirəli Seyidov, Şəfayət Mehdiyev, Tələt Qasımov, Uluxanlı küçələri, Hüseyn Cavid və Mətbuat prospektləri, İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Məlumata görə, görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına hesablanıb....

02 Noyabr 2026, 09:35

FHN: Ötən həftə 143 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.Bu barədə Citypost.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 143 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 38 nəfər xilas edilib, müxtəlif...

02 Noyabr 2026, 09:32

“Bir-birimizə verdiyimiz dəyər fərqlidir” – Dünya çempionu

Azərbaycanlı dünya çempionu, idman mütəxəssisi Anar Süleymanov doğum günü münasibətilə onu təbrik edən hər kəsə təşəkkürünü bildirib.Citypost.az xəbər verir ki, idmançı sosial şəbəkə hesabında paylaşım edərək ünvanına göndərilən təbrik mesajlarından məmnunluğunu ifadə edib.Anar Süleymanov Azərbaycan cəmiyyətində insanların bir-birinə göstərdiyi diqqət və dəyərin xüsusi olduğunu vurğulayıb. O qeyd edib ki, dünyanın heç bir yerində insanların bir-birinə bu qədər çox təbrik mesajı göndərdiyini düşünmür.Dünya çempionu bunu Azərbaycan xalqının nə qədər sosial və mehriban olmasının, insanların bir-birinə verdiyi dəyərin bariz nümunəsi kimi qiymətləndirib.O, paylaşımında bütün təbrik edənlərə ürəkdən minnətdarlığını çatdırıb.Turan ...

02 Noyabr 2026, 09:06

Jurnalistlər niyə hücuma məruz qalır? – Zaur Əhməddən sual

Jurnalist Zaur Əhməd media nümayəndələrinin peşə fəaliyyətlərini həyata keçirərkən zorakılığa məruz qalması hallarına münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşım edərək son dövrlər jurnalistlərə qarşı hücumların artmasından narahatlığını ifadə edib.Zaur Əhməd qeyd edib ki, daha bir jurnalistin hadisəni işıqlandırarkən döyülməsi artıq belə halların tendensiyaya çevrildiyi təəssüratını yaradır. O, baş verənlərin cəzasızlıq mühitindən qaynaqlandığını, yoxsa cəmiyyətə jurnalistlərə qarşı zorakılığın adi hal kimi təqdim edilməsinə çalışıldığını sual edib.Jurnalist vurğulayıb ki, media nümayəndələrinin əsas vəzifələrindən biri hadisə yerlərinə gedərək araşdırma aparmaq və ictimaiyyəti məlumatlandırmaqdır. Onun sözlərinə görə, jurnalistlərin təhlükəsizliyinə təminat verilmədiyi təqdirdə onların peşə fəaliyyətini sərbəst həyata keçirməsi ciddi sual...

02 Noyabr 2026, 09:04